Qaranliqdan aydinliğa və Həzrəti Məhəmmədin (s.ə.s.) uşaqliq dövrü

20 Yanvar 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi

  • Allahu Təala insanlar dəlalətdə qalmasınlar, yollarını azmasınlar, varlığın həqiqətini anlasınlar və kamil insanlar olsunlar deyə, peyğəmbərləri göndərmişdir.
  • Cahiliyyə dövründə insanlar daşa, torpağa, öz əlləri ilə düzəltdikləri çörəkdən, pendirdən və bu kimi başqa şeylərdən olan bütlərə sitayiş edir, qız uşaqlarını diri-diri torpağa basdırırdılar.
  • Səhabilərdən birisi, cahiliyyə dövründə öz qız övladını necə diri-diri torpağa basdırdığını danışanda, Şəfqət Peyğəmbəri (s.ə.s.) hıçqıra-hıçqıra ağlamışdı.
  • Vəhşiliyin adiləşdiyi, qurdun sürüyə çoban olduğu, zinanın çoxaldığı, əsl-nəslin yox olub getdiyi bu cahiliyyə dövrünə "Dayan" deyəcək birisini axtarırdı bəşəriyyət…
  • Cahiliyyə insanları Onu "Əmin" olaraq tanımışdılar…
  • Allah (c.c.) Həzrəti Muhammədi (s.ə.s.) ana bətnindən peyğəmbərliyə hazırlayırdı. Ana atasını və digər yaxınlarını almaqla tək himayədarının Özü olduğunu Ona hiss etdirirdi.
  • Əfəndimiz (s.ə.s.) Şama ilk dəfə gedəndə, Rahib Bahira Onu görmüş və gələcəkdə bir peyğəmbər olacağı müjdəsini vermişdi. Varaqa ibn Nəvfəl və Zeyd ibn Amr də Onun (s.ə.s.) peyğəmbərliyini müjdələyənlərdən idi.
  • Abdullah ibn Salam, Kabul-Əxbar, Vəhb ibn Münəbbih kimi Ona inananlar qurtuldular, həsəd edib inanmayanlar isə O Nurdan məhrum qaldılar.
  • Tövrat və İncildə onun gələcəyini müjdələyən ayələr…
  • Mehmet Akifin "Bir gecə" şeiri...

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.