Kompüter oyunları və internetin zərərləri
Sual: İnternet aludəçiliyi dünya ədəbiyyatına bir xəstəlik kimi daxil oldu. İnternetlə oynanılan oyunlar uşaqlarımıza da çox təsir edir. Bu problemin uşaq sağlamlığına və ailə mühitinə mənfi təsirinin qarşısını almaq üçün başda ailə olmaqla pedaqoq və din adamlarının üzərinə hansı vəzifələr düşür?
- Əsrimizin bir çox problemi var: İnamsızlıq problemi, fitrətində inanmama problemi, nəzəri imanı əməli imana çevirə bilməmə problemi, mərifətə (ürfana) laqeyd olma problemi kimi. Bu məsələ də dövrün bir problemi. (02:00)
- Bu problemi həll etmək tamamilə texnologiyaya qarşı çıxmaq deyil. Əsl məsələ texnologiyaya və texnoloji vasitələrə hakim olub onu düzgün istifadə etməkdir. (03:30)
- Türkiyədəki bir sıra psixoloq və pedaqoqlar bu problemlə məşğul olmalı və həll yolu axtarıb tapmalıdır. (06:00)
- Onların ortaya qoyduğu layihələr Radio-Televiziya Şurası və Təhsil Nazirliyi kimi orqanlara təqdim edilməli və bir cəmiyyəti xilas edən müştərək planlar hazırlanmalı (07:30)
- Heç olmasa internetdə zərərli yerlərə gedib çıxmanın qarşısı alınmalı. Təhsil Nazirliyi və Radio-Televiziya Şurası kimi orqanlardan sənəd alınmalı. (09:20)
- Digər tərəfdən toplumdan bu məsələ ilə bağlı bir şikayət də gəlmir. İnsanlar bundan rəsmi orqanlara şikayət etməlidir. (10: 15)
- Ailələr uşaqlarını kitab oxuma kimi fərqli şeylərlə məşğul etməli və onların internet evlərinə (kafe) getməsinə mane olmalıdır. Öz evlərində internetə abunə olacaqsa, ona mütləq nəzarət etməlidirlər. (11:00)
- Məsələnin uzunmüddətli perspektivdə həll olunması millətimizin dövlətlər arasında müəyyən bir mövqeyə gəlməsindən asılıdır. Osmanlıdan bir nümunə... (13:30)
- İnternet vasitəsilə başqaları ilə görüşüb danışma (chat) üzündən ailələrdə problemlər çıxmağa başladı. Yıxılmış evlər tanıyıram mən.. bir cənnət yuvası bir heç uğrunda cəhənnəmə dönür. (16:00)
- Biz də bu məsələdə bir-birimizə kömək etməliyik, gördüyümüz nöqsanları üsuluna uyğun aradan qaldırmalayıq. (18:00)
- Tək qalan insana şeytan müsəllət olar. Yoldaşlarımızı tək qoymamalı və onlara məşru (halal) məşğuliyyətlər tapmalıyıq. (20:00)
- İnternet və televiziyala aldığımız informasiyanı məniməsməyimiz çox çətindir. Elm sahibi olmaq yalnız kitab oxumaqla mümkündür, çünki kitabı tənqidlə və şərh edə-edə oxumaq imkanı vardır; (22:00)
- Kitabın yeri çox fərqlidir. Bir mələk kimidir kitab və bir ilham qaynağıdır. (23:00)
- İnternetin informasiya baxımından yeganə müsbət xüsusiyyəti məlumatın sürətli təminatıdır. Bu da bizə informasiyanı mənimsətmir. (25:00)
- Şəxsən telefon və kompüterdən istifadə etməyi bacarmıram. Mən qələmimə heyranam. Onları işlətsə idim, bilmirəm?!. Nəfsimdən əmin deyiləm!.. (27:00)
- tarixində yaradılmışdır.