Təfəkkür fikir çiləsidir
Bir mövzu ətrafında əvvəli-sonu, hədəfi və məqsədi müəyyən edilmiş şəkildə dərindən və sistemli düşünmək mənasına gələn “təfəkkür”, üstəlik də bir peyğəmbərlik peşəsidir.
İnsanlığın İftixarı Əfəndimizin (s.ə.s.) mübarək kəlamlarına və həyatına baxanda bu həqiqət açıq-aydın görünür. Məsələn, təfəkkürlə bağlı nurlu bir bəyanda O (sallallahu əleyhi və səlləm): "Təfəkkürə bərabər ibadət yoxdur, elə isə gəlin Cənabi-Haqqın nemətlərini və əsərlərini təfəkkür edin! Lakin əsla Zati-Barini təfəkkür etməyə cəhd etməyin. Çünki O, insan düşüncəsinin fövqündədir" (əl-Beyhaki, Şuabü'l-iman 1/136) buyurur. Göründüyü kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Cənabi-Haqqın zatı xaricində hər şeyi təfəkkür sahəsinə daxil etmişdir.
Belə ki, Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) şəxsən özü də əşya və hadisələri daim təfəkkür etmiş, təfəkkür dolu həyat yaşamışdır. Məsələn, bir hədisdə belə deyilir: Allah Rəsulu (əleyhi əkməlüt-təhaya) bir gecə qalxıb kədər dolu gözlərlə: "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" ("Ali-İmran" surəsi, 2/190-191) ayələrini oxudu və göz yaşı töküb dərin təfəkkürə getdi. Səhər namazına azan oxumaq üçün gələn Həzrəti Bilal Ona: "Ya Rəsulullah! Özünə nə üçün bu qədər əziyyət verirsən? Allah, bütün günah yollarını Sənə bağladı," deyincə Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Mənə bu qədər ehsan lütf edən Rəbbimə şükür edən qul olmayımmı?" buyurdu. (Buxari, Teheccüd, 6)
Həyatın hər anını təfəkkürlə süsləyən Peyğəmbər Əfəndimiz (əleyhi əkməlüt-təhaya) Ona isnad edilən bir kəlam ibrətamizdir: "möminin sözü hikmət, sükutu da təfəkkür olmalıdır". Bu kəlamdan görünür ki, möminin halı iki əsasa bağlıdır olduğunu görürük. Bir, mömin danışanda mütləq bir hikmətə, məsləhətə və xeyrə görə danışmalıdır. İki, əgər belə bir hikmət və xeyr yoxsa, mömin sükutu seçməlidir. Lakin bu sükut tənbəllik, ətalət deyil. O, sükutu bir mənada, üxrəviliklə boyayar, təfəkkür ediləsi məsələləri düşünər və nəticədə də onu bir təfəkkür zəmininə çevirər. Bu səbəblə təfəkkür dolu ömür sürmək, kamil möminin həmişəki halıdır.
Təfəkkür məzmuna görə dəyərlidir
Belə ki, çağdaş müsəlmanların "yoxsul" olduğu mühüm xüsuslardan biri də təfəkkürdür. Təfəkkür mövzusunda "hələ gediləsi yolumuz çoxdur" desəm, zənnimcə mübaliğə olmaz. Məsələn, ümməti-Məhəmməd tarix boyu ən çox bu dövrdə bəla və müsibətlərə məruz qalmışdır. Ancaq müsəlmanlar götür-qoy edib həll yolları axtarmır bu bəla və müsibətlərdən xilas olmaq üçün hər hansı ciddi fəaliyyət göstərmir. Halbuki, bu acınacaqlı halın çarəsi ancaq təfəkkürdür. Bu səbəblə, təfəkkürü yalnız Cənabi-Haqqın əfal və əsmasının təcəllilərini, verdiyi nemətləri düşünərək imanı və mərifəti dərinləşdirmə şəklində anlamamalıyıq.
Əlbəttə ki, bunların təfəkkürü çox vacibdir, ancaq İslamiyyəti dünyaya çatdırma.. varsa önündəki maneələri qaldırma.. o maneələri qaldırılmaq üçün alternativ fikir yürütmə... kimi məsələlər də təfəkkür kateqoriyasına daxil edilməlidir ki, möminin ən əsas vəzifəsi ilayi- kəlimətullahdır. Yəni Allah adını könüllərə duyurmaq üçün cəhd və səy göstərməkdir. Əlbəttə ki, Cənabi-Haqq daim alidir, Onun adı onsuz da ucadır. Ancaq bu ucalığı könüllərə duyurmaq da möminin məqsədi və əsas vəzifəsidir.
İslamiyyətin könüllərdə bir daha çiçək açması üçün daim fikir iztirabı ilə oturub-durma, bu mövzuda tədbirli olma, həll yolları axtarma, iztirabdan dəliyə dönmə.. bəli, bütün bunlar ali dərəcəli təfəkkür sahəsinə daxildir. Çünki təfəkkürünüz nə ilə əlaqəlidirsə, o mövzunun qiymətinə görə sizin təfəkkürünüz dəyər qazanar.
Bir mömin iztirab çəkir və Əfəndilər Əfəndisinin adını bəşəriyyətə çatdırmaq üçün fikri fəaliyyət göstərirsə, onun bu təfəkkürü ali dərəcədə bir təfəkkürdür. Bu məqamda yuxarıdakı ifadəni bir daha xatırlaya bilərik: təfəkkürünüz nə ilə əlaqəlidirsə, o mövzunun qiymətinə görə dəyər qazanar.
- tarixində yaradılmışdır.