Professor Məhəmməd Kamal İman
Fəthullah Gülən Xocaəfəndi Quran aləmindən bizim dünyaya səslənir
Fəthullah Gülən Xocaəfəndinin fikirləri əsasında həyata keçirilən fəaliyyətlərin hər biri, mənə görə, torpağa atılan toxumlardır. Ələlxüsus da, təhsil sahəsində atılan toxumlar nümunəvi gənclərin yetişməsinə zəmin hazırlamışdır. Digər tərəfdən Hizmət hərəkatı zorakılıqdan uzaq, mötədil bir metodla hərəkət edir.
Hətəkat bu metodla İslami əsasları, mənəvi dəyərləri meyar götürən ideal bir cəmiyyət formalaşdırmaqdır. Bu əsasları ancaq və ancaq təhsil vasitəsilə çatdırmaqla, problemlərin həlli yolunu tapmaqla mümkündür...
Fəthullah Gülən Xocaəfəndi bunu bacardı, bu ideala könül verən insanları tapdı. Könüllü, fədakar insanlara üstünlük verdi. Bu çox vacib bir məqamdır...
Çünki bu insanlar gələcəkdə yeni nəsil yetişdirməli və cəmiyyətlə dialoq əlaqələri qurmalı idi. Bu işi öhdəsinə götürən könüllülərlə cəmiyyət arasında qurulan yaxın ünsiyyət fəaliyyətlərin və Hizmət hərəkatının uğur qazanmasını təmin etdi.
Fəthullah Gülən Xocaəfəndinin fikirləri əsasında ərsəyə gələn Hərəkatın əsas sütunlarından biri təhsildir. Çünki şüurun formalaşması insanın mənəvi dünyasından başlayır. Bəli, insanın təhsili ilk öncə mənəvi dünyasından başlayır. Cəmiyyətin təhsili də həmçinin... Bu səbəblə, insanın İslami dəyərlərə müvafiq şəkildə xarici dünyasının formalaşdırılması onun mənəvi dünyasından asılıdır.
Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndidə məni və bir çox İslam alimini təsirləndirən ən əsas məqamlardan biri həyata keçirilən bütün fəaliyyətlərin İslamın birincə mənbəyi olan Qurana isnad etməsidir.
Fəthullah Gülən Xocaəfəndi, sanki Quran aləmindən bizim dünyaya qapı açır. Peyğəmbər metodunu əsas götürərək insanın könlünə, ruhuna səslənir.
Digər tərəfdən Fəthullah Gülən Xocaəfəndinin kitablarına baxanda ruhi zəriflik və insanın daxili aləminə səslənən sadə bir üsluba şahid oluruq. Üslubunda bir zəriflik və sadəlik var. Sadəlikdə də dərinlik... Buna biz “səhli-mümtəni” deyirik...
Fəthullah Gülən əsərlərindəki fikirlər insanın ağıl və ruhuna bilavasitə və sürrətli şəkildə sirəyət edir... Hətta kitablarını oxuyandan sonra insana elə gəlir ki, bunu yazmaq asan işdir... Ancaq sonra görürsən ki, çətindir. Fəthullah Gülən Xocaəfəndi balacalıqdan həyatını bu ideala həsr etmişdir...
Onun üslubu imanında deyil, əksinə qəlbindəki iman dilində və üslubunda əks olunur.
Mən Xocaəfəndinin əsərlərini təsbeh muncuqlarına bənzədirəm. Əsərlərini oxuyanda məlum olur ki, o, bir mütəfəkkir, zahid bir şəxsiyyətdir. Dualarını oxuyanda eyni anda onu hiss etmək və insanı hara istiqamələndirdiyini anlamaq mümkündür. birindən o birinə keçəndə təsbeh muncuqlarını hiss etdiyin kimi, onun əsərlərini oxuyanda da bütün bu mənəvi halları duymaq mümkündür.
Digər bir məsələ də, mənə elə gəlir Fəthullah Gülən Xocaəfəndinin Qurani-Kərimə yalnız ərəb coğrafiyasına aid bir əsər kimi deyil, ümumbəşəri bir kitab kimi yanaşması önünə geni dünyalar açmışdır. Məhz bu geniş dünyagörüşü və yanaşma sayəsində o, bəşəriyyətin ruhuna və könlünüə səslənməktədir.
Professor Məhəmməd Kamal İman İskəndəriyyə Universiteti/Misir
- tarixində yaradılmışdır.