Həcc, Qurban və Qürbət karvanları
Sual: 1) Qurani-Kərimdə Zati-Üluhiyyətə, Rəsuli-Əkrəmə, zamana, məkana və əşyaya verilən andlar içində "on gecə"yə də and içildiyini görürük. Bunu necə başa düşməliyik? İmkanılıların Həccə getməklə müqəddəs diyarlarda keçirdiyi zilhiccə ayının ilk on gününü bu mübarək səfərə gedə bilməyənlər necə dəyərləndirməlidir? (00.31)
- Qurani-Kərimdə Zati-Üluhiyyətə, Rəsuli-Əkrəmə, zamana, məkana və əşyaya verilən andlarla yanaşı "on gecə"yə də and içildiyini görürük. (01.43)
- “Fəcr” surəsinin ikinci ayəsində and içilən "on gecə", ümumiyyətlə, zilhiccə ayının ilk on günü olaraq qəbul edilmişdir. Allah-Təalanın bu gecələrə ayrı bir təvəccöhü, rəğbəti vardır. (08.45)
- Həccə getməyə imkanı olmayıb həsrət çəkənlər və hər il Kəbəyə üz tutanları göz yaşları ilə yola salanlar da niyyətindəki səmimiyyət və saflıq sayəsində çox böyük lütflərə, mükafatlara məzhər ola bilərlər. (14.20)
- Bu gün yalnız öz adına deyil, ümməti-Muhamməd üçün də həcc edəcək, o müqəddəs məkanları "Ümmət, ümmət" sədaları ilə daha da hərarətləndirəcək könüllərə ehtiyac vardır. O müqəddəs torpaqlar "Allahummə fəracən və məxracən liümməti Muhammədin" deyib ağlayan, ətrafdakılara da insanlıq üçün göz yaşı iştiyaqı aşılayan könüllərə möhtacdır. Həccə gedə bilməyənlər də eyni mülahizələrlə bu müqəddəs zaman kəsiyini bütün insanlıq adına dəyərləndirməlidirlər. (21.07)
Sual: 2) Dünənki söhbətdə “Həcc bütün ümməti-Muhamməd (sallallahu əleyhi və səlləm) naminə dəyərləndirilməlidir,” buyurdunuz. Eyni xüsus qurban ibadəti üçün də keçərlidir? Bu zaviyədən, son dövrlərdə Qurban Bayramının səfərbərliyə bənzədilməsi və səmimi fəaliyyətlərin ölkə xaricinə də yayılması haqqında düşüncələrinizi bölüşə bilərsinizmi? (24.45)
- Qurban lüğəvi mənaya görə "yaxınlaşmaq" mənasına gəlir və Allah yolunda mal, can – hər şeyin fəda edilməsi, Allaha təslimiyyəti və Ona qarşı şükür hisləri ilə coşmağı ifadə edir. Qurban kəsmək, Kitab, sünnət və icmai-ümmətlə təsdiqlənmişdir. Qurani-Kərimdə keçən: "Rəbbin üçün namaz qıl və qurban kəs" (“Kövsər” surəsi, 108/2) məallı ayənin qurbana işarə etməsi barəsində əksər İslam alimləri müştərək fikirdədir. (25.17)
- Allaha yaxınlaşmaq yolu olan qurban xüsusiyyətləri təyin edilmiş bir heyvanı müəyyən bir vaxtda, ibadət məqsədi ilə və üsuluna uyğun kəsmək deməkdir. Sadəcə qurban deyil, bütün ibadətlər fiqhi mənada desək, “təəbbüdi” sahəyə daxil və vəhyə görə şəkillənir. Bəli, ibadətlər "təəbbüdi"dir, yəni Allah əmr etdiyi üçün, Onun istədiyi zaman, Onun göstərdiyi şəkildə və Onun rizasını qazanmaq niyyəti ilə yerinə yetirilir ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən uzaq durulur. Məhz bu zaman etdiklərimiz ibadət olur. (32.30)
- Həyatını Allah yoluna həsr etmiş ruhlar qurbanı Allaha yaxınlaşmağa vasitə bildikləri kimi qəlblərin bir-birinə isinməsinə də vasitə edirlər. (36.20)
Sual: 3) Bir məqalənizdə Qurban Bayramı qəhrəmanlıq, fədakarlıq, hasbilik və təslimiyyət simvoludur, deyə vurğulanır. Qurbanın "təslimiyyət simvolu" olmasını necə başa düşməliyik? (42.05)
- Bunu başa düşmək üçün əvvəla məsələyə İbrahim Əleyhissalam kimi şəfqətli bir atanın qəlbindən yanaşmaq lazımdır. (42.55)
- Qurbanda təslimiyyət ruhunu dərk etmək üçün ilk qurban namizədi Həzrəti İsmayıl Əleyhissalamın şəxsiyyətini də nəzərə almaq lazımdır. (43.24)
- Vacib olmadığı halda bəzən borc pul alıb qurban kəsən möminlərin vəziyyəti də Həzrəti İbrahimin bütün həyatına hopan fədakarlıq və təslimiyyətin inikasıdır. (44.40)
Sual: 4) Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) öz qurbanı ilə yanaşı ümmətindən kasıblar üçün də qurban kəsdiyi rəvayət olunur. İmkanlı möminlərin Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) üçün də qurban kəsməsi vəfa borcu sayıla bilərmi? (45.48)
- Peyğəmbərimiz (s.ə.s.) belə bir əmri yoxdur, lakin Allah Rəsuluna qarşı vəfa və sədaqət nişanəsi olaraq Onun üçün qurban kəsmək qadağan da deyil, əksinə səmimi niyyətlə böyük savaba səbəb də ola bilər. (46.08)
- Bir gün imkanınız olsa, bizə Cənnət qədər qiymətli hədiyyələr bağışlayan Peyğəmbərimizə və Əshabı-Kirama qarşı laqeydlik göstərməyin; əlinizdən gəldiyi qədər, siz də onlara hədiyyələr göndərin. Bu işi görərkən də məsələni sələfi-salehinin ehtiyacına görə deyil, öz vəfa və sədaqətinizə görə edin. (47.47)
- Hərdən bir təzimlə onları xatırlamaq Əhli-Beyt sevgisi üçün kifayətdirmi? (49.30)
- tarixində yaradılmışdır.