416-cı nəğmə: “Peyğəmbər namazı, səcdə duası və hücreyi-səadət”
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (aleyhissalatu vəssəlam) buyurur: “Bəndənin Rəbbisinə ən yaxın olduğun an səcdədir”. Çünki səcdədə insan Allahın böyüklüyünü ifadə etməklə yanaşı, öz kiçikliyini də ortaya qoyur. Bu iki xüsus birləşəndə isə Allaha yaxınlıq anı zühur edir. Bəli, bəndə təvazö, məhviyyət və xəcalətlə başını yerə qoyanda, hətta – mümkün olsa – torpaqdan da aşağı qoymaqda əzmkarlıq göstərib səcdəyə qapananda Allaha qürbət (yaxınlıq) hasil olur.
- Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) Həzrəti Əbu Bəkirə öyrətdiyi və səcdədə oxumağı tövsiyə etdiyi dua:
- Qənaətimcə İnsanlığın İftixarı Peyğəmbərimizə aid hər bir şeyi “səadət”, “qutlu”, “məsud” və s. vəsf edilməlidir. Buna dair Kitab və Sünnədə bir şeyə rastlamasam da, Peyğəmbərimizə ehtiramımızı göstərmək baxımından məsələyə bu cür yanaşmaq lazım gəldiyinə inanıram. Xalq “Hira mağarası” deyir, ola bilsin bunda bir qəbahət yoxdur, ancaq Peyğəmbərimizə hörmət əlaməti olaraq biz “Hira sultanlığı”; “səadətli Hira yuvası” deməliyik. İnsanlığın İftixarı Peyğəmbərimizin hicrət yolunda təhəssün buyurduğu yerə Sevr mağarası deyil, “Sevr sultanlığı” deyəcəksiniz. “Qəbri-səadətləri”, “məsud qəbirləri”, “müqəddəs qəbirləri” deyəcəksiniz. Hətta, şəxsən “məqbur (dəfn edilmiş)” mənasına gəldiyindən “qəbir” sözünü istifadə etməməyə, “ruhunun üfqünə qanad açdığı liman” deməyə üstünlük verirəm. Nə qədər hörmət etsəniz, o qədər hörmət görərsiniz.
- Hücreyi-səadət o qədər dardı ki, - o hücrəyə canlarımız qurban olsun – Peyğəmbərimizə səcdə etməyə yer qalmırdı. Aişə anamızın rəvayətinə görə gecə namazına duran Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) başını səcdəyə qoymaq üçün əli ilə Həzrəti Aişənin ayaqlarına toxunur, mübarək Anamız ayaqlarını çəkdikdən sonra səcdəyə gedirdi.
- İmam Busiri Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) dərin ibadətini təsvir edərək deyir: “Mən gecələri ayaqları şişənədək ibadət edən O Zatın sünnəsinə - bu sünnəni tərk edərək – zülm etdim.”
- Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) ibadəti hədsiz dərin idi. Onun səhərədək ibadət etdiyini görən Həzrəti Aişə anamız (bir rəvayətə görə isə Həzrəti Bilal): “Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir!” (“Fəth” surəsi, 48/1-3) ayələrini oxuyub bir mənada “Axı sənin heç günahın yoxdur!” demək istəmişdi. Rəsuli-Əkrəm Peyğəmbərimiz: “Mənə bu qədər nemət verən Rəbbimə çox ibadət, çox şükür edən qul olmayım?” deyir və özünə layiq olanı etmişdi.
اَللّٰهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْماً كَثِيراً، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ، وَارْحَمْنِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
“Allahım mən nəfsimə çox zülm etdim. Səndən başqa günahları kim bağışlayar? Məni bağışla, mənə mərhəmət et. Şübhəsiz ki Sən Ğafur və Rahimsən.”
- tarixində yaradılmışdır.