Ramazan və İnfaq
Sual: Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) Ramazani-Şərifdəki bənzərsiz səxavəti, zəkat üçün bu ayın seçilməsi və bu qüfran mövsümündəki ibadətlərin fitrə sədəqəsi ilə taclandırılması kimi xüsuslar da nəzərə alınsa, Ramazanla infaq arasında nə cür münasibət, əlaqə var?
- Rəsulullah insanların ən comərdi, ən səxavətlisi idi. Onun bu comərdliyi Ramazan ayı girib Cəbrayıl əleyhissəlamla görüşdüyü vaxt daha da artardı. Həmin günlər Allah Rəsulu (sallallahu əleyhi və səlləm) insanlara rəhmət paylayan küləklərdən daha səxavətli olardı. (01.00)
- Bədiüzzaman Həzrətlərinin də “İşaratül-İcaz” kitabında dediyi kimi: "...və mim mə rəzəqnəhum yünfiqun - və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) infaq edirlər" (“Bəqərə” surəsi, 2/3) ayəsindəki "mə" ümumi bir məna ifadə edir. Yəni infaq yalnız mala və pula məxsus deyil. Elm, fikir, güc-qüvvət və əməl kimi şeylərdə möhtac olanlara da kömək etmək lazımdır. (02.48)
- Saleh əməllər bilavasitə qiymətlidir, lakin bəzən məxsusi zamanlar və məkanlar əməlin qiymətini daha da artırır. Kəbə, Ərafat, Müzdəlifə kimi yerlərdə və Həcc mövsümü, Cümə günü, Qədr gecəsi kimi vaxtlarda edilən ibadətlərə min qat savab yazılır. (04.00)
- Əmələ dəyər qazandıran şeylərdən biri də "hal"dır. Allaha qürbət, yaxınlıq hisləri ilə gözləri dolan və axan yaşlarla hislərini ifadə edən bir möminin o andakı halı etdiyi duaların dəyərini qat-qat artırır və dualarının qəbul edilməsinə səbəb olur. (10.20)
- Zəkat mütləq Ramazanda verilməlidir? (14.32)
- "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (“Ali-İmran” surəsi, 3/92) məallı ayə bu dövrün möminlərinə nə deyir? (15.29)
- İlk himmətlər.. və "infaq abidəsi"nə çevrilən fədakar ruhlar… (22.20)
- Ən məqbul sədəqəni verənlər kimdir? Sədəqəni hədər edən çirkin əməllər hansılardır? (25.50)
- tarixində yaradılmışdır.