Cəmiyyətdə plüralizm və ailədə bərabərlik
Sual: Plüralizm qloballaşan dünyada mühüm bir dəyər kimi qəbul edilən və tez-tez gündəmə gələn mövzudur. İnanan insanların ictimai həyatında plüralizm hansı rola malikdir? Relyativizm fəlsəfəsinə sapmadan plüralizm anlayışımız necə olmalıdır?
- Plüralizm[1] İslamiyyətin ilk dövrlərində “isimsiz bir müsəmma”[2] kimi bilavasitə ictimai həyatda olmuş; insanların hissiyyat, mülahizə və düşüncələri hörmətlə qarşılanmışdır. (01:05)
- Müsəlman ölkələrində plüralizmə gəlincə, müxtəlif mövzularda fikir və müzakirənin ölçüsü və məhək daşı bunlardır: "Ədilleyi-şəriyyeyi-əsliyə", yəni Kitab, Sünnə, icma, müqayisə və bunları tamamlayan "ədilleyi şəriyyeyi-taliyə" – adət və ənənələr... (02:20)
- Ən ideal cəmiyyətdə belə mütləq vəhdət mümkün deyil. Orada da müxtəlif fikir, düşüncə və fəaliyyətlərə rast gəlmək mümkündür. Böyük dövlət xadimi və əngin düşüncəli Hz. Ömərdən Əbu Zərr həzrətlərinə, Hz. Əbu Bəkirdən Hz. Bilali-Həbəşiyə qədər fərqli düşünən insanlar olmuşdur. Eyni “mənhəlul-əzbil-məvrud”dan[3] istifadə etmə, eyni qaynağa baş vurma, eyni mənəvi qidanı qəbul etmə və eyni hədəfə getmə baxımından şərhləri müəyyən ölçüdə yaxın olsa da, bir-birilərindən fərqlənmələri danılmaz həqiqətdir. Məhz bu, bir mənada təbii plüralizmdir. Ancaq o dövrdə buna plüralizm kimi baxmamışlar. Biz buna “isimsiz plüralizm müsəmması” adını verə bilərik. (03:20)
- Öz daxilimizdə təbii bir plüralizmin mövcudluğunu qəbul edib bunu Allahın bir lütfü saymalıyıq. Bununla yanaşı, hər məsələni "ədilleyi-şəriyyeyi-əsliyyə" qəlibinə salaraq, onun meyar süzgəcindən keçirib şəksiz bir həqiqət olub-olmadığını da müəyyənləşdirməliyik. Ancaq hiss, idrak, şərh müxtəlifliyi nisbətində bəzi məqbul fərqlərin də ola biləcəyini nəzərdən qaçırmamalıyıq. (05:10)
- Hədisdə, "Cənnətin göbəyinə alaçığını qurmaq istəyənlər camaatı seçsin, cəmiyyətdə yaşamağa çalışsın və ayrılmasınlar" buyurulur. Bəli, insanın hissiyyatına, anlayış, istedad, düşüncə və yetişdiyi mədəniyyətdən asılı olmayaraq müsəlman cəmiyyətdə, insanların arasında sadə bir insan kimi ömür sürməyə çalışması bir mənada ibadətdir. (07:05)
- Qloballaşan dünyada plüralist olmaq məsələsinə gəlincə: Bizimlə eyni qaynaqdan istifadə edən insanların fərqli düşüncə, mülahizə, fikirində ortaq məxrəcə gələ bilərik. Ancaq dünyaya açılınca tamam fərqli inanc, düşüncə və mədəniyyətə mənsub insanlarla qarşı-qarşıya gələcəyik. Bu zaman qətiyyən güzəştə gedilməməli və kimliyin aşınmasına imkan verilməməlidir. Belə bir vəziyyətdə əlaqəmiz iki yöndə inkişaf etməlidir: Onları bəzi düşüncələri ilə birlikdə qəbul etməli, bəzi düşüncələrinə qarşı da etiraz sərhədləri və müxalif şərhləri qoymalıyıq. Onlar da bizə qarşı müxalif şərhlər qoya bilərlər. Çox vaxt bu fərqləri əvvəlcədən önə çəkməmək surətilə onlarla əlaqələrimizi davam etdirə bilərik. "Var" olanları (daha sonra dilə gətirmək şərtilə) müvəqqəti "yox" kimi qəbul edə bilərik.
Əlaqələrin bir istiqaməti də – Cənabi-Haqqın insana insan olduğu üçün ətf etdiyi dəyər nöqteyi-nəzərindən münasibət qurmadır. (10:45) - Əgər biz də bir ovuc həvari kimi sürətlə dünyaya yayıla bilsə idik, o ilk müsəlmanlar kimi Quran əqliliyini, məntiqiliyini qoruyub saxlamaq şərtilə dünyanın hər tərəfinə köç edə bilsə idik, hazırda dünyanın müxtəlif yerlərində dəyərlərimizin daha düzgün anlaşılmasına səbəb olardıq. (13:20)
- İnsanlarla harada necə rəftar etməli, necə qarşılamalı, onlara necə qucaq açmalı və s. kimi məsələlərin həlli dövrə görə fərqlənir. Dəyərlərimizdən keçmədən, kimliyimizi güzəştə getmədən, aşınmadan insanlara insan olduğu üçün dəyər vermək, fərqliliyi danılmaz bir həqiqət kimi qəbul etmək, bir az realist və rasional hərəkət edərək, Allahın izni və inayəti ilə, qloballaşan dünyada vəzifələrimizi layiqincə yerinə yetirmiş olarıq. (14:10)
- Buna da diqqət etməliyik: Digər insanların da düşüncə dünyamıza qatqısı ola bilər. Buna görə də qloballaşmadan maksimum dərəcədə istifadə etməli; bəzi məsələlərdə israr etməməli; əks-reaksiyaya səbəb olacaq davranışlardan uzaq durmalı; inancımızı və düşüncəmizi onları narahat etməyəcək və üslubuna uyğun şəkildə çatdırmalıyıq. (17:13)
- Öz dünyamızda çətinliklərlə üzləşməyə bilərik. Lakin başqa dünyalara gəlincə, İslamiyyətin ümumbəşəriliyinə sığınmalıyıq. Bizim istifadə etdiyimiz, ya da bizə gəlib çatan təməl prinsiplərin ruhunda məhz bu ümumbəşərilik var. Ancaq bəzən mühit onların inkişafına mane olur. Dünyaya açılarkən zərurət və ehtiyaclar bu istiqamətdə inkişafımıza səbəb olacaqdır. Bu mövzuda dayazlıq İslamiyyətin ümumbəşərili ilə bağlı deyil, boya-başa çatdığımız, yetişdiyimiz mühitin verdiyi, ya da zorla mənimsətdiyi dayazlıqdan qaynaqlanır. Qaynaqlarımızı təkrar gözdən keçirmək, yeni tanış olduğumuz insanlara qarşı ümumi davranışlarımızı təkrar nizamlamaq ümumbəşərilik üçün vacib əsaslardır. Başqa sözlə, mahiyyətimizdə nüvə şəklində olan "ümumbəşərilik" imani bir nəzərlə, fikir cəhdi ilə və qaynaqlarımızı yenidən nəzərdən keçirmə əzmi ilə inkişaf edəcək. (22:07)
Sual: Xüsusilə, qadınlar ailə həyatı ilə karyera arasındakı tarazlığı necə qurmalıdır? Müxtəlif universitetlərə qəbul olan uşaqlı-uşaqsız anaların ali təhsilini davam etdirmək üçün ayrı-ayrı yerlərdə yaşaması düzgündürmü? Uşağın ana-ata üzərindəki haqqı nöqteyi-nəzərindən də məsələyə baxılsa, bu mövzuda siz nə tövsiyə edirsiniz? (25:44)
- Həyatın müəyyən dövrlərində ana-atasını tərk edən uşaqlar, kim bilir, bəlkə, müəyyən bir dövrdə tənhalığa məhkum edilmiş uşaqlardır. (27:10)
- Tarix boyu bizim mədəniyyətimizdə qadın daha çox övladlarını böyütməklə məşğul olmuşdur. Bu "qadın işləyə bilməz" mənasına gəlmir. İstər Səadət-Əsrinə (döyüşlərdə iştirak edərək), istər Əməvi, istər Abbasi, istər Osmanlı dövrünə (saraydakı qadınlar belə, çox böyük işlərə görmüşlər) nəzər yetirsək, qadının ictimai həyatın içində olduğunu görərik... Qadının ictimai həyatın içində olma məsələsinə mənfi baxılmamalıdır. Lakin o, eyni zamanda inandığı dinin qaydalarına ictimai həyatda da riayət etməlidir. (28:20)
- İşlədiyi yerin mühiti uyğunsa və işi dinin təməl prinsiplərinə zidd deyilsə, qadının işləməsində heç bir qəbahət yoxdur. “İş saatının tənzimi"nə, "işin bölüşdürülməsi"nə və cəmiyyətin əsası olan ailənin ər-arvad arasında "yardımlaşma düsturunun sadələşdirilməsin"ə ehtiyac vardır. (29:30)
- Ər-arvadın razılığı, ailə müqaviləsi və müəyyən prinsiplərlə ailəvi məsuliyyətləri ehmal etməmək və uşaqların hüququna da riayət etmək şərtilə, qadın da inancı üçün əlverişli olan bir zəmində işləyə bilər. (32:15)
- İnsan çoxmeyilli varlıqdır. Bu da bir həqiqətdir ki, onun bir çox zəif yönləri var. O, əli ayağı, gözü qulağı, dili dodağı, ağlı və xəyalı ilə çirkaba girməyə elə meyillidir ki, "Üsyan dəryasına yelkən açmışam / Kənara çıxmağa qoymur məni" beytində deyildiyi kimi, (Allah qorusun) diqqətli yaşamasa, iffətdən uzaqlaşar və bir daha geri dönə bilməz. Bu həm qadın, həm kişi üçün keçərlidir. Rica edirəm, reallıqları görməzlikdən gəlməyək. Real əsaslı iffətə görə hərəkət edək və xəyali iffətə görə hökm verməyək. (35:05)
[1] Fəlsəfə, din və siyasi sahələrdəki müxtəlif təmayüllərin sülh və əmin-amanlıq içində yaşamasını müdafiə edən görüş.
[2] Adsız məfhum
[3] Saf, təmiz su mənbəyi
- tarixində yaradılmışdır.