Haqq dostları və təvəccöh
Deyilənlərə görə, Allahı təsdiq edən külli dəlillərdən biri də Haqq dostlarıdır və onları diqqətə çatdırmaq, müntəsiblərin təvəccöhünü təmin etmək Cənabi-Haqla münasibəti artırır. Bu mülahizəni göz önündə tutaraq, İbn Asakir kimi alimlər "Həzrəti Ömər və Həzrəti Əlidən bəhs etmək savabdır" demişlər. Bu baxımdan yeni nəslə dövrümüzün böyüklərindən bəhs etmənin əsasları nələrdir və bu barədə hansı yol izlənməlidir?
- Bəzi Haqq dostlarının təmkinli, qərarlı halı və səmimi ibadəti çox təsirli bir dərsdir. Onların varlığı təmsil etdikləri məfkurənin haqq olduğuna dəlildir. (01.55)
- İbn Asakirin Həzrəti Ömərlə Həzrəti Əli (r.a.) əfəndilərimizi bir yerdə zikr etməsi, onlardan birini sevən kimi görünüb, digərini təhqir edən iki ifrat zümrənin səhv düşüncələrinə qarşı bir təlifdir. (03.27)
- Qurani-Kərim gəlib-getmiş əcdadımıza dua etməyimizi tövsiyə edərək, bizə onları xeyirlə yad etmə duyğusunu aşılayır: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (Həşr, 59/10) (06.25)
- Həzrəti Mövlana, İmam Qazali və İmam Rəbbani kimi böyüklər öz dövrlərində çox ciddi etiraz və qısqanclıqla qarşılaşdıqları kimi, sonrakı dövrlərdə də müəyyən təbəqə tərəfindən şiddətlə tənqid edilmişdir. (08.00)
- Həqiqi övliyanın təvəccöhü, ilahi feyzi almaq üçün nurani bir vasitədir. Bəzən bir haqq dostunun nəzərinə məzhər olmaq, onun əlini tutmaq, ya da sadəcə söhbətində olub o ab-havanı ciyərlərinə çəkmək belə xüsusi təvəccöhün sirayətinə qapı açar. İlahi feyz və bərəkət o aynalar sayəsində digər insanların ruhlarında əks etdirilir və onlar, onlara təvəccöh edənlərin inkişafına səbəb olurlar. (10.05)
- Öz böyüklərinizdən bəhs etməyiniz və onların fəzilətlərini bir-bir saymağınız insanların rəqabət hisslərini təhrik edə bilər. Bu baxımdan, onlardan bəhs edərkən qısqanclığa səbəb olmamağa son dərəcədə diqqət etməlisiniz. (10.45)
- Allah dostlarını qiymətləndirərkən onların elm naminə ortaya qoyduqlarına baxmaqla kifayətlənməməlisiniz, çünki elm, mərifət və Allahın bəxş etdiyi böyüklük fərqli məsələlərdir. Abdülqadir Geylani həzrətlərinin əsərlərinə baxanda açıq-aydın görünür ki, o, İmam Qazaliyə ancaq tələbə ola bilər, lakin Allahın bəxş etdiyi böyüklük çərçivəsindən baxanda, İmam Qazali Geylani Həzrətlərinin dizi dibinə oturub: "Həzrət, bir damla himmət lütf et!.." -deyəcək səviyyədədir. (14.20)
- Qətiyyən başqalarının qısqanclıq hissini körükləməməli və həsəd duyğularını təhrik etməməliyik, yoxsa heç nədən özümüzə rəqib qazanarıq. Əlimizdən gəldiyi qədər başqa yol təqib edənlərin xeyirli fəaliyyətlərindən də bəhs etməli və hər fürsətdə onların fəzilətlərini dilə gətirməliyik. Bəli, öz dairəmizdə qabaqcıl, rəhbər sayılan insanları mütləq nəzərə çatdırmalıyıq, lakin bunun başqalarının həsədinə səbəb olmamasına da səy göstərməliyik. (15.00)
- Cənabi-Haqqın nemət və inayəti hər an üzərimizə yağır, lakin Onun lütfü, səbəblər baxımından, Üluhiyyətinə təvəccöhü dərin olan insanlara çatır. (18.30)
- Aidiyyət mülahizəsi (mənsub və əlaqədar olma düşüncəsi) insandakı eqoizmi bəsləyən və onu möhkəmləndirən bir amildir. (24.30)
- İnsan, cəmiyyətdəki təmiz, böyük simaları tanıdıqca və xalis qulların übudiyətdəki dərinliklərini gördükcə ətrafına və digər müsəlmanlara daha fərqli baxır. Çox vaxt bir qardaşını, yoldaşını ya da böyüyünü düşünüb "Məfkürəmizin haqq olması üçün bu insanın bu dairədə olması kafi bir dəlildir" deyərək qəlbi tətmin olar. Hətta olduğu dairənin verdiyi ilhamla, namaz qıldığı məkandan Kəbəyə, oradan da bütün dünyaya uzanan səflərə baxıb: "Bu düşüncə, inanc və təvəccöhümdə tək deyiləm, bu qədər insan mənim kimi düşünür. Həmçinin bu dairədə elə insanlar var ki, onlarınn hər biri Dinin bir höccəti, dəlilidir. İslamın haqq olduğuna, yalan üstündə birləşməsi qeyri-mümkün olan bu insanların varlığı belə öz-özlüyündə dəlildir. Bu uca şəxsiyyətlər mənim üçün də istinaddır və onlarla eyni yolda olmağım xoşbəxtlikdir" deyib həmd-səna duyğuları ilə alışıb-yanar. (27.45)
- Gördüyümüz mənzərələrdən istifadə etmənin ilk şərti nəzərdəki dərinlikdir. Bu cümlədən, Qurani-Kərimə axtardığınızı tapma ümid və inancı ilə baxsanız, filosof və mütəfəkkiranə nəzərlə baxanların görə bilmədiklərini müşahidə edə bilərsiniz. Siz Quranda axtardığınızı tapacağınıza inanıb, ayələrini xəzinəni göstərən işarələr kimi bir-bir izləsəniz, O da xəzinə qapısını açıq qoyaraq, sizi sirlərindən bir-bir agah edər. (30.03)
- tarixində yaradılmışdır.