Məni də baqajınıza almağa unutmayın
Melbourneda "Fəthullah Gülənin Dialoq Vizionu və Müsəlman-Xristian Münasibətləri" adlı konfransda məsələnin dünəni və bu günü barədə bir neçə kəlmə demək istəyirəm.
Avstraliya 1990-cı ildən bəri 19 il içində çox dəyişib. Artıq bu ölkənin yerliləri olan aborigenlərdən üzr istəyiblər. Buna görə də konfransın açılışında bir aborigen xanım hər kəsə "xoş gəldiniz!" dedi.
Açılış çıxışını Avstraliya Katolik Universitetin Rektor müavini professor Qabrielle MkMullen etdi.
Keçmiş əyalət Qubernatoru Sir Ceyms Qabbo təqdimat nitqi söylədi. Əyalət Nazirliyi Çoxkültürlülük Komissiya Rəhbəri Corc Lekakis çıxış etdi.
Avstraliya Mədəniyyətlərarası Dialoq Mərkəzləri Baş Müşaviri Orhan Çiçek çıxışında hər kəsə təşəkkürünü bildirdi.
Professor Tomas Mişelin rəhbərliyi altında ilk iclas başladı... Şəfəqin doğması kimi şahid olduğum yenilikləri, inkişafı ilk çıxış edən natiq olaraq dilə gətirməyə çalışdım. Alim olmamaqla yanaşı inkişafın anlaya bildiyim və görə bildiyim qədər şahidliyini etməyə səy göstərdim.
İkinci çıxış edən professor Daniel A. Madiqan idi. Nostra Aetatenin, yəni Vatikanın 1965-ci ildə deklarasiya etdiyi digər dinlər və xüsusilə, İslamiyyətlə bağlı mövzularda qapalı qalan məsələlər barədə danışdı. "Xristianların digər dinlərlə ilk sistematik və rəsmi dialoq addımını atdığı İkinci Vatikan Konsulunda müsəlmanların dindarlığı və fəzilətləri etiraf edilmiş, ancaq bunun mənbəyi İslamiyyətə və Hz. Məhəmmədə aid edilməyib, sanki, cavabsız bir sual kimi buraxılmışdır," – dedi.
İkinci iclasa professor Qreq Barton rəhbərlik etdi. Bu iclasda H. M. Amin Abullah, professor İsmayıl Albayrak, Filipp Brukmayr və Mehmet Şeker çıxış etdilər.
Amerika, İngiltərə, Almaniya, Avstriya, Türkiyə, İndoneziya və Avstraliyadan olan alimlərdən meydana gələn 25 natiqin iştirak etdiyi iclasın ilk günündə "Gülən Hərəkatı" iştirakçılara geniş təqdim edildi. İkinci günü isə M. Fəthullah Gülən Xoca Əfəndinin: "Din Mənsubları Arası Dialoq" yanaşmasını təqdim edən alimlər onun nəzəri və praktiki olaraq izah etdilər.
Ümumiyyətlə, aşağıdakı mövzular barədə danışıldı:
- Fəthullah Gülən: Qaynaqlar və ənənələr
- Gülən hərəkatı və toplumla aktiv münasibət
- Dialoq perspektivləri
- Fəthullah Gülən və dinlərarası dialoq
- Gülənin fikirləri və Gülən hərəkatı...
İclas əsnasında konfransı izləyən "The Age" qəzetinin müxbiri Barney Zvartz ilə görüşdük...
Təhsil və dialoqla bağlı suallar verən Barney Zvartz hərəkatın fərqli yönlərini təsbit etmək istəyirdi. Onun qələmə aldığı xəbər qəzetdə tam səhifə olaraq çap edildi. Sərlövhəsi də "Fərqli cihad" idi. Bu yazı, sanki, ogünkü (21 İyul 2009) "The Age" qəzetinin birinci səhifədəki xəbərinə bir cavab mahiyyəti daşıyırdı. Çünki burada terror cinayətlərinə dair yeni ağır cəzalardan bəhs edilirdi.
Barney nəticə olaraq: "Bu təhsil və dialoq fəaliyyətləri haraya qədər gedəcək?" – deyə soruşdu... "Hər ölkədə hər kəsə əl uzatmaq... Belə bir məqsədə çatmaq mümkündür? Mümkündür və ya deyil... Topal qarışqadan "Hara gedirsən?" – deyə soruşurlar. "Hicaza, həccə" – deyir. "Bu ayaqlarla?" – deyirlər. "Çata bilməsəm, yolunda ölərəm!.." deyir. Bizim yolumuz da buna bənzəyir," – dedim. Mənə bir baxdı: "Məni də baqajınıza almağa unutmayın," – dedi. Onun bu səmimi sözləri çox şey ifadə edirdi.
- tarixində yaradılmışdır.