Fütüvvət Ruhu və İgidliyin Əsasları
Lüğəvi mənası gənclik və igidlik olan "fütüvvət" sözü sələfi-salehin tərəfindən təhəmmül, dözmə, qatlaşma, başqaları üçün yaşamaq, dost-tanışların xətalarına qarşı müsamihəli olmaq, insaflı olmaq, lakin insaf gözləməmək kimi müxtəlif mənalarla çox geniş çərçivədə izah edilmişdir. Böyüklərimizin bu izahları o dövrün və müxatəblərin ehtiyaclarına görəmi bu qədər müxtəlifdir? Dövrümüzün şərtləri baxımından fütüvvət nədir, igid kimə deyilir?
- Başqaları üçün yaşamaq anlayışına könül vermənin və hər cür əzab-əziyyətə “of” demədən səbir etmənin ünvanı olan "fütüvvət" sözü, gənc, cavan, dəliqanlı mənasına gələn "fəta"dan törədilmişdir. Bəzən də hər cür pis əmələ baş qaldırmanın rəmzi və səmimi, ixlaslı übudiyyətin, qulluğun da əsası sayılmışdır. (01.08)
- Həzrəti Əli (r.a.) hər halı və hər yönü ilə fütüvvətin təmsilçisi qəhrəman bir fəta idi.. və "Əli kimi igid, Zülfiqar kimi də qılınc tapılmaz" ifadəsi onu çox gözəl təsvir edir. (01.20)
- “Kəhf” surəsində əsas başlıqlar altında rəvayət edilən bir neçə hadisə var. Həzrəti Musa ilə Yuşa b. Nunun səyahəti və Həzrəti Musanın Xızırla səfəri də bunlar arasındadır. Yuşa b. Nun nəbidir. Deyilənlərə görə, Həzrəti Musadan sonra Amelikalılara qarşı aparılan döyüşlərdə o rəhbərlik etmişdir. İnanan insanlar sadəcə zahiri elmlərlə kifayətlənməməli, qəlb və ruh dünyalarını hərəkətə keçirərək lədun, ilahi elmlərə də yiyələnməyə çalışmalıdırlar. Həzrəti Musa yanındakı gənclə bu yola girmiş və bütün gənclərə bu dərsi vermişdir. Orada insan nasutiliyi (insanla əlaqəli hər şey) tərk edib lahuti (mənəviyyat) mahiyyətə bürünər və daxilən dərinləşdikcə dərinləşər. Bu eyni zamanda, böyük bir məfkurənin məsuliyyəti altına girməyə hazır olmaq mənasına da gəlir. (03.11)
- Tarix boyunca fütüvvət kəlməsi hansı mənalarda işlənir işlənsin, o xas mənası ilə Allahdan başqa ilah tanımamanın, dini duyğu, dini düşüncə və dini həyat üçün hər fədakarlığa hazır olmağın; batil inanc, batil anlayış və batil davranışlara qarşı baş qaldırmanın; hər yerdə və hər zaman Haqla möhkəm əlaqədə olub daim Onu hayqırmanın və üzərinə düşən vəzifəni yerinə yetirib nəticəni Allaha həvalə etmənin ünvanı olmuşdur. (09.40)
- Müasir dövrdə fütüvvətin ən əsas yönünü "adanmışlıq ruhu (bir məfkurəyə həyatını həsr etmək anlayışı)" təşkil edir. Özünü bir məfkürəyə həsr etmiş insan Cənnətə girmə ümidini daim qəlbində, şüurunda, vicdanında yaşadar, lakin onun dünyada yeganə məqsədi var: İslamın ismətini qorumaq və iləyi-kəlimətullah vəzifəsini layiqincə yerinə yetirmək. Çünki dünyada hal-hazırda müsəlmanlıq üçün ediləsi yeganə iş budur. Bu da həyat eşqini yaşatmaq idealı uğrunda unudan insanlarla ola bilər. (13.31)
- Bu dövrün igidləri üçün fütüvvət ruhunun önəmli bir cəhəti də fərqlilik mülahizə və düşüncəsindən uzaq olmaqdır. Onların ən böyük fərqi, fərqlilik düşüncəsinə qətiyyən girməmələridir. (17.00)
- Bu yolda tanınma, şan-şöhrət, insanların təvəccöhü, vəzifə, rütbə kimi şeylər də imtahan səbəblərindəndir. Böyük kimi qəbul edilmə, hörmətli insan olma məsələn, "əfəndi, müəllim, alim, pir, ustad" kimi ünvanlarla çağırılma da edilən xidmətlərin, görülən işlərin bədəli, əvəzidir. İnsan istək və iradə xaricində bunlarla qarşılaşırsa və bunlara istidraç nəzəri ilə baxırsa, zərərsiz ola bilər. Əksinə, insan hər işində təqdir və tərif umursa, başqalarının ona təzim etməsini arzulayırsa, ən çox onun sözlərinə dəyər verilməsini istəyirsə, gördüyü işlər əvəzində bu işlərin böyüklüyünə görə dəyər umursa, deməli o axirətə müflis getməklə qarşı-qarşıyadır. (20.38)
- Həzrəti Əbu Bəkir (r.a.) buyurur ki: "Biz Əfəndimizin hüzurunda ikən başında quş oturan insan kimi, bir sözünü qaçırmamağa çalışırdıq". Bəli, səhabə əfəndilərimiz Söz Sultanının (s.ə.s.) hüzurunda danışmaq bir tərəfə, hərəkət etməkdən belə çəkinir, Onun dilindən tökülən söz incilərinin heç birini qaçırmamağa, Onun hər sözünü tam anlamağa səy göstərir və Ona qarşı daim ehtiramlı idilər. (24.15)
- Rəsuli-Əkrəm (s.ə.s.) "Ləvlakə ləma xalaqtul-əflaq - Sən olmasa idin, bu aləmləri yaratmazdım!.." qüdsi hədisinin məzhəridir. Bu hədis hədis meyarları baxımından səhih olmasa da, məna baxımından həqiqətdir, çünki o "Muarrif" olmasa idi, bu aləmlərdən, bu kainat kitabından hətta Qurandan heç kim, heç nə anlamayacaqdı. Elə isə bu hədisin mənası belədir: "Ey Rəsulum! Bu kitabların oxunması da, mənalarının şərhi də sənin sayəndə oldu. Elə isə sən əlindəki Quranla hər şeyin qövli-şarehi (şərhçisi), təfsiri-vazehisən (izah edəni)." (25.57)
- Peyğəmbər Əfəndimiz (s.ə.s.) ülvi vəzifəsinin əvəzində maddi heç nə ummadığı kimi, heç vaxt fərqlilik və üstünlük mülahizələrinə də girməmiş, təvazökarlıqdan ayrılmamışdı, ayrılmazdı da. O onu digər insanlardan ayıran heç bir davranış nümayiş etdirməz, varlığını hiss etdirməyə çalışmaz və bir yerə girəndə özü üçün ayağa qalxılmasını belə istəməzdi. (27.00)
- Ər-arvadın cəmiyyətdəki mövqeyi hər nə olur-olsun, onlar evində yenə də ər və arvaddırlar. İşi və mövqeyi evdəki vəzifəsinə xələl gətirməz, gətirməməlidir. Heç kəsin mövqeyi Kainatın Əfəndisi qədər yüksək, işləri Onunki qədər çox və məqamı da Onunki qədər uca deyil. O ki hər an vəhyə müxatəb idi və Cəbrayılla söhbət edirdi. Mələklər Ona boyun əyirdi, aləmin işləri Onu gözləyirdi. Lakin O (s.ə.s.) yenə də həyat yoldaşlarına ən gözəl şəkildə davranır və qətiyyən onlara kömək etməkdən çəkinmirdi.. və beləcə ümmətinə bu mövzuda ideal olanı göstərirdi. (30.07)
- İnsanlığın İftixarının (s.ə.s.) məclisinə ilk dəfə girənlər əksəriyyətlə Peyğəmbərin kim olduğunu tanıya bilimir, ancaq səhabənin Ona qarşı hörməti ilə və ya O söhbətə başlayınca Allah Rəsulunu tanıya bilərdilər. Deməli, fütüvvətin bir yönü də insanlardan bir insan olub özünü məçhul, bilinməz, naməlum bilməkdir. (32.16)
- tarixində yaradılmışdır.