Fəthullah Gülənin illərə yayılan həyatı
- Fəthullah Gülən rəsmi qeydiyyata görə 27 may 1941-ci ildə Ərzurum şəhəri, Həsənqala (Pasinlər) rayonu, Qorucuq kəndində dünyaya gəlmişdir.
- 1949-cu ildə ailəsinin Alvar kəndinə köçməsi ilə əlaqədar ibtidai təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır və daha sonra kənarda tamamlayır.
- 1951-ci ildə hafizliyi (Quranı əzbərləmək) bitirir.
- 1952-ci ildə Alvar ilə Həsənqala arasındakı 7 km yolu hər gün piyada gedərək Hacı Sidqi Əfəndidən təcvid (Quranı üsul və qaydaları ilə oxuma) dərslərini alır.
- 1954-cü ildə nənəsi Munisə xanım və babası Şamil ağa bir saat fərqlə vəfat edir. Fəthullah Gülən həmin il Məhəmməd Lütfi Əfəndinin oğlu Sədi Əfəndidən Ərəb dilini öyrənir.
- 1956-cı ildə Məhəmməd Lütfi Əfəndi vəfat edir.
- 1957-ci ildə Amasiya, Toqat və Sivas tərəflərdə vəzlər verir.
- 1958-ci ildə Ədirnə Üç Şərəfəli Məscidində imamlığa başlayır.
- 10 noyabr 1961-ci ildə Ankara Mamakda hərbi xidmətə başlayır. İlk təlim dövrünü burada tamamladıqdan sonra İsgəndəruna keçir. Burada xəstələnir və havasını dəyişmək məqsədi ilə 4 il əvvəl ayrıldığı Ərzuruma qayıdır.
- 1963-cü ildə hərbi xidməti başa vurur. Və elə həmin il Ərzurumda konfrans təşkil edir.
- 4 iyul 1964-cü ildə Ədirnədə yenidən vəzifəyə başlayır.
- 31 iyul 1965-ci ildə Qırxlareli mərkəz vaizliyinə təyin edilir.
- 11 mart 1966-cı ildə İzmir mərkəz vaizliyinə təyin edilir. Bundan əlavə, Kəstanəbazarı Dərnəyi Quran kursunda könüllü olaraq müəllim və tərbiyəçi işləyir.
- 1968-ci ildə Din işləri üzrə səlahiyyətli şəxs kimi həccə gedir.
- 1969-cu ildə çayxana söhbətlərinə başlayır və Egey bölgəsinin müxtəlif şəhər və rayonlarında vəzlər verir.
- 1971-ci ildə Kəstanəbazarı Quran kursundan çıxır. 12 Mart Bəyannaməsindən sonra, 3 may günü həbs edilir. 6 aydan çox həbsdə qaldıqdan sonra 9 noyabr tarixində azadlığa buraxılır.
- 23 fevral 1972-ci ildə Ədrəmit mərkəz vaizliyinə təyin edilir. Burada iki il işləyir.
- 29 iyun 1974-cü ildə Manisa mərkəzi vaizliyinə təyin edilir.
- 20 sentyabr 1974-cü ildə atası Ramiz Əfəndi dünyasını dəyişir.
- 1975-ci ildə “Quran və Elm”, “Darvinizm”, “Qızıl Nəsil”, “İctimai Ədalət və Nübüvvət” adlı konfranslar silsiləsinə başlayır və 1976-cı ildə də davam edən bu konfranslarla əlaqədar Ankara, Çorum, Ərzurum, Malatya, Diyarbəkir, Konya, Antalya, Aydın kimi bölgələri gəzir.
- 28 sentyabr 1976-ci ildə təyinatı İzmirin Bornova rayonuna verilir.
- 1977-ci ildə Dini işlər üzrə səlahiyyətli şəxs qismində Almaniyaya gedir və burada müxtəlif yerlərdə söhbətlər edir.
- 1979-cu ildə aylıq “Sızıntı” jurnalına məqalələr yazmağa başlayır.
- 12 sentyabr 1980-ci ildə hərbi müdaxilədən sonra vəzifəsini davam etdirməsi mümkün olmur.
- 25 noyabr 1980-ci ildə Çanaqqala mərkəzi vaizliyinə təyin edilsə də, səhhətinə görə vəzifəsinə başlaya bilmir.
- 14 yanvar 1986-cı ildə haqqında axtarış əmri verildiyi üçün Burdurda həbs edilir. Uzun sorğu-sualdan sonra İzmirə gətirilir. Axtarış əmrinin İzmirlə də hər hansı bir əlaqəsi olmadığı üzə çıxınca azadlığa buraxılır.
- Həmin il həccə gedir. Diyarbəkirdə Mehmet Özyurt cinayəti ilə əlaqədar haqqında axtarış elan edilir. Dostlarının Mədinədə qalmaq barəsində təkidlərini rədd edir. Hər ehtimala qarşı, tutulub təslim edilmədən Türkiyəyə gəlib günahsız olduğunu isbat etmək məqsədi ilə Suriyadan keçərək min bir əziyyətlə Kilisə gəlir. Buradan İzmirə yollanır və Fövqəladə Nəzarət komandanlığına təslim olur. Günahsız olduğu məlum olduqdan sonra sərbəst buraxılır.
- 1989-cu ildə Üsküdar Validə Sultan Məscidində Cümə günləri (52 həftə) vəz verir və bu söhbətlərində Peyğəmbər Əfəndimizi və Onun sünnətini hərtərəfli şərh edir. Bu söhbətlər daha sonra “Sonsuz Nur” adı ilə 3 cildlik kitab şəklində nəşr edilir.
- 1990-1992-ci illərdə İstanbul, İzmir və bir dəfə də Ankara və Ərzurumda olmaqla, ayda bir bazar günü fəxri olaraq vəzlər verir.
- 29.06.1994 tarixində “Qazeteçilər və Yazarlar Vəqfi”nin “Polad Renessans” Otelində təşkil etdiyi açılış proqramında iştirak edir və bir çox yazıçı, jurnalist, sənətçi, elm, siyasət və iş adamının qatıldığı bu toplantıda söhbəti ilə diqqətləri birdən-birə öz üzərinə cəmləşdirir. Bu açılış və Gülənin çıxışı mediada çox geniş işıqlandırılır və müsbət qiymətləndirilir.
- 1994-cü ilin dekabrında Baş Nazir Tansu Çillərlə görüşür. Görüş mediada böyük əks-səda doğurur. Daha sonraki illər yenə T. Çillərlə və bundan başqa Bülənt Ecevit, Məsut Yılmaz, o dövr CHP rəhbəri Hikmət Çətinlə görüşür.
- 1995-ci il yanvar ayında “Hürriyət” və “Sabah” qəzetlərində ilk silsilə reportajları çıxır.
- 1995, 1996, 1997 və 1998-ci illərdə “Qazeteçilər və Yazarlar Vakfı”nın təşkil etdiyi Ramazan iftar yeməklərinə, “Xoşbəxt Sabahlar Üçün Əl-Ələ” kimi fəaliyyətlərə və “Tolerantlıq, Uzlaşmaya Təşviq Mükafatları” kimi tədbirlərə və bayram mərasimlərinə qatılır.
- Həmin illərdə həm müxtəlif din mənsubları arasında dialoq fəaliyyətləri, həm də qarşılıqlı dialoq ziyarətləri çərçivəsində bir neçə dəfə Türkiyə Katolik İcmaları Ruhani Rəislər Qurumu Başçısı Monsenyor Georges Maroviç, Vatikan Ankara Səfiri Pyer Luisi Selata, İstanbul Fənər-Rum Patriki Bartolomeos, Erməni İcması lideri mərhum Karakin və indiki lideri Mesrof Mutafyan, Süryani Katolik İcması Patrik Vəkili yepiskop Yusif Sağ, Süryani Kadim Metropoliti Yusif Çətin və Huriepiskopos Samuel Akdemir, Yəhudi İcması İdarəçiləri və İstanbul Sinoqoq Rəhbəri (Hahambaşı) David Aseo ilə müxtəlif vaxtlarda görüşür.
- 11 iyun-30 sentyabr 1997-ci il tarixləri arasında ABŞ-da olur və bu müddətdə Nyu York Roma Katolik Arxidoku və Nyu-York Baş Yepiskopu Kardinal Con Okonnor və köməkçisi Aleks ilə, bundan əlavə, Yəhudilərə aid “Anti-Defamation League”nin o vaxtkı lideri Leon Levi və onun dostu Amerika Katolik Universiteti Şərq Xristianlığı Araşdırmaları kafedrasının müdiri Dr. Sidney Qriffitlə görüşür.
- 09.02.1998-ci il tarixində Vatikanda Papa II İohan Pavel ilə tarixi görüşü baş tutur; burada bundan əlavə Kardinal Arenzi və Kardinallar Məclisini ziyarət edir. Bu ziyarət uzun müddət media gündəmindən düşmür, xəbər və şərhlərə mövzu olur.
- 19.02.1998-ci ildə Dünya Kilsələr Birliyi idarəçiləri və eyni tarixdə “Anti -Defamation League” sabiq başçısı Leon Levi bir neçə dostu ilə F.Güləni İstanbulda ziyarət edir.
- 25 fevral 1998-ci ildə Qüds Sefared Sinaqoq Rəhbəri Eliyahu Baksı Doronla İstanbul Taksimdə “Qazeteçilər və Yazarlar Vakfı”nın mərkəzi binasında, 9 martda isə İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Mədəniyyətlərarası Dialoq” toplantısına qatılan elm xadimləri və ruhanilərlə görüşür.
Bir çox yerli və xarici jurnalist və televiziya nümayəndələri Fəthullah Güləndən müsahibə götürür:
- “Sabah” qəzetindən Nuriyə Akmanın reportajı 23-30.01.1995-ci il tarixləri arasında “Sabah”da,
- “Hürriyət” qəzetindən Ertoğrul Özkökün reportajı 23-30.01.1995-ci il tarixlərində “Hürriyət”də,
- “Zaman” qəzetindən Eyyub Canın reportajı avqust 1995-ci il tarixində “Zaman”da,
- “Cümhuriyyət” qəzetindən Oral Çalışların reportajı 20-26 avqust 1995-ci il tarixləri arasında “Cümhuriyyət”də,
- “Sabah” qəzetindən Hulusi Turqutun reportajı 13-31 yanvar 1997-ci il tarixləri arasında “Sabah”da yayınlanır.
- Nevval Sevindi və Eyyub Canın hazırladıqları reportajlar daha sonra kitab şəklində nəşr edilir.N. Sevindinin kitabı “Sabah” qəzeti nəşriyyatında, E.Canın kitabı isə “Milliyyət” qəzeti nəşriyyatında kitab halına gətirilmiş və hər iki kitab da 100000 ədəd qədər satılmışdır. Nevval Sevindi reportajını 2002-ci ildə təkrar yayınlamışdı.
- Bunlardan əlavə, Amerikada müəllim kimi işləyən Hakan Yavuzun Fəthullah Güləndən aldığı müsahibə “Milliyyət” qəzetinin “İntellektual baxış” köşəsində 3 gün ard-arda nəşr edilir.
- Həmçinin, Yasəmən Çonqarın Amerikada hazırladığı reportaj 1997-ci ilin avqustunda “Milliyət”də,
- Həmin qəzetdən Özcan Ünlünün reportajı da yenə eyni qəzetdə mart 1998-ci il tarixdə yayınlanır.
- Onunla sonuncu dəfə 2005-ci ildə “Zaman”dan Nuriyə Akman və “Milliyyət”dən Mehmet Gündəm silsilə reportaj hazırlayır.
- 03.07.1995-ci il axşamı Reha Muxtar ilə dövlət televiziyası TRT 1-də,
- 29.03.1997-ci il axşamı Samanyolu TV-də prof. Mim Kamal Ökə və Osman Özsoy,
- 15.04.1997-ci il axşamı “Kanal D” televiziyasında Yalçın Doğan,
- 27.02.1998-ci il tarixində NTV-də Çingiz Çandar və Taha Akyol canlı reportaj hazırladı.
- Bu vaxt Show TV adından 32-ci gün qrupundan Mehmet Eli Birand və Ridvan Akar 1998-ci ilin əvvələrində hazırladıqları reportajları bir həftə ara ilə iki proqram şəklində efirə verirlər və CD halında satışa çıxarırlar.
- Bir çox xarici junalist və televiziya müxbiri də Fəthullah Gülənlə reportajlar hazırlayıb, bunları öz qəzet və televiziyalarında geniş şəkildə yayınlayırlar. “Wall Street Journal” qəzeti bölgə müxbirinin hazırladığı reportaj bu qəzetin Avropadakı yayınında tam səhifə şəklində nəşr edilir. Bundan başqa, Avstriyalı jurnalist, Vatikan Radiosunda proqram aparıcısı Haynz Qştreyn, Yunanıstanda nəşr edilən “Elefteropitia” qəzetindən Simeon Soltaridis, Albaniyada nəşr edilən “Rilindja Demokratika” qəzetindən Edi Polko və “Albaniya” qəzetindən Ənvər Bitci, “Rilindja Kosova” qəzetindən Mehmet Giata və bunlardan əlavə, Bolqarıstan, Ukrayna, Azərbaycan, Özbəkistan, Gürcüstan, Rusiya, Qazaxıstandan bəzi dövlət və özəl televiziya kanalları və qəzetləri də reportajlar hazırlayıb yayınladılar. Eləcə də “Time”-ın bölgə müxbiri Ceyms Vayld və “Le Monde” dən Nikole Pope Fəthullah Gülənlə görüşdülər.
- tarixində yaradılmışdır.