Üç ay və vəzifəmiz
Son xütbədə də oxunan "Müqəddəs zaman dilimi üç aylar" başlıqlı məqalənizdə üç ayları dərindən duymağın və bir qənimət bilməyin zəruriliyini dilə gətirmişdiniz. Necə edək ki, bu bərəkətli günləri eşqlə, şövqlə və mükəmməl şəkildə dəyərləndirə bilək? Həm fərdi planda, həm də Qurana xidmət yolunda bu zaman kəsimindən maksimum faydalanmaq üçün nə tövsiyə edərdiniz?
- Fəqihlərin ümumi fikrinə görə, cümə namazının səhih olmasının bir şərti də xütbə oxunmasıdır. Cümə vaxtı məsciddə olsa da, xütbəni dinləməyən bir insan Cümə namazını qılmamış, sadəcə günorta namazının fərzini icra etmiş sayılır. Quran oxumaq ən mühüm ibadətlərdən biridir, ancaq xütbə zamanı Allahın Kitabını belə oxumaq olmaz. Bundan savayı, dildən çıxan hər dünya kəlamı xütbənin səhihliyinə, feyzinə xələl gətirir. (02.05)
- Məsələləri öyrənməyə və anlamağa səy göstərməmək çağdaş nəsillərin ən böyük nöqsanlardan biridir. (03.03)
- İndiyə qədər üç aylar və mübarək gecələrə dair çox söz deyilmiş və yazılmışdır. İnsanların bunları eşitməsi və oxuması gözəldir, ancaq əsas məsələ onları anlamağa, mənimsəməyə və tətbiq etməyə çalışmaqdır. (04.41)
- Maraq, anlama və sahib çıxma cəhdi olmayanda da ən gözəl məqalələr belə, bərbəzəkli və fantastik ifadələrlə dolu bir yazı hesab edilir. (06.00)
- Qurani-Kərimə Allahın kəlamı kimi baxmasanız, orada qarşılaşdığınız bəzi məqamlar zehninizi məşğul edər və sizi çəkib zəlalətə aparar. Lakin Quranı İlahi Kəlam olaraq qəbul edib məna vərəqlərini çevirsəniz və nüzul xüsusiyyətlərinə nəzər yetirsəniz, çox faydalanarsınız. (07.50)
- Əvvəla üç aylarda qənimətin olduğuna inanmalısınız ki, o “qənimət”dən pay ala biləsiniz.( 08.35)
- Quran tələbələri üçün üç aylar bu yolda ələdüşməz fürsətlərdəndir. Bu aylarda kamillik yolunda addımları yeyinlətmək lazımdır. (10.42)
- İnsan istəyər və səy göstərərsə, bu aylarda günahlarından sıyrıla, dinin həqiqətinə vara bilər, Cənabi-Haqqın rəhmətinə layiq ola və Rəbbinə yaxınlaşa bilər. Haqq yolunun ərənləri bu müqəddəs zaman dilimini məhz bu məqsədlər yönümündə qiymətləndirməlidir. (12.45)
- Bu aylarda təşkil edilən tədbirlərlə insanları Allaha bir addım da yaxınlaşdıra bilmiriksə, demək, əbəs yerə özümüzü məşğul edirik. İnsanları əyləndirmək və onlara xoş dəqiqələr yaşatmaq bizim vəzifəmiz deyil, biz sırf cismaniyyətə aid tədbirləri zaman israfı və günaha gedən yol sayırıq. (13.45)
- İnsanlar əylənməyə meyillidir, bu baxımdan onların təşkil etdiyiniz tədbirlərə maraq göstərməsi sizi aldatmasın. Halbuki, dəvətinizə az adam gəlsə belə, xalq gördüyünüz işlərə maraq göstərməsə belə, əsas məsələ doğru işlər görmək və doğrunu axtarmaqdır. (15.43)
- İnsanların kamilləşməsinə vəsilə olmağı qarşınıza məqsəd qoymalı və onları Haqqı tanımaqdan doymamağa alışdırmalısınız. Bütün həmsöhbətlərinizi daima "Həl min məzid – Yenə varmı?!." deyə hayqıran qəhərmanlara çevirməlisiniz. Hər məsələni özünüzü tapmağa, özünüzə varmağa və insanları Cənabi Haqqa yönəltməyə vəsilə bilməlisiniz. (18.19)
- Allaha və Rəsuli-Əkrəmə aparmayan yollar batildir. (19.53)
Üç ayların lazımi səviyyədə duyulmaması və bu mübarək günlərin bərəkətindən kifayət qədər istifadə edilməməsi əndişəsi ilə məsləhət görulən bu söhbət ilk dəfə 21.07.2008 tarixində yayımlanmışdı. "Yeşeren Düşünceler" adlı kitabdan alınaraq “Qırıq Testi” bölümündə yayınlanan "Müqəddəs zaman kəsimi‒üç aylar" adlı məqalə ilə birgə müzakirə edilməsi məsləhət görülmüşdür.
- tarixində yaradılmışdır.