“Şamata” sözü əslində fəlakətə düçar olanın qarasınca bağırıb-qışqırmaq, hay-küy salmaq deməkdir... Məsələn, “Filankəs batdı”, “Bank Asya batdı!” və s... Bax bu, ərəb dilində “şamata”dır. Hədisi-şəriflərdə də “düşmənlərin şamatası” şəklində istifadə edilir, türk dilinə də olduğu kimi keçmişdir. Bu, bir mənada, üzr istəyirəm, insan ruhundakı və düşüncə dünyasındakı ədəbsizliyin üzə çıxmasıdır.
Ziya Paşa: “Ərbabi-kamalı çəkəməz (gözü götürməz) naqis olanlar / Rəncidə olur dideyi-xüffaş (yarasa gözü) ziyadan” - deyir. Bir başqa şeirində də belə səslənir: “Ən ummadığın kəşf edər əsrari-dərunun / Sən hər kəsi kor, aləmi sərsəmmi sanırsın?”. Elə bilirsən başa düşmürlər, hamı başa düşür. Mərəkə qoparmaqla nələrin üstünü örtmək istədiyini hamı bilir. Yaddaşlardan silinməz.. əlli il ötsə də, bu, tarixə həkk olacaqdır... sənədləşdiriləcək... bu sənədlər bir gün üzə çıxacaq... bunu nəinki dünyada, o bir tərəfdə də; kitabı soldan verəndə də görəcəksiniz... bax onda “kaş ki” deyəcəksiniz.
Allah üsyan dəryasına yelkən açanların, sahilə çıxmağa imkan tapa bilməyənlərin gözündən pərdəni götürsün!...