Yəqin, İçəridən Görmək Daha Çətindir
Yeni çıxan "Gülen Hareketi" adlı kitabı almaq istədim. Satıcı oğlan kompüterdən baxıb: "Qurtarıb" dedi. Başqa bir kitab mağazasına baxmağa imkanım yox idi. Nə isə ala bilmədim. Hər halda başqa ala bilməyənlər də vardı. Yaxşı ki, kitabın bir nüsxəsini qəzetimizin redaksiyasına göndərilibmiş, oradan istifadə edə bildim. "Doğan Kitab" nəşriyyatının çap etdiyi kitabın müəllifi Hyuston Universitetinin əməkdaşı Yelena Rouz Ebauf (Helen Rose Ebaugh) bu əsəri uzunmüddətli araşdırması sayəsində ərsəyə gətirib. Universitetdə Din sosiologiyası fənnini tədris edən Ebauf oxuduğu bir xəbərdən sonra Fəaliyyətlə maraqlanmağa başlayır. Türkiyəyə gələrək daha geniş və ətraflı araşdırma imkanı əldə edir.
Əsas diqqətini "Türk məktəbləri" adı ilə tanınan təhsil ocaqlarına yönəldir, məsələn. Şagird, valideyn və müəllimlərdən söhbət edib müsahibə götürür. Ən əsası da bu müəssisələrin maliyyə sistemini araşdırır, iqtisadi tərəfinə maraq göstərir. Təhsil müəssisələrində fədakarca çalışan və özünü "adanmış və könüllü" kimi görən müəllimlərlə görüşdüyü kimi, məktəblərin açılmasına maddi fədakarlıq göstərən iş adamları ilə da söhbət edir. Müəllif "bölüşmə" mədəniyyətindən, "başqaları üçün yaşama" idealından necə təsirləndiyini ətraflı şəkildə bəhs edir. Amerikada da məşhur olan bəxşiş və yardım ənənəsinin İslamda zəkat, sədəqə, fitrə ilə necə böyük işlərə vəsilə olduğunu apardığı araşdırma ilə kəşf edir. Həmçinin müəllif "Fəaliyyət"in başqa din mənsublarının qayanyıb-qarışması, sülh və firavanlıq üçün səy göstərməsinə, bu yolda işlətdiyi yeni üsluba, yeni dilə diqqət çəkir.
Bu yaxınlarda "fəaliyyət" əleyhinə müntəzəm yazılar yazan bir həmkarıma sual verdim: " Bu "Fəaliyyət" sizi məmnun etmək üçün" neyləməlidir?" Çaş-baş qaldı. Ona izah etdim: "Bu "Fəaliyyət" sosial bir gerçəklikdir. İnsanlar bura ərizə verməklə daxil olmur, istefa ərizəsini yazmaqla buradan çıxmır. Məhz buna görə "Könüllülər fəaliyyəti" adlanır. Bu olduqca savadlı və qabiliyyətli insanlar ağılla, iradə ilə, səmimi qəlbdən "xidmət"ə çiyin verir və çox böyük işlər görürlər. Buna görə də fəaliyyətləri cəmiyyətin vicadanında böyük əks-səda doğurur. Bugünkü kimi, vaxtilə bəzi güclər müəyyən "axınlar"a da müharibə elan etmişdilər. Onları yox etmək istəyirdilər. "Solçu"lar, "sağçı"lar, ələvilər, kürdlər, islamçılar... heç biri buxarlanıb yox olmadı, əksinə onları yox etmək istəyən faşistlər çoxdan torpağa qarışıb getdi. Çünki sosial bir həqiqət olan bu Fəaliyyətin var olmasına və davam etməsinə qərar verən ictimai vicdandır. Əlbəttə, tənqid edə bilərsən, ancaq hadisələrə əzbər fikirlərlə, hirslə, qəzəblə yanaşa bilməzsən. Ən yaxşısı anlamağa çalışmaqdır. Heç kim "mükəmməlik" demir, ancaq sizdən simpatiya olmasa da, impatiya gözləmə haqqı da yoxdur?
"Gülen Hareketi" kitabı bu sosial fəaliyyəti anlamağa çalışdığı üçün əhəmiyyətli əsərdir. Dünyanın hər yerində bu Fəaliyyəti anlamağa çalışırlar. Amerikada, Avropada, Asiyada, Orta Şərqdə... Bizim media nə vaxt anlamağa çalışacaq? Daha açıq desək, bəziləri oxumadan yazmaqdan nə vaxt əl çəkəcək? Sosial gerçəklik mahiyyəti kəsb edən bu Fəaliyyətə qərəzli fikirlərdən vaz keçərək, ideoloji qəliblərdən uzaqlaşaraq baxmaq çox çətindir? Rəhmətlik Nəcib Fazil dəyərlərimizin bir gün Qərbdən gələcəyini, ölkədəki bəzi dairələrin həqiqəti, bəlkə də, o vaxt daha aydın görəcəyini söyləyərdi. Ustad nə qədər haqlıymış...
- tarixində yaradılmışdır.