İnsanın mayasındakı sevgi
Bolqarıstandakı Tolerantlıq Akademiyasının dəstəyi ilə Mehmet Ömər bəy M. Fəthullah Gülənin "İnsanın Mayasındakı Sevgi" adlı kitabını Bolqar dilinə tərcümə etdi. Bu kitab 2008-ci il sentyabr ayının həftəlik satış hesabatında ən çox satılan kitablar siyahısında ikinci oldu. 2009-cu il 12 mart tarixində kitabın təqdimat mərasimi təşkil olundu.
Bu mərasimdə iştirak edən tanınmış elm və fikir adamları maraqlı çıxışları ilə yadda qaldılar.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu rəhbəri professor Rostislav Rıbakov: "Xristianlıqda qədim bir həqiqət var: "Onları meyvələrindən tanıyacaqsınız," – deyilir. Həqiqi müəllim digər müəllimlərdən belə seçilə bilər. Müəllim olan Güləni də doğrunu deyən, lakin əsl müəllim olmayanlardan belə seçə bilərik. Onları meyvələrindən tanıyacaqsınız. Bu kitab da onun meyvəsidir, lakin sadəcə bu deyil. Eyni zamanda, Türkiyə dəyişir, Bolqarıstan və Rusiya, Qırğızıstan, Qazaxıstan, Moldova, Hindistan da dəyişir. Mən Gülənin təşviqi ilə Hindistanda açılmış məktəblərin təhsil sistemini araşdırdım. Mənim üçün çox maraqlı idi. Təhsil sistemləri ilə, sevgi dolu nəsihətləri ilə, tolerantlığa aparan dialoqla dövlətlər dəyişir, insanlar dəyişir. Bunda da Fəthullah Gülənin böyük rolu var".
Bolqarıstanın eks-prezidenti Jelyu Jelev: "Bu kitab məni mütəmadi olaraq bu fikirlərə, yəni qlobal mədəniyyətin bütün sistemlərinin təşkilində əsas nöqtələri axtarmağa sövq etdi. Ümid edirəm ki, bunu bacaracaq və sağ-salamat bu mədəniyyətə daxil olacağıq".
Təqaüddə olan general professor Stoyan Andreyev: "Mən Hantinqtonun tezisi ilə bağlı baş verənlərə təəssüf edirəm. Hantinqtonun bəhs etdiyi qarşıdurmadan bəşəriyyətin xilas yolunu Fəthullah Gülənin sehirli formulunda tapdım. Fəthullah Gülən: "Görüşüb danışdığımız insanlar Yəhudi, Xristian və ya Müsəlman, kim olur-olsun, bu düşüncə ilə hərəkət edilməli və bizi bir-birimizdən ayıran məsələlərə toxunulmamalı, ortaq xüsuslar üzərində durulmalı və müştərək yönlər araşdırılmalıdır" deyir və bunu tövsiyə edir: "Bundan sonra gördüyümüz və görəcəyimiz hər iş müasir elmlə uyğunlaşmalıdır". Mən bunun tənzimləyici olduğunu və insanlığın dirçəlişi naminə istifadə ediləcəyini düşünürəm".
Bolqarıstan Baş Müftüsü professor Mustafa Aliş Hacı: "Hz. Məhəmməd Əleyhissalam (s.ə.s.) belə buyurur: "Şübhəsiz ki, Allah bu ümmətə hər əsrin başında bir mücəddid göndərərək dini yenidən canlandırar". Qənaətimcə, Allahın (c.c.) sevgi və tolerantlığın müasir dillə izahı üçün, necə davranmağı göstərmək üçün göndərdiyi böyük şəxsiyyətlərdən biri Fəthullah Güləndir".
Vidin Metropoliti Dometian, "Burada çıxış edənlərdən biri: "Bu kitabı oxuyan inanan və inanmayan hər kəs məmnun olacaq" dedi. Mən deyirəm ki: "Əgər bu kitaba inanmayan biri oxusa, o, sevginin, sülhün və tolerantlığın mənbəyi olan Tanrını axtarmaq üçün səmaya yönələcək".
Tədqiqatçı-yazar Enes Ergene: "Mövlananın: "Nə olursan ol, gəl!" deyə ümumbəşəri bir çağırışı var. Ancaq Gülən bunun sahəsini daha da genişlətdi. Gülənə görə sevgi, məhəbbət, eşq: "Nə olursan ol, gəl" deyil: "Nə olursan ol, mən gələrəm" deyir. (...) Bizim dilimizdə "Atəş düşdüyü yeri yandırar" deyə bir söz var. Lakin Fəthullah Gülən bu sözün eqoizm fəlsəfəsindən doğduğu deyir: "Atəş düşdüyü yerlə birlikdə ətrafını da yandırar". Bu nisbətən insanlığa yaxın sözdür. Amma yenə də eqoizmi özündə əks etdirir. Gülən insan anlayışını xülasə edən düşüncə: "Atəş hara düşür-düşsün, əvvəl məni yandırar"dır. Düşünürəm ki, bu ifadəni anlasaq, Gülənin insan, dialoq və tolerantlıq təməllərini anlamış olarıq".
Dünyanın hər yerində olduğu kimi Bolqarıstanda da gözəl bir gerçəyin yavaş-yavaş fərqinə varılır.
- tarixində yaradılmışdır.