40 Hədis əzbərləmək Ona ən gözəl hədiyyədir
Ədəbiyyatımızda gül, Sevgilinin, İnsanlığın İftixar Abidəsinin rəmzidir. Rəvayət olunur ki, Merac Gecəsi Allah Rəsulunun (əleyhi əkməlüt-təhaya) mübarək tərləri yer üzünə düşmüş və düşdüyü yerdə də qırmızı gül bitmişdir.
Xalq arasında belə bilinmiş və inanılmışdır. Bu rəvayətin əsli varsa, şəxsən belə bir şeyin ola biləcəyinə inanaram; Əfəndimizin tərindən nəinki gül bitər, çaylar belə fışqıra bilər, amma əsli yoxdursa o cür şeylərə bir kəramət libası geydirməmək lazımdır. Lakin o rəvayətin əsli olsa da olmasa da Mövlud Qəndilində Müsəlmanların gül hədiyyə etmələrinin səbəbi “Gül, Muhamməd (sallallahu əleyhi və səlləm) təridir” anlayışı olduğunu düşünürəm. Şəxsən bu şəkildə gül paylanmasına tamamilə qarşı deyiləm amma məsələni “zeytun budağına qarşı gül” şəklində ələ alaraq bir əks reaksiya halına gətirməyi də uyğun görmürəm.
Qənaətimcə, məsələlər əks reaksiyaya əsaslanmamalı kimi qələmə verilməməli, başqa və yeni şeylər tapılmalıdır. Əsl etibarilə təzə və canlı olan məsələləri üslubsuzluğa qurban verməmək üçün alternativ nüanslar ortaya qoymaq lazımdır. Məsələn, Əfəndimizə ərz edə biləcəyimiz ən gözəl hədiyyələr, eyni zamanda bizim üçün də şəfaət vəsiləsi olan salat və salamlardır ya da Onun mübarək sözlərini öyrənib başqalarına da öyrətməkdir. Bir yerdə dostlarımızın etdiyi kimi, “cəvamiul-kəlim”dən qırxa qədər hədisi-şərif seçilib kitabça halında və ya kiçik kartlara yazılmış olaraq hədiyyə edilə bilər. Bu il bu hədisləri seçirsinizsə, növbəti il də bir başqa qırx hədisi hədiyyə edərsiniz. Onları verərkən də “Bu hədiyyəni verməyimizin qarşılığı, bir il içində bu qırx dənə hədisin əzbərlənməsidir”, - deyərsiniz. Beləcə, hər il, hər ay, hər gün yeni olan İnsanlığın İftixar Abidəsi üçün təptəzə hədiyyələr təqdim etmiş olarsınız.
Bəli, gül paylamağa tamamilə qarşı olduğumu demək istəmirəm, lakin onun reaksiyoner bir münasibət olduğunu da ifadə etməliyəm. Gül vermə və zeytun budağı uzatma kimi şeylər İslam mədəniyyətində yoxdur. Bizim mədəniyyətimizin təməl qaynaqları Kitab, Sünnət, Ümmətin icması və Fiqh alimlərinin Qiyası kimi əsaslardır. Biz bunlara baxmalı və bunlarla işarə edilən yollarda getməliyik.
- tarixində yaradılmışdır.