Xocaəfəndinin dəyişdiyini düşünmürəm
Çoxdandır görünmürsünüz. Habertürk kanalının “Türkiyənin nəbzi” verilişində çıxışınız xeyli müddət müzakirə edildi. O verilişdə nə baş verdi?
Veriliş ədət üzrə həmişə eyni dörd şəxzlə efirə çıxırdı. Saleh Tuna ilə Hilal Qaplan hökümət tərəfdaşı kimi çıxış edirdilər. Onlar gedəndən sonra Cümhuriyyət qəzetinin müxbiri Şükran Sonər: “Keçən həftə də heç danışa bilmədim” deyərək, ümumiyyətlə danışmağa imkan verilmədiyini söylədi. Digər canab da (Nazif Okumuş) eyni şeydən şikayətlənirdi. Deməli, ikisi sazı əlinə alıb qalanlara imkan vermirdilər. Ancaq öz qəzetlərinin bir neçə ay əvvəl vəzifədən sui-istifadə hadisələrinə dair manşetə verdiyi xəbəri görəndə verilişi tərk etdilər.
Reklam arasında nə baş verdi?
Maraqlı idi. Saleh Tuna qayıdıb: “Onsuz sən 28 Fevralda da “köpək” demişdin” sayağı sözlər sərf etdi. Nə demək istədiyi başa düşmək olmurdu. Sən demə, bugünədək mənim mövqeyimi bəyənmirmiş və bunu üzümə vurmaq üçün bu günü gözləyirmiş. Belə şeylər jurnalistə yaraşmır.
Aparıcı verilişi kəsməyə məcbur qaldı. Studiyada nə baş verdi? Deyilənlərə görə işindən azad edilənlər olub...
İçərdə nə baş verdiyini təfərrüatı ilə bilmirəm. Bunu bilirəm verilişi efirdən yığışdırdılar.
Həmin verilişdən sonra başqa verilişlərə də çıxdınız. Deyən hələ də sizi dəvət etməyə cəsarəti olan kanallar var...
(Gülür) Vallah, Samanyolu haber, Halk TV, Ulusal TV buna cəsarəti çatdı. İndi də iki gündür Sokak TV-də çıxış edirəm. Yəni alternativ kanallarda. Yoxsa başqalarının cəsarəti çatmaz, mümkün deyil. Bir də CNN beş dəqiqə ayırdı. (Gülür)
28 Fevralda mediada baş verənlərlə bu günkü hadisələr arasında oxşarlıq varmı?
Media hədəfinə bir düşmən qoyur və onu “iblisləşdirməyə” başlayır. Beləcə qalan məsələlərin üstündən xətt çəkilir. Məqsəd, hər kəsin həmin “düşməni” daşa basmasıdır. Əksinə, siz “Buna başqa aspektdən yanaşaq. Başqa nöqteyi-nəzərdən baxaq” desəniz, -eyni şey 28 Fevralda da başıma gəlmişdi- sizi də “iblisləşdiməyə” başlayırlar.
İndi də hökümət “paralel dövlət” yalanını ortaya atıb...
Şübhəsiz gizlətmək istədikləri bir şey var. “Paralel dövlət” adlı bir düşmən yaratdılar: camaat. On bir il gözləri görmədiyi camaat indi düşmən olmağa başladı. Müxtəlif dezinformasiyalarla qaralama işini yüksək səviyyəyə çatdırmağa çalışırlar ki, hamı o “düşməni” daşa bassın. Niyə? Çünki on bir il ərzində bu yolla çox şeyi aradan götürdülər. Ancaq vəzifədən sui-istifadə hadisələri o qədər açıq-aşkar ortadadır ki, yaxasını qurtara bilmirlər.
Bəs deyillər “vəzifədən sui-istifadə” yoxdur...
Vəkil, MASAK, polis... Bunların hamısı dövlətə aid qurumlardır. Bu məlumatları toplayan dövlət məmuru, mütəxəssislərdir. Fotoşəkilləri, video görüntüləri hamısı polis tərəfindən çəkilib. Şübhəsiz hər şey açıq-aşkar ortadadır, buna görə də mütləq bizi inandırmaq üçün başqalarına hücum çəkməlidirlər.
MİT-in xəbərdəralığı da üzə çıxdı...
MİT iki dəfə hesabat təqdim edib, biri 2011-də, o biri də 2013-də. Hər şeydən xəbəri olduğu üçün hökümətə də, Baş Nazirə də xəbər verib. Baş Nazirə “sizə zərər dəyə bilər” deyə bir haşiyə də çıxıblar. Hesabatla yanaşı, ayrıca haşiyə də düşüblər. Yəni demək istəyirlər ki, “vəziyyət ağırdır”.
Bəs niyə diqqətə almadılar?
18 Dekabr bunun cavabıdır.
Hökümət başqa cür hərəkət edə bilərdi?
Milyarlarla dollar ziyana düşdük. Ölkə kasıbladı, inflasiya artdı... Məzənnənin vəziyyəti göz qabağındadır. Sıradan çıxan qurumlar, insanların həyatı... Bunları hamı bilir. Bütün bunların səbəbi 17 Dekabr hadisəsini qəbul edilməməsidir. 18 dekabrda nə etmək olardı? Əslində olduqca sadədir. Səlalhiyyətli bir şəxs və ya Baş Nazirin özü çıxıb deyərdi ki, “Soğan yeməmişəm. İçim göynəmir. Bu hadisənin ucu kimə dəyir-dəysin, hamısını istintaqa cəlb edə bilərsiniz. Cinayəti kim işləmişsə, -nazirlər, övladları vəya yaxınlarım- hamını araşdırın, mən də sizi dəstəkləyəcəyəm”.
“Virus”, “çətə”, “örgüt”, “Xaşxaşi”, “paralel dövlət”, “saxta peyğəmbər”, “içi boş alim müsvəddəsi” kimi bir çox söz sərf etdi. Bunun nifrət ifadəsi ilə əlaqəsi nədir?
Şübhəsiz bunlar ağır təhqirlərdir, üstəlik özündə qarşı tərəfi yox sayma var. Elə nifrət ifadəsinin kökündə də yox sayma dayanır. Beləcə yox etmə arzusunu insanlara mənimsətmək, budur nifrət ifadəsi. Beləliklə “düşmənə” hücum çəkir və onu məhv edir. Cəmiyyət də buna etiraz etməz, çünki artıq mənimsəmişdir. Buna görə nifrət ifadəsi çox təhlükəlidir.
Xocaəfəndiniin dəyişdiyini düşünmürəm...
Üz verən hadisələr fikrimi dəyişmədi. Mənim tanıdığım bir Xocaəfəndi portreti var. Müsahibədə də görüşlərimi açıqlamışdım. Şəxsən hazırda Xocaəfəndinin dəyişdiyini düşünmürəm. Ancaq Kürd məsələsində məni təəccübləndirən bir-iki məqam vardı. Bildiyim qədərilə, Kürd məsələsinin həllində hökümətə dəstək veririk dedi, deyəsən. Mən ilk gündən bəri ortada Kürd məsələsinin həlli üçün hazırlanan bir layihənin olduğuna inanmıram. Bu məni narahat etmişdi, amma bundan başqa şəxsən onun dəyişdiyini düşünmürəm. Cəmiyyət içində iftiraq salan ifadələr həmişə təhlükəli olmuşdur. Bu təhlükəni aradan götürmədən də hər şeyin ikinci planda olduğunu düşünürəm.
AKP-nin dövlət içində öz paralel qruplaşması var
Sizcə, Camaat iddia edildiyi kimi “paralel dövlət” ola bilərmi?
Bunu dəlillərlə, sənədlərlə sübut etmək lazımdır. Onda 28 Fevralın nə günahı vardı, o da qaralanırdı. Belə olan halda biz insanları tamamilə dedi-qoduya, iftiraya, haqsızlığa qurban vermiş oluruq. Hər kəs ürəyi istədiyini etsin. Bu dəqiqə, fərdi haqlarımız tamamilə əlmizdən alına bilər. Bu çox böyük təhlükədir.
Bəs, “paralel təşkilat” varmı?
Əvvəllər PKK-KCK təşkilatı vardı, indi də AKP-nin dövlət içində öz qruplaşması var.
Bülənt Arınc “Biz yoxsaq camaatlar da yoxdur”, - dedi. Bu nə mənaya gəlir.
(Gülür) Həqiqətən çox qəribədir. Bu haqda çox şey demək olar. Yəqin özünü camaatların hamisi hesab edir. Tutarsızlığa fikir verin: “Türkiyədə onlardan əvvəl camaatlar yoxdu, heç bir iş görə bilmədilər, təzyiq altındaydılar”. Camaatlar, “Bizi siz qurmamısınız axı?” -, deyərlər. O qədər camaat var. Üstəlik bu da ayrı bir vəsayətdir.
- tarixində yaradılmışdır.