Hərəkat əsl inkişaf təşəbbüsüdür
Diqqətlə baxsaq, başda Afrika qitəsi olmaqla dünyanın, xüsusilə də geridə qalmış ölkələrin ən əsas problemi "cəhalət, yoxsulluq və iftiraq"dır.
20-ci əsrin əvvəllərində Bədiüzzaman Həzrətləri tərəfindən müəyyənləşdirilən bu problemlərin həlli “Hizmət Hərəkatı” ilə həyata keçirilir. Məsələnin həlli "elm, əmək və ittifaq"dadır.
“Hizmət Hərəkatı”nın son otuz illik tarixinə baxsaq, hərəkatın ilk öncə təhsil sahəsinə üz tutaraq dialoq fəaliyyətlərinə başladığını görərik. Ticarətlə məşğul olan insanları isə, xüsusilə təhsil və mədəniyyət sahələrinə istiqamətləndirərək ticarəti də canlandırır.
Yaxın otuz ilə qədər ana dilindən iqtisadiyyata qədər ictimai quruluşun yerlə-yeksan edildiyi, cəmiyyətin ideoloji qütblərə bölündüyü, insanların "bizdən heç nə çıxmaz" deyib məyusluğa qapıldığı bir ölkənin inkişafında Fəthullah Gülən Xocaəfəndinin uzaqgörənliliklə və dövrün tələbatını nəzərə alaraq başlatdığı “Hizmət Hərəkatı”ının rolu danılmazdır.
Öz təbii axarı ilə və tələbata uyğun açılan məktəblər, universitetlər, media qurumları başda olmaqla “Jurnalistlər və Yazarlar Vəqfi”, “Abant Platforması”, “TUSKON”, “Qaynaq Nəşriyyat” kimi müəssisələr sırf bu məqsədə xidmət etdi, xidmət edir.
Çox diqqət çəkməsə də, əslində əsrin ən böyük inkişaf təşəbbüsünə şahid oluruq. Bəzi Qərb ölkələri problemlərdən yaxasını qurtara bilməyən insanlara “inkişaf yardımı” kimi təkcə “balıq vermir”, “Hizmət Hərəkatı” ölkənin çiçəklənməsini təmin edən əsaslarla “balıq tutmağ”ı öyrədir.
Dolayısilə, Tanzaniyada da açılan beş Türk Məktəbi ölkənin hərtərəfli inkişafında öndərlik edir. İş adamları da məktəblərin fəaliyyət göstərdiyi yerlərdə iş qururlar.
Məsələn, Rəsul Bəy (36 yaş) minlərlə Türk iş adamından biridir. 23 ildir orta məktəbdə tanış olduğu bu hərəkatdadır. İstanbulda ailəsinin böyük inşaat şirkətləri ola-ola dörd il əvvəl məktəbin inşaatı üçün tanımadığı Tanzaniyaya hicrət edir.
İş həyatında başına gələnləri gəlin özündən dinləyək: "Burada ticari həyatımda ilk iki ili zərərlə işlədim. Sözünə əməl etməyən, əliəyri insanlardan çox çəkdim, amma geri çəkilmədim. Daha sonra heç başım çıxmayan balıq işinə girdim. 50 kq-la başladığım balıq ticarətini ayda 50 tona çıxardıq. Həvəskar balıqçılardan okean balığını alıb təyyarə ilə İstanbula göndərirəm. Oradan da restoranlara paylanır. İki il ərzində insanların etibarını qazandım. Onlara nəğd pul verərək ticarətə hazırladım. Oğurluq müvəqqəti "rahatlıq" olsa da, zəhmətlə əldə edilən rahatlığın uzun ömürlü olduğunu göstərməyə çalışdıq. Bu insanların iki cəhətdən bizə ehtiyacı var: Zənginlər paylaşmağı bacarmır, kasıb insanlar da pul qazanmağı. Özlərinə də güvənmirlər. Çətin olsa da, bunları onlara öyrətməyə çalışırıq".
Rəsul Bəy inkişaf təşəbbüsü kimi xarakterizə etdiyimiz məsələnin mahiyyətini bu sözlə çox gözəl izah edir: "Biz burada qazanıb, burada xərcləyirik. Bu insanların etibara və işə ehtiyacları var".
Bu inkişaf təşəbbüsünün uzunömürlü olduğunu və ölkə idarəçiləri tərəfindən rəğbətlə qarşılandığını isə Tanzaniyanın Daxili İşlər Naziri belə vurğulayır: "Bir gün siz buradan getsəniz də, təsiriniz davam edəcək, heç unudulmayacaqsınız".
Vaşinqton Post (Washington Post) qəzetinin redaktoru Raju Narisetti Dünya İqtisadiyyat Forumun təşkilatçılığı ilə 2010-cu ilin may ayında Darussalamda keçirilən "Qlobal Gənc Liderlərin İllik Görüşü"nün "Gələcəyi Şəkilləndirmək" adlı proqramında məruzəçi kimi iştirak edir. Çıxışında gəzdiyi Türk məktəblərinin həmin ölkədə təsirindən danışaraq bütün dünayaya yayılan bu hərəkatın nə qədər əhəmiyyətli olduğunu belə ifadə edir: "Biz hələ də bəşəriyyətin xilası üçün çarə axtarırıq. Ancaq Fəthullah Gülən neçə il əvvəl bunu müəyyən edərək həyata keçirməyə başlayıb".
- tarixində yaradılmışdır.