Qadının vəzifəsi

Fəthullah Gülən: Qadının vəzifəsi

Rəsulullah (s.a.s.) buyurur: “Allah (c.c.) qadınların və uşaqların haqlarının pozulmasına qəzəbləndiyi qədər heç bir şeyə qə­zəb­lən­məmişdir, yəni qeyrəti-İlahiyə ən çox toxunan qadınlarla uşaqların halıdır”. Bir dövrdə ki, qadın öz vəzifəsini yerinə yetirmir, əsas işini qoyub xam xəyallar dalınca qaçır, şəhvət alətinə çevrilir, uşaqlara biganə yanaşır, gəncləri başdan çıxarır, o zaman qeyrətullahın[1] hərəkətə gəlməsindən qorxun.

Bəli, öz əlləri ilə özlərini günah bataqlığına atmış, pərişan, dərbədər və heyvani hislərinin əsiri olmuş bir nəsil Allahın (c.c.) qəzəbinə tuş gəlmiş sayılır. Elə isə ailə qurmağa hazırlaşan şəxsin birinci vəzifəsi “muslimət”, “muminət”, “qanitət”, “sadiqat”, “sabirat”, “xaşiət”, “mütəsaddiqat”, “saimət”, “həfizat”, “zəkirat” və “salihət”dən[2] bir həyat yoldaşı seçməkdir. Bu cür keyfiyyətlərə malik bir müəllimə, mürəbbiyə dünyəvi-üxrəvi xoşbəxtliyin ən mühüm əsası olub həyatda kişinin dərd ortağı, yol yoldaşıdır. Bəli, ailədə kişi və ya qadının dünyəvi-üxrəvi hislərini anlayan bir həyat yoldaşı varsa, onun yerini heç nə verə bilməz. Başqa sözlə, belə bir evdə dünyaya gələn uşaqlar da o müəllimə və mürəbbiyənin tərbiyəsi ilə yetişəcəklər.

[1] Qeyrətullah – Allahın qeyrəti, izzəti, haqqı qoruma vəsfi.
[2] Muslimət – Müsəlman qadınlar. Muminət – Allaha iman edən qadınlar. Qanitət – Allaha itaət edən mömin qadınlar. Sadiqat – dürüst əxlaqlı, doğru danışan mömin qadınlar. Sabirat – Səbir edən mömin qadınlar. Xaşiət – Təvazökar olan mömin qadınlar. Mütəsaddiqat – Allah yolunda infaq edən qadınlar. Saimət – Oruc tutan mömin qadınlar. Həfizat – Namuslarını qoruyan mömin qadınlar. Zəkirat – Allahı çox zikr edən qadınlar. (“Əhzab” surəsi, 33/35) Salihat – Əməlisaleh və iffətli qadınlar (“Nisa” surəsi, 4/34). “Əhzab” surəsinin 35-ci ayəsində bu vəsflərə malik olan kişi və qadınları (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) gözlədiyi bildirilir! (Nisa” surəsi, 4/34). Müslim, “Rada”, 59; Sünən; İbn Macə, “Nikah”, 5.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.