Allen Maller
Hizmət – xeyirxah güc ordusu
Yəhudi din adamıyam, daha doğrusu, reformist bir yəhudi din adamıyam. Çağdaş dünyada insanlar bir-biri ilə sıx əlaqədədir. Qənaətimcə, Hizmət dünyaya qarşı məsuliyyət şüurunu aşılamağa çalışan, bütün peyğəmbərlərə və əhli-kitaba sayğı göstərməyə səsləyən, Quranın gətirdiyi plüralizm anlayışına üstünlük verən və s. İslamiyyətə aid gözəllikləri mükəmməl bir şəkildə təmsil edən bir hərəkatdır.
Universitet illərindən vaxt-vaxt İslama dair araşdırmalar aparmışam. Son bir neçə ildir burada, Hizmət hərəkatının üzvləri ilə birlikdə fəaliyyətlərimiz olur. Bildiyim qədər, onlar da Hizmətin məktəblərində yetişiblər. Dünyada tez-tez rast gəldiyimiz dar görüşlü fanatizmin əsarətinə düşməyən və digər dinlərə ehtiramla yanaşan insanlarla iş görmək həqiqətən gözəl bir şeydir.
Hizmət təkcə bu ölkədə deyil, bütün dünyada – Amerika, Kanada, Avropa və Asyada yaşayan insanlara ekranlarda təbliğ olunan dinin həqiqi İslamiyyət olmadığını göstərən bir nümunədir. Həqiqi İslamiyyət plüralizmi müdafiə edən bir dindir və bütün yəhudilərə məlumdur ki, İslam hakimiyyətində yaşayan yəhudilər xristiyan hakimiyyətində yaşayanlardan daha gözəl həyat sürmüşlər.
Hizməti xeyirxah güc ordusu kimi görürəm. Dar görüşlü güclərin mövcudluğu qaçılmazdır. Ancaq xeyirxah gücün mövcud olması şər qüvvələri nəzərətda saxlama və pis dövlət siyasətinin Allahın adını ləkələməsinə yol verməməsi baxımından çox əhəmiyyətlidir.
Bu şəkildə həqiqi İslamiyyətin tanıtmaqda yeni töhfələr verən Hizmət hərəkatı kimi təşkilatları gələcəkdə dünya sülhünün bərqərar olmasında böyük rola malik olacağını düşünürəm. Sülh deyəndə təkcə müharibələrin, qarşıdurmaların dayandırılmasını qəsd etmirəm. Məsələn, “salam”, ibrani dilində “şalom” sözündəki mənanı qəsd edirəm... Sülh hüzurdur, ahəngdir...
Cənab Gülənin məqalələrindən bir parça ağlıma gəlir. Məqaləsində o, bir orkestrdan bəhs edir. Orkestrda çalğıçılar müxtəlif alətlərdə fərqli musiqi ifa edir... Yəni hamı eyni musiqi çalmır... Hər biri özünə aid müsiqi parçasını çalır...
Ancaq bu orkestrın bir dirijoru və bir bəstəkarı var. Yəni hamımızın kitab gətirən bir peyğəmbəri var. Və əlbəttə, hamımıza məlumdur ki, o bəstəkar Vahid bir bəstəkardır. Əgər müxtəlif çalğı alətləri ifa edən insanlar olmasa, ortaya simfonik əssər çıxmaz. Yalnız skripkaçılarla orkest qurulmur. Və bir simfonik əsərin zənginliyi bu fərqlilikdən ibarətdir. Bu səbədən bir orkestr qurmaq üçün fərqli çalğı alətləri çalan 30-40 insan lazımdır. Beş-altı nəfərlə bu işi həyata keçirmək mümkün deyil.
Bəstəkar isə fərqli çalğı alətləri çalan bir orkestri nəzərə alaraq musiqi bəstələyir. Bu məntiqi qavraya bilsək, insanlar arasındakı bir çox gərginlik, şübhə və düşmənçiliyin aradan qalxacağına inanıram. Çünki bir-bir insanları tanıdıqca əslində onların yaxşı olduğunu görürsən.
Allen Maller kimdir?
Təqaüdçü yəhudi din adamı Allen Maller ali təhsilini Kaliforniya Universitetində almışdır. 1967-2006-ci illərində novator yəhudilər tərəfindən qurulan Akiba məbədinin ruhani rəhbəri olmuşdur. Bir müddət Cənubi Kaliforniya Novator Yəhudi Din Adamları dərnəyinin sədri olmuşdur. Yüzdən artıq məqəlaləsi tanınmış jurnallarda dərc edilmişdir.
- tarixində yaradılmışdır.