408-ci nəğmə: “İnsanın mövqeyi və “Bu meydan, bu da şeytan!”
İnsan təkvini əmrlərin (təbiət qanunları) föhristidir. O müəmma (təbiət qanunları) həmin föhristlə həll olunmasa, bu aləm nə qədər geniş olsa da, alçaq təpələri yan keçmək mümkünsüzdür. Həzrəti Pirin də buna oxşar mülahizələri var. Burada məsələ qaydasına qoyulmasa, o geniş aləmdə məsələni mahiyyətinə uyğun qavramaq çox çətindir. Orada insan bəzən naturalizmə, bəzən materealizmə, bəzən ateizmə, bəzən də deizmə yuvarlanar, heç xəbəri də olmaz.
Müəzzəm kainat Quranın əsası; Quran isə onun təfsiri, qövli-şarehi (izah edən dili), bürhanı-vazehi (parlaq dəlili)... “Kainat məscidi-kəbirində Quran həmişə kainatı oxuyur”. Quranla kainat arasında rabitə olsun deyə Allah nəbiləri göndərmiş. Nəbilərlə o müəmmanın sirli açarını bəşəriyyətə ərməğan etmiş. Bunun sayəsində siz kainatı doğru oxuya bilirsiniz. Yoxsa, bir az qabaq bəhs etdiyim o növ-növ “izm”lərdən birinə düşməniz qaçılmaz olar.
İnsan özünə “hüvə” pəncərəsindən baxmalı!..
İnsan əvvəla özünə baxmalıdır. Muyhiddin ibn Ərabinin sözü ilə desək, biz “min haysü ənə, ənə” deyil, “min haysu hüvə, hüvə” və ya “min haysu əntə-əntə” gözü ilə özümüzə baxmalıyıq. “Sən, Sən”, “O, O” aspektindən baxmaq: budur doğru mülahizə. Özünə doğrudan-doğruya öz güzünlə baxsan, “30-cü söz”də ifadə edildiyi kimi, vahidi-qiyasini (ölçü vahidi): Onu (c.c.) göstərən ölçü-vahidini özün üçün istifadə etmiş və mənfi nəticələrə, hətta nəticəsizliyə düşmüş olarsan. “O” mülahizəsilə, “hüvə” ilə özünə baxmaq lazımdır.
Cənabi-Allah: “İnsanları və cinləri Mənə ibadət etsinlər deyə yaratdım” buyurur. İbn Abbas həzrətləri bu ayənin təfsirində: “İnsanlar və cinlər Məni tanısınlar, tanıyıb Mənə ibadət etsinlər deyə yaratdım!” izahını verir. Ancaq ibadət edəndə də ədəbə riayət edəcəksən. Ömrünüzü ibadətə həsr etsəniz belə, bunun adı “ibadət”dir. Avamın dili ilə desək, “ibadət, xəvvasın dili ilə desək “übudiyyət”, əxassı-xəvvasın dili ilə desən “übudət”dir; Onun məbudiyyəti qarşısında özündən keçmək, özünü düşünməyərək yalnız Ona ibadəti düşünmək, Onda fani olmaq... Sufilər buna “fəna fillah”, “bəqa billah maallah” deyir.
Möminlik müamilə ilə üzə çıxar; istiqamətlə zirvəyə yüksələr
İbadət çox dərin bir şeydir. İnsanın insanlığı əsas ibadətlə üzə çıxar. Həqiqi möminlik isə müamilə ilə...
Peyğəmbərimiz: ““Hud” və buna bənzər surələr məni əldən saldı, qocaltdı" buyurmuş; bu bəyanı ilə “(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, istiqamətdə (düz yolda) ol.” (“Hud” surəsi, 11/112) ayəsini nəzərə çatdırmışdır. “İstiqamət”in istilahi mənası etiqadda, əməldə, müamilədə və yemə-içmə kimi bütün davranışlarda ifrat və təfritdən uzaq olub təqva dairəsində nəbi, siddiq, şəhid və salehlərin yolunda olmağa etina göstərməkdir.
Allah-taala insana “istiqamət”də olmağı əmr etməklə bir mənada belə buyurur: “Sən kimsənsə və Allahı necə tanıyırsansa, Onunla irtibatın necə ibadət etməyi tələb edirsə, o cür ibadət et”. Onda deyəcəksən ki: “Vallah, billah, tallah beş vaxt namazı nöqsansız əda edirəm; buna bir də nafilə namazları əlavə edirəm: “yırtıqları” sarmaq, yama vurmaq üçün nafilə namazlar qılıram, hətta gecələri durub əlavə namazlar qılıram, hətta “Bu da azdır” deyib dualar, təzərrölər, niyazlar edirəm... Ancaq Onun bizə bəxş etdiyi nemətləri nəzərə alanda: “Sənə layiqli ibadət edə bilmədik; ibadət ediriksə, übudiyyət edə bilmədik və ya übudiyyət ediriksə, übudət - bu bizim vəzifəmiz, Sənin də haqqındır - edə bilmədik” deyirəm”.
Nə qədər şükür etsək, azdır
Ona nə qədər həmd etsəniz, oturanda, duranda “Əlhəmdililləh, əlhəmdililləh, əlhəmdililləh” desəniz, yenə azdır. Nəyə görə əlhəmdulilləh? Allahın bizi yaratmasına görə əlhəmdulilləh, canlı olmağımıza görə əlhəmdulilləh, insan olaraq yaratmasına görə əlhəmdulilləh, insan şüuru lütf etməsinə görə əlhəmdulilləh, Həzrəti Məhəmməd Mustafa kimi bir sərkarın ardınca getmə imkanı bəxş etdiyinə görə əlhəmdulilləh, bizə belə bir “əlhəmdulilləh” şüuru lütf etdiyinə görə əlhəmdulilləh!.. Bir Haq dostunun dediyi kimi, ömür boyu həmd etsəniz də, yenə də Ona olan bu vəzifənizi yerinə yetirmiş, Onun haqqını qaytarmış olmazsınız. Elə isə ey hər şeyin həmd-səna ilə zikr etdiyi Məbudi-Mütləq, Sənə layiqincə həmd edə bilmədik. “Əlfü əlfi əlhəmdulilləh” da desək, trilyon, trilyon əlhəmdulilləh da desək, Sənin haqqını qaytarmış olmarıq.
Allah sizi hədər etməyəcək!..
Mövqenizə, Allahla irtibatınıza hörmətim var və istərdim ki, Cənabi-Allah məni sizinlə həşr etsin. Bəzi ədəbsizlər yalan danışır, danışsın, böhtan atır, atsın... əslində şeytan xarakterinin tələbini yerinə yetirirlər. Həzrəti adəmə səcdə etmə əmri ilə şeytanın şeytanlığı üzə çıxmış, iblis daxilən şeytan olduğunu üzə vuraraq da sübut etmiş, buna da bir mənada səcdə əmri səbəb olmuşdur.
Siz, Allahın izni və inayətilə, əldən gəldiyi qədər təqva dairəsinə girin; Allahın himayəsinə sığının, haramlardan uzaq durun, fərzləri yerinə yetirin, mümkün qədər vacibləri nöqsansız yerinə yetirin; haram yeməyin, Allahın və insanların huquqlarına toxunmayın; yalan danışmayın, insanlara böhtan atmayın! Pis aqibət və axirətdən qorxmaqla yanaşı, Allahın ululuğuna və əzəmətinə müqabil ala-yarımçıq da olsa ibadətinizi yerinə yetirməyə çalışırsınızsa, nə dünyada, nə də üqbada Cənabi-Allah sizi rəzil-rüsvay etməyəcəkdir. Əmin olun, inşallah. Sizin haqqınızda, sizin kimi düşünənlərin haqqında və hal-hazırda zülmə, haqsızlığa məruz qalan insanlar haqqında mən həmişə belə düşünmüşəm.
Allah sizə ədəbsizlik etdirib ona-buna “sülük” dedirtmədi; alçaqlıq etdirib “çətə” dedirtmədi; heç kimə “çətə” demədiniz, səviyyəsizlik edib heç kimə “paralel” demədiniz; “Bunların dinindən şübhə edirəm!” deyərək kafir olmaqla üz-üzə qalmadınız; hər gün yalanla, iftira ilə möminləri qaralayaraq özünüzü Allahın “göz”ündən salmadınız. Və bu guzidə mövqeyinizi bu şəkildə davam etdirsəniz; şayəd buna bənzər ədəbsizliklər etməsəniz, dişinizi sıxıb, ən amansız hadisələrlə üzləşsəniz belə iradənizi ortaya qoyub istiqamətdən ayrılmasanız, əməllərinizdə istiqaməti rəhbər tutsa və dinin əmrlərini böyük həssaslıqla yerinə yetirməyə diqqət etsəniz, el-aləm nə deyir desin, dünyada sizi heç bir şey utandırmaz.
Oğurluğun baş alıb getdiyi, şər əməllərin baş alıb getdiyi, qanunsuzluğun baş alıb getdiyi, zehinlərin bu çirkabdan bulandığı və bütün dünyaya yayıldığı bir dövrdə, bütün maliyə işçilərini, bütün məmurları töksünlər... o qitmir – sizin balaca qardaşınızın yer üzündə bir qara daşı varsa əgər o, dünyanın ən alçaq adamıdır... Görəsən, eyni şeyi onlar deyə bilərmi? Onların belə bir şeyə məruz qalmasını istəmərəm! Ancaq azacıq imanları varsa, deməyə çəkinərlər; deməyi o yalançı heysiyyətinə yaraşdırmazlar.
Ona görə mübahiləni anlamayan, mühaviləni anlamayan, müzakirəni anlamayan, mülainəni anlamayan bəzi cahillərin çiyninə belə bir şeyi yükləmək istəmirəm.
- tarixində yaradılmışdır.