Cəfəri-Təyyar və Əfəndimizin Nəzdində Dostlarının Qiyməti
Sual: Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.), Həbəşistandan qayıdışı Xeybərin fəthi ilə eyni vaxta düşən Həzrəti Cəfəri (r.a.) qarşısında görəndə: "Xeybərin fəthinəmi sevinim, Cəfərin gəlişinəmi?" sözünü necə anlamalıyıq? Bu nəbəvi sevinc Həzrəti Cəfərin (r.a.) şəxsi iləmi, yoxsa Peyğəmbər Əfəndimizin (s.ə.s.) bütün səhabələrinə qarşı sevgi və məhəbbəti iləmi əlaqəli idi? Kuba məscidi və Uhud kimi mübarək məkanları tez-tez ziyarət etməsi də Allah Rəsulunun (s.ə.s.) Əshabi-Kirama qarşı vəfasının bir təzahürü olaraq dəyərləndirilə bilərmi?
- Cəfər bin Əbu Talib Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) əmisinin oğludur. Yaşca qardaşı Həzrəti Əlidən (r.a.) daha böyükdür. İlklərlə müsəlman olmuş və xanımı Əsma binti Üveys ilə birlikdə Həbəşistana hicrət etmişdi. (01.14)
- “Mutə” müharibəsində şəhid olan Həzrəti Cəfərin iki qolunun da kəsilməsi üzərinə, Allah Rəsulu (s.ə.s.) Cənnətdə ona iki qanad verildiyini xəbər verərək belə buyurmuşdu: "Cəfəri Cənnətdə mələklərlə birlikdə uçarkən gördüm." İnsanlığın İftixarının (s.ə.s.) bu bəyanından sonra bu böyük səhabəyə: "Cənnətdə uçan Cəfər" mənasında "Cəfəri- Təyyar" ləqəbi verilmişdi. (01.25)
- Həzrəti Cəfər (r.a.) dünyada üzü heç gülməyən, həyatını İslama həsr edən uca ruhlardan biridir. İslamiyyətin ilk illərindəki əziyyətlərə o da tuş gəlmiş, illərlə Həbəşistanda ayrılığa dözmüş; Mədinəyə, Allah Rəsulunun (s.ə.s.) yanına döndükdən bir il sonra da Mutədə şahidlik şərbətini içmişdi. (03.35)
- Xeybərin fəthi əsnasında Cəfər bin Əbu Talib rəhbərliyindəki Həbəşistan mühacirləri geri qayıtmışdılar. Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) buna o qədər sevinmişdi ki: "Bilmirəm hansına sevinim; Xeybərin fəthinəmi, Cəfərin gəlişinəmi?" buyurmuşdu. (04.30)
- Şam-Mədinə yolu üstündə Mədinənin 150 kilometr şimalında yerləşən Xeybər inadkar bir qrup yəhudilərin müşriklərlə ittifaq qurmaları və müsəlmanlar əleyhində daima sui-qəsdlər törətmələri nəticəsində bir ilan yuvasına dönüncə, hicrətin 7-ci ilində fəth edilmişdi. (05.00)
- Allah Rəsulu (s.ə.s.) bütün səhabələrinin qayğısına qalardı. Onun bu gözəl xisləti Əhlullaha (Allah dostları) da sirayət etmiş və vaxt ötdükcə bütün Haqq dostlarının şüarına dönmüşdü. Dolayısilə, Şəfqət Peyğəmbərinin (s.ə.s.) sevgi və mərhəməti hər kəsi əhatə edirdi, amma Həzrəti Cəfər (r.a.) və Həzrəti Fatimə (r.a.) kimi xüsusi təvəccöhə məzhər olan şəxslərin xüsusiyyətləri də nəzərə alınmalıdır. (08.00)
- Kuba Məscidi Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) Hicrət əsnasında ucaltdığı və orada səhabələri ilə namaz qıldığı İslamın ilk məscididir. Allah Rəsulunun (s.ə.s) demək olar ki, hər şənbə Kubaya baş çəkməsini Onun səhabə və xatirələrinə vəfasının təzahürləri arasında saya bilərik. (14.06)
- Müşfiq Nəbi (s.ə.s.) köhnə bir dostuna baş çəkər kimi, zaman-zaman Uhuda da gedərdi. Əslində, bu ziyarətləri orada yatan vəfa qəhrəmanlarına qarşı vəfa və sədaqətinin də ifadəsi idi. (16.47)
- İnsanlığın İftixarı (s.ə.s.) bu davranışları ilə bizə dostlarımızla sevinc və kədəri bölüşməyi öyrədir; yaşatmaq üçün yaşama üfqünü göstərir. (20.05)
- Vətən həsrətini məndən soruşun!.. Soruşun ki, sizə dövrümüzün fədakar ruhlarının fədakarlıqlarından danışım!.. (23.20)
- tarixində yaradılmışdır.