365-ci nəğmə: “Əlli illik keçmişi olan dəftər”
Cavanlıq illərində möhtərəm Fəthullah Gülən Xocaəfəndi Şeyxulislam Xeyrullah Əfəndinin Darvin nəzəriyyəsinə meyil göstərdiyini eşidəndə çox üzülür. Rəğbət bəslədiyi bu müfəssirin “Elm bu nəzəriyyəni sübut etsə, mən də Quran ayələri ilə təlif (izah, açıqlama vermək) edərəm” sözünü eşidəndə isə dünyası alt-üst olur. Böyük sarsıntılara səbəb olan Qərb düşüncəsi, təəssüf ki, məşhur İslam alimlərini də çulğalamışdı. Buna baxmayaraq indki kimi o dövrdə də Xocaəfəndi kainat kitabını düzgün qavramağın zərurətinə və elmi haq yolda istifadə etmənin əhəmiyyətinə ürəkdən inanmışdır.
İnanan insanın gözündə kainat Cənabi-Allahın qüdrət və iradəsi ilə yazılan; müəyyən bir plana, sistemə, ölçüyə və nizama görə tənzim edilən əşya və hadisələr kitabıdır. Gerçək elm isə Allahın kainatdakı icraatından, İlahi qanunlarla əşya və hadisələr arasındakı əlaqədən süzülən hesabatdan ibarətdir. Allahın Kəlam sifətindən təzahür edən Quran kitabı da var ki, Cənabi-Haqq bununla kainatdan bəhs edir, əşya və hadisələrə işıq tutur. Cahanı sistemli şəkildə və ahəng içində quran Yaradan bu xilqət əsərini Quranla işıqlandırır. İnsan da fərqli bir biçimdə yazılmış ayrı bir kitabdır. Beləliklə Quran, kainat və insan Allahın isim və sifətlərinin təcəlligahı olub bir-birinə möhkəm bağlıdır, bir-birini şərh və izah edir. Odur ki, hər üçü də Allahı tanıdan külli kitabdır.
Xocaəfəndi cavan yaşından bu üç kitabı doğru “oxumağa”, aradakı əlaqələri müəyyənləşdirməyə və onlardan yüksələn səslə Haqqın adını çatdırmağa çalışmışdır.
Dünən Xocaəfəndi əlli il əvvəl yazdığı bir qeyd dəftərini tapıb, bizə də göstərdi. Vəsaitin tapılmadığı o dövrdə mədrəsədən təzə məzun olan bir tələbənin qələmə aldığı mövzular bizi heyrətə gətirdi. Həmin vaxt çəkilən vidoelenti sizlərə də təqdim edirik.
- tarixində yaradılmışdır.