Almaniya konfransı və bal insanlar
Sual: Bu günlərdə Almaniyada "Ənənəvilik və müasirlik arasında Müsəlmanlar: Mədəniyyətlər arasında bir körpü olaraq Gülən Hərəkatı” mövzulu bir konfrans keçirildi. Birincisi, bu cür konfransları ümumi mənada necə qiymətləndirirsiniz? İkincisi, ənənəvilik ilə müasirlik bir-birinə ziddirmi, bunların əl-ələ vermələri mümkün ola bilməzmi?
- Biz mahiyyətimiz baxımından qüsurlara meyilli varlıqlarıq, ən doğru işlərimizdə belə yanlışlara yol verə bilirik. Hər vaxt əda etdiyimiz ən əhəmiyyətli işlərimizdə– ibadətlərimizdə belə bir çox xətalarımız ola bilər. Bu baxımdan da xeyirli fəaliyyətlərimizə obyektiv yanaşan kəslərin tənqidlərinə də razı olmalı və səmimi tənqidləri mükəmməlliyə doğru getmək üçün bir səbəb saymalıyıq. (01.01)
- Hər dəyişdirib çevirən müəyyən nisbətdə özü də dəyişib çevrilir. Buna görə də, təməl prinsiplərə bağlılıqda həssas olmaq lazımdır ki, mərkəzdən uzaqlaşma olmasın. (05.54)
- Təməl prinsiplərə bağlı olmadan aparılan fəaliyyətlər mövsümlükdür və qısa müddətdə bitib tükənər. Əgər bizi dialoq fəaliyyətlərinə sövq edən güc yalnız öz şəfqətimiz və şəxsi düşüncələrimiz olsaydı, bu iş də bir müddət sonra sona çatardı. Lakin "könüllülər hərəkatı"nın yol xəritəsini təyin edən əsaslar təməl dini prinsiplərimizdir, başqa sözlə, bu xidmətlərin davam etməsi müəyyən şəxslərin varlığına bağlı deyildir. (07.47)
- Alimlik acını da, şirini də, gözəli də, çirkini də ortaya qoymaq və həqiqətin ortaya çıxmasına çalışmaqdır. Bu baxımdan, konfranslarda müsbət qiymətləndirmələrlə yanaşı, konstruktiv tənqidlərə də yer və dəyər verilməlidir. Bir şeyi də qeyd etmək lazımdır ki, alimlər fərqli mütaliə söyləmə yarışına girməməyə və fantastik mülahizələr səsləndirməyə diqqət göstərməlidir. (13.27)
- İndiyə qədər məfkurəmizə xidmət edən bir çox şəxs, qrup, camaat və hərəkat olmuşdur. Necə ki, kimiləri torpağı şumlayar, kimiləri toxum səpər, kimiləri suvarar və kimiləri də meyvələri toplayar. Eynilə bunun kimi bir mənada, fərqli şəxslər tərəfindən ortaya qoyulan neçə illik səylərin səmərələri bu gün yığılır. Beləliklə də, dialoq və təhsil fəaliyyətləri mütləq anladılmalıdır, amma məsələ "aidiyyət mülahizəsi" ilə cılızlaşdılmamalı və heç kimin qibtə damarı təhrik edilməməlidir. (18.08)
- Bacardıqca şəxsləri deyil, hərəkatın özünü nəzərə vermək lazımdır. Dini məsuliyyətlərini yerinə yetirməyə çalışan insanların ağılla, məntiq zəminində fəaliyyət göstərməsi və müvəffəqiyyətin bütün millətə aid olması israrla vurğulanmalıdır. (24.15)
- Bəzi şəxslərin önə çıxarılması o insanlar üçün çox təhlükəli olmaqla yanaşı, bəzilərində də qısqanclıq hislərini oyandıracağı üçün çox zərərlidir. (28.30)
- Möminlər dinin əsas prinsiplərinə sıx bağlı qalmaqla yanaşı, zamanın övladları olduqlarını da nəzərə alaraq hərəkət etməlidirlər. Bu baxımdan da, onların nəzərində ənənəvilik ilə müasirlik bir-birinə zidd deyildir. (32.40)
- Keçmişdən qopuqluq, lüks, fantaziya və abır-həya yoxsulluğu şəklində başa düşülən müasirlik bizdən fərsəx-fərsəx uzaqdır. (38.10)
- Çay fəslinin meyvəsi.. bir ayədən bal nöqtəsi... (39.40)
- "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (Nəhl, 16/68-69) tərcüməsindəki ilahi bəyanın xatırlatdıqları... (40.00)
- Varlığı sözgəcdən keçirib araşdıran, kainat kitabındakı hər şeydən bir məna çıxaran həqiqi möminləarı arasında, sözun əsl mənasında, ciddi bir bağlılıq vardır. (43.56)
- Yağ, süd, qatıq... qısa müddətdə xarab olur, bal isə illərə meydan oxuyur. Bu baxımdan da, insan bal kimi olmalıdır. Hal-hazırda dünyaya şəkər-şərbət təqdim etmə mövqeyini mühafizə edən belə insanlar olmalıdır ki, məhz onlar şəfa sayılır. (47.10)
- tarixində yaradılmışdır.