Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Hiddət, söymə-söydürmə və xidmət
Həyatı çətinləşdirən adətlərdən uzaq olmaq lazımdır. İnsan özünü ən ağır şəraitlərdə yaşamağa hazırlamalıdır.
Allah (cəllə cəlaluhu) buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zəriyət” surəsi, 51/56). Həzrəti İbn Abbas ayədə keçən “liyabudun” ifadəsini “liyarifun”, yəni “bilsinlər, tanısınlar, mərifət əldə etsinlər” şəklində təfsir etmişdir. Demək, şüur, idrak və iradə kimi ilk mövhibələrlə birlikdə yaradılan insan bunlardan Xaliqi-kainatı öyrənmək yolunda istifadə etməlidir. Allah haqqında ibtidai və ilkin məlumatla da kifayətlənməməli, bu bilikdən yararlanaraq Cənabi-Allaha aparan yola varid olmalı, ibadət, übudiyyət və übudət qanadları ilə mərifət üfüqünə pərvazlanmalıdır. Bəli, insan ilk öncə ümumi biliyə malik olmalı, sonra bu biliyin dərinliyinə baş vurmalı və onu əməllə mərifətə çevirməlidir. İbadət əslində Allah yolunda duyulan, hiss edilən, yaşanan və edilən şeylərin insan həyatı və təbiəti ilə qaynayıb-qarışmasından ibarətdir. (02:40)
Bir bəndənin insan olduğunu dərk edib və şüurla yaşayıb bütün məxluqata şəfqət göstərməsi əcz, fəqr, şövq, şükür və təfəkkür yolunun mühüm əsasıdır. İnsanın hər kəslə canı, ciyəri, övladı kimi rəftar etməsi bu şəfqətin təzahür və tələbidir. Övladın asilik və azğınlıq kimi bir fəlakətə sürüklənməsinə mane olmaqda ən məntiqli yol ona qucaq açmaq və şəfqət göstərməkdir. Hər kəsə bu anlayışla yanaşmaq bizim şüarımız olmalıdır. (05:00)
İndiyə qədər elə bir problem görməmişəm ki, hiddətlə, qəzəblə, zorakılıqla həllini tapsın. Sadəcə qorxudan sinən, səsini çıxarmayan insanlar var. Bu sinən, “burulub yatan” qəzəb, kin, nifrət, qeyz də gələcək nəsillərə ötürülür. (05:56)
Həzrəti Əbu Hüreyrənin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə buyurulur: “Bir nəfər Allah Rəsuluna “Mənə nəsihət et!” deyir. Allah Rəsulu buyurur: “Qəzəblənmə, hiddətlənmə!..” Adam dəfələrlə eyni istəyi təkrar edir, Peyğəmbərimiz də eyni nəsihəti verir. (07:00)
Öfkə müvəqqəti cinnətdir (dəlilik). Axırı isə ağır və faydasız nədamətdir.
Haqq düşüncənin yolçuları atılan turarsız və əsassız iftiralara boyun əyib yollarından dönməzlər. Şübhəsiz, atılan böhtanlara açıqlama vermə, düzəliş etmə, təkzib və təzminat tələbi kimi hüquqi yollarla cavab vermək haqqımızdır, ancaq üsluba diqqət etmək şərtilə. Məsələn, “Bu, doğru deyil!” deməklə “Siz yalan deyirsiniz!” sözü arasında fərq var. Hər ikisi səhvi düzəltmə üsulu olsa da, birində üslub xətası var. Nəticə etibarilə, yanlış üslub heç bir fayda vermir. (07:53)
Yalan lüğətlərdə həqiqətə zidd əsassız söz, gerçəklə təzad təşkil edən bəyan, olmamış bir şeyi həqiqət kimi təqdim etmə, ya da danışanın məlumatını, düşüncəsini, qənaətini bilərəkdən özündə əks etdirməyən ifadə və s. kimi şəkillərdə tərif edilir. Yalanın bəlağət elmindəki bir tərifi də var ki, olduqca maraqlı və tükürpərdicidir: yalan Allahın bildiyi bir şeyin əksini söyləmək, Allahın bildiyi bir şeyin ziddini iddia etmək və bir məsələnin Cənabi-Allahın dərgahındakı əsl keyfiyyətinə zidd bir söz uydurmaqdır. (10:12)
Söyməklə, təhqir etməklə, alçaltmaqla, xor baxmaqla insanların qəlbinə yol tapa bilməzsiniz, onları yumuşalda, sirati-müstəqimə çəkə bilməzsiniz. (12:44)
Qurani-Kərim bəzi məsələlərdən bəhs edərkən övsafı (xüsusiyyətləri, keyfiyyətləri) diqqətə çatdırır. Demir ki:“Allah Əbu Cəhli sevmir”, əslində Allah Əbu Cəhli sevmir. Quran “Allah Əbu Cəhili, Ütbəni, Şeybəni sevmir” deməsə də, Allah-taalanın zalımı, faciri, fasiqi, asini sevmədiyini açıqlayır, beləcə insanlarda o murdar xüsusiyyətlərə qarşı nifrət oyatmış olur.
Təəssüf ki, indikilər bir-birinin tarlalarına həqarət toxumları səpirlər. Bu fasid dairədə hamı bir-birinə çirkin sözlər “göndərir”. Əslində insan saleh dairədə olmalı, həmişə gözəl danışmaqla gözəl şeylər eşitmək üçün zəmin hazırlamalıdır. Həmişə yaxşılıq etməli, xeyirxahlıq yolundan ayrılmamalıdır. (14:24)
Qurani-Kərimdə və Sünneyi-Səhihədə bəzi insanları söyməkdə, təhqir etməkdə savab olduğuna dair heç bir məlumat yoxdur. Hətta dində Firon kimi tiranların söyülməsinin və lənətlə yad edilməsinin vacibliyinə dair bir əmr yoxdur. Söyməkdə, həqarət yağdırmaqda heç bir savab yoxdur. Əksinə söymək, lənət oxumaq, həqarət yağdırmaq eyni şeylərə “sərmayə qoymaq” deməkdir. (14:24)
Pisləri söymək yerinə, onlar haqqında belə, “Allahım, qəlblərimizi və onların qəlblərini islah et” şəklində dua etmək fəzilətdir. İnsanlığın İftixarı (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimiz, yəqin ki, çox incidiyi zamanlarda Mövlayi-Mütəala halını ərz edərək Onun mərhəmətinə sığınmış, insanlara həmişə şəfqət göstərmiş, Uhudda başı yarılanda, dişi qırılanda belə “Allahım, qövmümü bağışla, hidayət ver, çünki onlar Məni tanımırlar!” – deyə dua etmişdir. (18:20)
Qurani-Kərim buyurur: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!” (“Ənam” surəsi, 6\108) (20:07)
Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində insanın öz ana-atasına söyməsinin böyük günah olduğunu buyurmuşdur. Bu sözü qəribsəyib: “Adam heç öz valideynlərinə söyər?” deyənlərə Allah Rəsulu: “Bəli, insan bir başqasının atasına söyər (nalayiq, yersiz sözlər deyər), o da qayıdıb onun atasına söyər. Anasına söyər o da dönüb onun anasına söyər” şəklində cavab vermişdir. (Buxari, “Ədəb”, 4). (21:15)
Allah yolunun fədakarlarından danışanda “camaat”, “hərəkat”, “camiə” və “xidmət” kimi ünvanlardan istifadə edirlər. Mən bunların heç birini demək istəməmişəm. Qərblilər “xidmət” deyirlər, bunu, bəlkə də, bir az məzur saymaq olar. Bu işə könül verən insanlar Qurani məntiqə və aparılan fəaliyyətlərin məqul (ağlayatan) olmasına inam bəslədiklərinə görə bütün çətinliklərə sinə gərərək vətənə, millətə və bəşəriyyətə xidmət edirlər. Bu işin sirri − camaatın birlikdə namaz qılmaq üçün məscidə gəldikləri kimi – məntiqli və məqul olmasındadır. Ürəkləri eyni hiss və həyəcanla döyünən, bəşəriyyətin köməyinə hazır olan insanların cəhalət, yoxsulluq və ixtilaf kimi “xəstəlik”lərlə mübarizə çağırışına cavab verməsindədir.
Allah üçün xidmət edən hər kəs təqdir edilməli və alqışlanmalıdır. (26:00)
Məsələyə sırf mənsubluq düşüncəsi (burada bir yerə mənsub olma və bu düşüncə nəzərdə tutulmuşdur) ilə yanaşırsınızsa, hətta dualarınız belə bu çərçivədən kənara çıxmırsa, insanfsızlıq etmiş olursunuz. Elə olmamalıdır əslində. Hər kəsə qucaq açmaq, ürəyini açmaq, bütün gözəl əməlləri alqışlamaq lazımdır. (27:02)
Allahın dərgahında gözəl sayılan bir fəaliyyət haqqında “Niyə onlar edirlər?” deyir, həmin işə xor baxırsınızsa, Allahın gözəl gördüyünü çirkin görmüş olursunuz. (27:32)
Nurun qəhrəmanlarından mərhum Zübeyr Gündüzalpın Afyon məhkəməsində “Cənab prokuror dedi ki, “Bədiüzzamana ehtiram digər müfəssirlərə göstərilmir”. Düzdür. Hörmət və təzim böyüklük və kamillik dərəcəsinə, minnət və şükran da verdiyi faydanın çoxluğuna görə edilir. Bunu nəzərə alaraq Bədiüzzamanın əsərlərindən böyük fayda götürülür ki, gördüyünüz təzim və minnətdarlıq da bənzərsiz şəkildə olur”, − dediyi sözlərlə mühüm bir həqiqətə toxunmuşdur. Bəli, insan dinə, məsləyə və məşrəbə dərin məhəbbət bəsləyə bilər. Lakin səmimi, ürəkdən və dərin hisləri insanların başına külüng kimi vurmaq, yəni onlara bu cür üslubla çatdırmaq doğru deyildir. (27:54)
“Bizdən başqası yoxdur!” deməklə saysız-hesabsız düşmən cəbhəsinə zəmin hazırlamış olarsınız. Beləcə, həm insanları həsədə, qeybətə və mənfi rəqabət kimi günahlara sövq etmiş, həm də öz yolunuza əngəllər çıxarmış olarsınız. (29:15)