Həyəcan yorğunluğu...
Sual: Bəzi yoldaşlarımız müxtəlif səbəblərlə mənən yorulur, küskünləşir və onlarda tapşırılan işi “yola vermə” psixologiyası hakim kəsilir. Bu insanların yenidən əsl mahiyyətinə və həyəcanına qovuşması üçün həm özlərinin, həm də yoldaşlarının çiyninə hansı vəzifələr düşür?
- Hər birimizin fərqinə varmadan bəzən bir gün, bəzən bir həftə, bir ay, bəzən bir il, bəzən də illər çəkən ətalətə düşməsi mümkündür. Bu, fərd üçün də, dövlət üçün də, bir hərəkat üçün də keçərilidir və peyğəmbərlərdən başqa hər kəs bu hala düşə bilər. (02:15)
- Ətalətin səbəbləri bəzən “ülfət və ünsiyyət” (qeyri-adi şeylərin adi hala gəlməsi) də ola bilər. Bəzən gözümüzdə o parlaq xidmət fəaliyyətlərinin, parlaq hərəkatın eyni əsaslar üzərində davam etməsi adiləşməyə başlayar. Beləliklə, ilk öncə daxilən bu fəaliyyətlərə qarşı təqdir hissimizi itiririk. (02:40)
- Həyata, xidmət fəaliyyətlərinə ilk atılanlardan olmağımız da buna səbəb ola bilər. Bunun üstün cəhəti də var. Lakin bəzən bu düşüncə də ətalətə səbəb ola bilər. (05:30)
- Bəzən bu düşüncə dilə gətirlməz, gizli qalar. İnsan bəzən hüsnü-zənnin verdiyi mövqeyə dilbəstə ola bilər və digər insanların ağlına gəlməyən təmənnaları uma bilər; “təmənna aludəçi”sinə çevrilə bilər. Hətta bu düşüncəsində bəzi dini əsaslara da istinad edə bilər. (08:00)
- Bəzi insanlar çox aktiv və hərəkətli olur. Bu insanlara məşğuliyyət verməyincə özlərini passiv hala gətirildiyini zənn edirlər. Buna görə də kənara çəkilirlər. (10:00)
- Bəzən insan ilk günlərdə duyduğu şeyləri sonraları duymaya bilər. Əslində bu gün Allahın izni ilə, daha gözəl şeylər olur. Hər halda bu günün hadisələrini yenidən analiz edib təhlil etmək lazımdır. (13:30)
- Həyəcan yorğunluğunu aradan qaldırmaq üçün görülən yuxular və müşahidələr hər yerdə danışılmalıdır. Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) təməssül etdiyi yuxular; Onun bizimlə olması mütləq hər kəsə çatdırılmalıdır. (15:00)
- Digər tərəfdən, şəxslərdəki ətalətə səbəb olan bu problemləri düzgün analiz edib bu insanları münasib fəaliyyət dairəsinə göndərmək lazımdır. (17:00)
- Durğunluq nəticəsində ağırlaşma başlayır. Diriltmə sevdasından, diriliş qəhrəmanı olmaqdan imtina etdiyiniz an siz də ölərsiniz. Allah sizin həyatınızı diriltməyə bağlayıb. (18:20)
- Hüsrəv xocanın həyatından iki nümunə: a) Qızının vəfat etməsinə baxmayaraq dərs verməyə davam etməsi... b) Kitabı əlinə ala bilmədiyi anadək dərsə davam etməsi... (22:00)
- Allah-Təala dünyanı dəyişdirməyi bu fəaliyyətin, belə səmimiyyətin, bu həyəcanın çiyninə qoyubsa, bunun yerini başqa şeylə doldura bilməzsiniz. (23:00)
- Yeni müsəlman olmasına baxmayaraq, Əshabi-Kiramın eşq və həyəcanı... (24:00)
- Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) fəaliyyətləri yalnız Ona xas deyil. Sədaqət, əmanət, fətanət, ismət və təbliğ xüsusiyyətləri daşıyan insanlar Allahın izni ilə bu gün də görə bilərlər.
- Yaşanan gözəlliklər Allahın sizdəki ixlasa, səmimiyyətə, vəfaya, “vifaq və ittifaq”a olan hüsnü-rəğbətindən başqa bir şey deyildir. (27:00)
- tarixində yaradılmışdır.