İmkansızlara yardım, isimsiz müsəmma və sileyi-rəhm
I hissə: çay süfrəsində həqiqət damlaları
- Ehtiyac içində olanların köməyinə tələsmək Allahın inayətini cəlb edən ən bəlağətli dəvətdir. Yardıma can atan köməksiz qalmaz. Əl tutana ummadığı yerdən əl uzanar. (00:42)
- Əl uzatmağın da maddi-mənəvi bir çox forması var. Ən önəmli və həyati əhəmiyyət kəsb edən yardım isə axirətdə nicat gətirən, insanla Allah arasındakı maneələri aradan qaldıraraq qəlbləri Rəbbə qovuşduran yardımdır. (02:00)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) böyük məsuliyyət tələb edən iyirmi üç illik peyğəmbərlik həyatında öhdəsinə düşən mükəlləfiyyətləri layiqincə yerinə yetirən müstəsna insandır. Ancaq böyük məsuliyyət hissi ilə buna ümmətinin də şahid olmasını istəyirdi. Vida həccində qan davasından qadın haqlarına, faizdən qəbilə münasibətlərinə qədər hər şeyi təkrar bəyan etmiş, ardınca da əshabına üz tutub "ألا هل بلغت Təbliğ etdimmi?" deyə soruşmuşdu. Hər sualın cavabında "Bəli, təbliğ etdin!" sədalarını eşitdikcə də Cənabi Haqqı şahid çəkərək: "اللهم اشهد Allahım, şahid ol!" demişdi. İnsanlığın İftixarının bu hərəkəti bütün irşad ərənlərinə bir nümunədir. Hər birimiz "Görəsən, öhdəmə düşən vəzifəni yerinə yetirə bildimmi?" kimi məsuliyyət hissi ilə coşub daşmalıyıq. (04:03)
- Şəfqət Peyğəmbəri (s.ə.s.) yanına gəlib ondan bir şey istəyənə varsa verər, yoxsa vəd edərdi. Bəzən əynindəki paltarı belə çəkinmədən çıxarıb verərdi. Bir gün bir nəfər gəlib Allah Rəsulundan bir şey istəmiş, o da onu əliboş qaytarmamışdı. Bu vaxt başqa biri də gəlmiş, Rəsulullah yenə əsirgəməmişdi. Üçüncü adama isə əlində bir şey qalmadığına görə söz vermişdi. Yəni əlinə imkan düşən kimi birinci ona əl tutacaqdı. Bu mənzərəni görən Həzrəti Ömər bərk üzülmüş, Onun bu qədər incidilməsinə könlü razı olmamışdı. Ayağa qalxıb "İstədilər verdin. Yenə istədilər, yenə verdin. Təkrar istədilər, bu dəfə söz verdin. Özünə bu qədər əziyyət etmə, ya Rəsulullah!" demişdi. Allah Rəsulu bu sözlərdən heç xoşu gəlməmişdi. Qaşları xəfifcə çatılmışdı. Bunu görən Abdullah b. Hüzafətüs-Səhmi ayağa qalxıb أنفق يا رسول الله! ولا تخش من ذي العرش إقلالا deyərək Onu təsəlli etmişdi. Yəni "Ver, ey Allahın Rəsulu, sanma ki, Allah səni kasıblığa düçar edər və səndən nemətini əsirgəyər!" İki Cahan Sərvəri məmnun qaldığını bu sözlərlə dilə gətirmişdi: "بذلك أمرت Mənə də sırf bu əmr olundu" (07:30)
- Kaş İman və Quran yolunda xidmət adla, ünvanla əlaqələndirilməyəydi və şəxslərə aid edilməyəydi!.. Görəsən “çı”ya, “çu”ya və ya “F”yə, “G”yə istinad edilmədən bu işi görmək olmazdımı? Əgər bu mümkün idisə, yəqin bu işdə xəta etdik… xəta etdik, düşmənləri təcavüzkarlığa sövq elədik.. xəta etdik, əhli imanı günaha sövq elədik.. bizi hec cür həzm edə bilmir, həsəddən əl çəkmirlər. Kaş "isimsiz müsəmma" olaydıq. Lazımi işlər görüləydi, amma adı, ünvanı olmayaydı. (10:24)
- Təsəvvüfə aid təkyələr və təsəvvüfi istilahın sistemləşdirilməsi istiqamətində ilk addımlar hicri III əsrdən sonra atılmışdır. Halbuki İslamın o dərin, sadə və coşqun “qəlb həyatı (bir mənada təsəvvüf)” bu dövrdən əvvəl də yaşanırdı. O vaxt ortada ad, ünvan yoxdu, amma buna layiq uca müsəmmalar (qəhrəmanlar) çoxdu. (11:52)
- Ən etibarlı və təhlükəsiz yol “isimsiz müsəmma” yoludur. Kaş əczi (acizlik), fəqri (fəqirlik), zühdü (zahidlik) özünəxas dərinliyi ilə yaşayaydıq, amma işə isimlər qarışmayaydı. Çünki o müsəmmaya, o gözəl əməllərə ad veriləndən sonra “aidiyyət mülahizəsi (mənsubiyyət hissi)” ortaya çıxdı, hər işi “-çı”, “-çu”, “mən”, “biz”, “bizimkilər” düşüncəsi ilə görməyə başladıq. Böyüklərdə bu cür bayağılığa rast gəlməsək də, “aidiyyət mülahizəsi” həmişə mübtədilər (yeni başlayanlar, hələ yetişməyən insanlar) arasında bəzi problemlərə gətirib çıxarmışdır. (14:27)
- Kaş biz də “isimsiz müsəmma” yolunu tuta biləydik; "filan-fəsman" deməyəydilər. O işləri nə filankəs, nə fəsman gördü, əslində, Allah-taala qəhrəman Anadolu xalqının vasitəsilə qədər irmağını öz məcrasında axıtdı. Demək ki, ortada Allahın inayəti sayəsində millətin həyata keçirdiyi bir xidmət var. Millətin gördüyü bu işi filan-fəsmana aid edəndə şəxsən təriflənmək mənə söyülmək qədər ağır gəlir. Bilirsiniz, indi nə düşünürəm: “Kaş Allah canımı alaydı, bu günləri görməyəydim, onlar da "Bu işi falan-fəsman görüb" deməyəydilər, hücum çəkib günah işləməyəydilər. (18:07)
- Hələ də bu işin ucunda-bucağında göründüyümə görə xidmətə hücum edilirsə, mən hazıram, Sahibimə tərxis sənədimi verib "İmza at" deyirəm. Allah əmanətini alsın, amma bu xidmətə zərər gəlməsin. Çünki “aidiyyət mülahizəsi” xidmətə ziyan verər. Bu görülən işlər Allah yolunda xidmətdir.. millətimizin ruh abidəsinin ucaldılması yolunda xidmətdir. Bizim malımız, canımız, cananımız bu fəliyyətlərə əngəl olursa, Allah hamısını alsın, amma xidmət dayanmasın!.. (20:20)
- Əshab-Kəhfdən dərs götürməliydik, "Doğrusu, onlar sizdən xəbər tutsalar, ya sizi daşa tutacaq, ya da öz dinlərinə döndərəcəklər. Belə olsa, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!” (“Kəhf” surəsi, 18/20) ayəsinə müvafiq hərəkət etməliydik, alqış ummadan, lazım gəlsə, mağarada gözdən iraq naməlum bir insan kimi ölüb getməyə razı olmalıydıq. Çünki şirkdən bu yolla qorunmaq mümkündür: İşini gör, xidmətini et, sonra da səssiz-səmirsiz yürü Rəbbinə.. qoy heç kim tanımasın, bilməsin.. belə adam vardı-yoxdu, kimsənin xəbəri olmasın!.. Yolumuz bu idi, amma o yolun ədəb-ərkanına diqqət etdikmi-etmədikmi, bilmirəm!.. (21:55)
II hissə: sileyi-rəhm
Sual: Qurani-Kərimdə keçən "sila" məfhumunu “Rəd” surəsinin 20 və 21-ci ayələri əsasında izah edə bilərsinizmi? "Sila" anlayışı hansı məsələləri ehtiva edir? Bu günün şərtlərini də nəzərə alaraq sileyi-rəhmin üsul və vəsilələrinə dair fikirilərinizi bizimlə bölüşə bilərsinizmi? (24:18)
- Cənabi Allah buyurur:
الذين يوفون بعهد الله ولا ينقضون الميثاق والذين يصلون ما أمر الله به أن يوصل ويخشون ربهم ويخافون سوء الحساب
“O ağıl sahibləri ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın sənə göndərdiyini haqq və gerçək olduğunu bilib Allahın əmrinə riayət edirlər. Allahdan çəkinirlər və o çətin, pis haqq-hesabdan qorxurlar." (“Rad” surəsi, 13/20-21) (24:43) - "Sila" qovuşmaq, çatmaq, qohum-əqrəbanı ziyarət etmək, möminlərlə görüşmək və əlaqəni kəsməmək mənasına gəlir. “Sila” sözü türk dilində də çox istifadə olunur, xüsusilə, vətən həsrətini bildirən “daüssila” bədii əsərlərdə özünə geniş yer tapmışdır. Bu gün də bir çox insan vətən həsrəti ilə yaşayır. Ana-atadan, dost-tanışdan uzaqlardasınızsa, vətən torpağının, mədəniyyətinizin, mədəni mühitinizin, məscid, minarə və azanlarınızın həsrətini çəkirsinizsə, hətta bəzən mahyə, təmcid və təhlillərin xatirəsi gözlərinizi yaşardırsa və ah çəkib "Kaş oralarda olaydım, oraların havasını ciyərimə çəkəydim" deyirsinizsə, deməli, sizin də sila dərdiniz var. Ancaq mömin ilk növbədə Rəbbinə qarşı sila hissiylə dolub-daşmalıdır. (26:42)
- Bir cavan Vüsal adlı sevgilisinə qovuşmaq arzusu ilə yola düşür. Lakin bu yol onu Vüsala deyil, hidayətə aparır. Bir gün Vüsalla ailə qurmaq imkanı olsa da, ona belə səslənir:
يا وصال! كنت وسيلة للاتصال, فلا تكوني سببا للانفصال
"Ey Vüsal, vəsilə oldun əsl diləyə çatmağa! İndi aramıza girib ayrılıq salma! .. "(27:03) - "Allahın əmrlərinə itaət edirlər" bəyanı məzmunca əhətəlidir. Belə ki, mərhum Həmdi Yazarın sözü ilə desək, bu bəyan peyğəmbərlərin, onların varisləri - alimlərin, qohum-əqrəbanın, qonşunun və bütün möminlərin, hətta zimmi qeyri-müsəlmanların, bütün insanların, üstəlik pişik, toyuq, keçi və qoyun kimi ev heyvanlarından böcəklərə və qarışqalara qədər bütün canlıların, bitkilərin və cansız varlıqların hüququna, xülasə, hər cür haqq-hüquqa riayəti ehtiva edir. Odur ki, bu ifadəyə bütün məxluqatın haqq-hüquqlarına hörməti ehtiva edir. Yaradılanın hüququna riayət Yaradanın hüququna riayətdir. (30:25)
- Sileyi-rəhmdə ilk növbədə nəyə diqqət etmək lazımdır?! Həsrətlə yolunuzu gözləyən və "Kaş qovuşmaq nəsib olaydı!" deyən insanlara qarşı bəslənən sila hissi bambaşqadır. Dolayısilə, valideynə baş çəkmək, onları sileyi-rəhm etmək başqa qohumları yoxlamaqla eyni ola bilməz. Onların ardınca nənə-baba, sonra əmi-bibi, dayı və xala gəlir. Əslində sileyi-rəhmin ardıcıllığında Qurani-Kərim əsas götürülməli, onun göstərdiyi ardıcıllıq meyar qəbul edilməlidir. Məsələn, bir ayədə məalən buyurulur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-ana, qohum-əqrəba ilə, yetimlərlə, yoxsullarla, (evi yaxın olan və ya qohum olan) yaxın qonum-qonşu ilə, (evi uzaq olan və ya qohum olmayan, yaxud da qeyri-müsəlman) uzaq qonşularla, yol yoldaşınla, (pulu qurtarıb yolda qalan) müsafirlə (yolçularla), əlinizin altında olanlarla (sahib olduğunuz qul, kəniz, işçi ilə) yaxşı rəftar edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (“Nisa” surəsi, 4/36) Dolayısilə, kiməsə yaxşılıq edəndə də bu ardıcıllığa riayət edilməli, kimin daha çox haqqı varsa, sileyi-rəhmdə ona üstünlük verilməlidir. (32:30)
- İman və Qurana xidmətini bəhanə gətirib bəzi haqq-hüquqa riayət etməmək də şeytanın oyunudur. Haqq-hüququ tapdalayıb sonra da "xidmət"lə özünə haqq qazandırmağa çalışmaq şeytani düşüncələrdən qaynaqlanır. İman və Quran yolunda xidmət nə ana-ata haqqına, nə də qohum-əqrəba hüququna riayət etməyə qətiyyən mane deyil. (34:10)
- Sileyi-rəhm şirin söz, gülər üz göstərməkdən salamlaşmağa, hal-əhval tutmaqdan xeyir duaya, onlara baş çəkməkdən ehtiyaclarını təmin atməyə, dərdlərinə şərik olmaqdan maddi yardıma qədər bir çox yaxşlıq və xeyirxahlığı ehtiva edir. Kommunikasiya vasitələrinin olduqca inkişaf etdiyi və geniş yayıldığı belə bir dövrdə internetlə danışmaq, hal-əhval tutmaq, “e-mail” yazmaq, məktubla və ya telefonla görüntülü-görüntüsüz əlaqə saxlamaq da sileyi-rəhmi yerinə yetirmək üçün əlverişli vasitələrdir. (35:19)
- Sileyi-rəhm könlün ilhamını qəlblərə boşaltmaq üçün də mühüm bir vasitədir. Maddi yardım və hər cür yaxşılıqda ilk sırada ana-ata və yaxın qohumlar dayandığı kimi, təbliğ və irşada da birinci haqq onlarındır. Odur ki, insanlara haqq və həqiqəti təbliğ edən möminlər ailəsinin, qohum-əqrəba və qonşularının da qəlbinə yol tapmalıdır. İşə yaxınlarıyla Allah arasındakı maneləri aradan qaldırmaqdan başlamalı, əvvəlcə onların qəlbini Allaha yönəltməyə çalışmalı, sonra da qonşulardan başlayaraq dairəni genişlətməlidir. Bəli, bu qayəni həyata keçirmək üçün sileyi-rəhm çox gözəl vasitədir. (37:17)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur:
أفضل الفضائل أن تصل من قطعك وتعطي من منعك وتصفح عمن شتمك (وتعفو عمن ظلمك)
"Qohumluq və dostluq əlaqələrini kəsənlərlə münasibəti kəsməmək, pislik edənə yaxşılıq etmək, söyən, pis söz deyənə müsamihə göstərmək və (bir rəvayətə görə də) zülm edəni bağışlamaq ən üstün fəzilətdir". Demək ki, fəzilətli insanlar ana-ataya, nənə-babaya, sonra əmi-bibiyə, dayı-xalaya sileyi-rəhm borcu olduğunu bilməklə yanaşı, əlaqəni kəsənlərlə belə münasibəti davam etdirmək üçün yollar axtararlar. (38:22)
- tarixində yaradılmışdır.