Könüllülər (xidmət) hərəkatı -2
Niyə təhsil, niyə məktəb?
Fəthullah Gülən cəmiyyətdəki bütün problemlərin qaynağını da, həllini də insanda axtarır. Dolayısı ilə də, insan probleminin həlli üçün təhsil məsələsini prioritet sahə kimi təqdim edir. Onu sevən, dinləyən iş adamlarını təhsilə investisiya qoymağa, tələbələrə yataqxana tikməyə çağırır. Əvvəlcə 80-ci illərdə Türkiyədə yataqxanalar, məktəblər açılır.
90-cı illərdən başlayaraq, məktəblər dünyaya açılmağa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi Gülənə çox pis təsir edir. Vəz etdiyi məsciddə Azərbaycandakı kütləvi qırğını gündəmə gətirir. Amma hadisələrin şiddəti ona o qədər təsir edir ki, məsciddə ağlamaqdan huşunu itirir. Sonrakı dövrdə sözünü eşidən insanları Azərbaycana göndərir. 1990-92-ci illərdə ağır vəziyyətdə olan Naxçıvana Zaman qəzetinin təşkilatçılığı ilə yüzlərlə tır yardım gətirilir. Zaman qəzeti vasitəsilə Azərbaycan həqiqətləri, Qarabağda törədilən cinayətlər dünya gündəminə çıxarılır.
Türkiyə xaricində ilk məktəb ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Naxçıvanda açılır. O dövrdə də, ondan sonrakı zamanlarda da Heydər Əliyevə məktəblərə fəaliyyət göstərməyə icazə verməməsi üçün daxildən və xaricdən çox ciddi təzyiqlər olur. Bunu H. Əliyev bir müsahibəsində də ifadə edir. Lakin o, bütün bu təzyiqlərə baxmayaraq məktəbləri dəstəkləyir, daha da genişlənməsi üçün göstərişlər verir. Daha sonra Orta Asiyanın digər ölkələrində məktəblər açılmağa başlayır.
Bu gün məktəblər dünya ölkələrinin əksəriyyətində var. İranda, Ermənistanda və İsraildə heç bir məktəb, müəssisə yoxdur.
Məktəblərin missiyası nədir? Pulludur, yoxsa pulsuz?
Könüllülər hərəkatı ilhamını inancdan alan, universal insani dəyərlər çərçivəsində, birlikdə yaşama mədəniyyəti qurmağı hədəfləyən bir sivil hərəkatdır. Yuxarıda da bəhs etdiyimiz kimi Gülənə görə, dünyadakı bütün problemlərin qaynağı insandır. Ona görə də, əgər insandakı problem həll edilsə, o zaman mövcud bütün problemlər də avtomatik olaraq həll olunmuş olacaq. Bu səbəbdən insandakı problemləri həll etmək üçün təhsil prioritet sahə hesab olunur. Fəthullah Gülən onu sevənləri, sözünü dinləyənləri dünyanın dörd bir tərəfinə sevgi məktəbləri açmağa göndərir.
Gülən “sevgi” anlayışını belə izah edir: “Sevgi dünyaya gələn hər varlıqda ən əsas ünsür, ən parlaq nur, ən böyük qüvvədir. Bu qüvvənin məğlub edə bilməyəcəyi düşmən yoxdur. Dünya köhnə bir xarabadır. Onu canlandıran sevgidir”.
Bu əlbəttə ki, çox çətin bir proses idi. Hər ölkənin fərqli dili, fərqli inancı, fərqli mədəniyyəti var. Gedilən ölkələrdə böyük çətinliklərə baxmayaraq, nəticə hasil oldu. Müvəffəqiyyətin əsas səbəblərindən biri, məktəblərin insanlıq ortaq məxrəcində fəaliyyət göstərməsidir. Universal insani dəyərlər çərçivəsində, birlikdə yaşama mədəniyyəti qurmağı hədəfləyən bu məktəblər demək olar ki, açıldıqları bütün ölkələrdə dəstək gördülər. Hətta düşmən xalqların bu məktəblərdə oxuyan nümayəndələri belə, bir müddət sonra dost olduqlarına dair onlarla misal var.
Məktəblər fəaliyyət göstərdikləri ölkələrin qanunlarına, tələblərinə uyğun olaraq işləyirlər. Ölkədəki maddi rifah səviyyəsi məktəblərin pullu və ya pulsuz olmasını müəyyənləşdirir. Məsələn, Azərbaycanda məktəblər ilk açılanda demək olar ki, pulsuz idi. Türkiyədəki iş adamları maddi dəstək göndərirdilər. Sonrakı illərdə Azərbaycan inkişaf etdikcə məktəblərin təhsil haqqı da yüksəlməyə başladı. Digər bir məsələ də, müvəffəqiyyətli şagirdlərin tamamilə pulsuz vəya güzəştli təhsil almalarıdır. Burada əsas hədəf hər bir ölkənin öz xərclərini təmin etməsidir. Güclənən, zənginləşən ölkələr də kasıb ölkələrə dəstək verirlər. Hazırda əsasən, yardımlar daha çox Afrika ölkələrinə göndərilir. Hazırda azərbaycanlı iş adamları da bu təşəbbüslərə qoşulurlar. Məsələn, iş adamları bayramlarda Afrikada xeyriyyə tədbirlərində iştirak edirlər.
- tarixində yaradılmışdır.