Fəthullah Gülən Xocaəfəndi "New York Times"a müsahibə verdi
Amerika mətbuatının Fəthullah Gülənə qarşı marağı gün keçdikcə artır. "The Wall Street Journal"a (WSJ) verdiyi müsahibədən bir həftə sonra ABŞ-ın dünyada tanınan nüfuzlu qəzeti "New York Times" (NYT) Xocaəfəndi haqqında xəbər-müsahibə dərc etdi. Dünən günortadan sonra qəzetin internet səhifəsində dərc olunan xəbərdə "Güləni sevənlər ondan böyük ehtiramla danışır", "Gülən şirin sözlü müsəlman vaiz, yazıçı və müəllimdir" ifadələrinə yer verildi
Georgetown Universitetindən prof. Con L. Espositonun Fəthullah Güləni Tibet Lideri Dalay Lamaya bənzətdiyi yazıda Gülənin sülhə, tolerantlığa, ABŞ-Türkiyə əlaqələrinin gücləndirilməsinə və sərbəst bazar iqtisadiyyatına əhəmiyyət verməsindən söz açıldı. Bununla yanaşı, Gülənin, "Həqiqi İslamda terrora yer yoxdur" bəyanının Qərbi cəsarətləndirdiyini vurğuladı.
"Bir Fəaliyyətə liderlik edən Türkü tənqid edən və qaralayanlar var" başlıqlı yazını qələmə alan Brain Novlton Xocaəfəndinin Pensilvanyada sadə həyat yaşadığını dilə gətirdi.
Fəthullah Güləni Türkiyənin həm ən nüfuzlu, həm də ən çox müzakirə edilən şəxs kimi tanıdan qəzet bütün bunlara baxmayaraq ABŞ-ın sabiq Xarici İşlər Nazirləri Madlen K. Olbrayt və Ceyms A. Beykr kimi şəxslərin Gülənə yaxın qurumların tədbirlərində çıxış etdiyini və Gülənin fəaliyyətini müsbət qiymətləndirdiyini diqqətə çatdırdı.
Türkiyədə Gülənin ifrat milliyyətçi tərəfdarları olduğuna görə tənqid edildiyini bildirən müəllif bu insanların Fəaliyyətin ölkədə mövqeyini gücləndirməsindən narahat olduğunu vurğuladı. "NYT" müxbiri Novlton tənqidçilərin Güləni dünyəvilik əleyhdarı olmaqda ittiham etdiyini bildirərək: "Gülən bir mənada ənənə və müasirliyi birləşdirməyə çalışır" ifadələrinə yer verdi.
Xocaəfəndinin yaşadığı məkanın həm çölünü, həm də içini təsvir edən "NYT" müxbiri bu yerin Güləni və bir ovuc tərəfdarını ziyarət edənlər üçün müasir qonaq evi olduğunu qeyd etdi. Gülənin səhhətində ciddi problemlər olduğunu qeyd edən müəllif onun çox nadir hallarda qaldığı yerdən kənara çıxdığını dilə gətirdi. Gülənin həyatından da qısaca bəhs edən yazı onun 5 yaşında Quranı öyrəndiyini, 14 yaşından vaizlik etdiyini nəzərə çatdırdı.
Müəllif həmçinin Gülənin çoxlu tərəfdarı olduğunu, tərəfdarlarının yavaş-yavaş artdığını media, maliyyə və digər sahələrdə Könüllülər hərəkətinə bağlı bir çox müəssisənin olduğunu qeyd etdi.
Xocaəfəndinin Fəaliyyətin öz adı ilə anılmasından narahat olduğunu bildirən məqalənin yazarı bunu Onun öz dilindən fəaliyyətin arxa planında qalmağa çalışması ilə əlaqələndirdi. Tərəfdarlarının fəaliyyəti ilə bağlı bir suala Gülən: "Məncə, bu Fəaliyyətin "Fəthullah Gülən hərəkəti" adlandırılması yanlışdır, bunu Fəaliyyətə könül verən bir çox insana hörmətsizlik sayıram. Mənim bu Fəaliyyətdə rolum olduqca məhduddur. Burada nə bir liderlik var, nə bir mərkəzdən idarə, nə də bir iyerarxiya," - dedi.
Bu Fəaliyyətin 110 ölkədə mindən çox məktəb açdığını bildirən xəbər belə davam edir: "Bu məktəbləri imkanlı müsəlman iş adamları maliyyələşdirir. Amerikada bu məktəblərdən bir neçəsi var, hətta Birmada belə bir məktəb açılıb. İslam dəyərlərinə sadiqdirlər, amma mədrəsə sistemindən fərqli olaraq müvafiq ölkələrin rəsmi tədris planı əsasında təhsil verirlər, həmçinin müasir elm və texnologiyaya üstünlük verirlər. Təhsilin keyfiyyəti olduqca yüksəkdir və bu məktəblərdə təhsil almaq üçün böyük rəqabət var".
Türkiyədə Gülənə qarşı dəfələrlə məhkəmə iddiası qaldırıldığını, ancaq hər birinin bəraətlə nəticələndiyini bildirən müəllif Gülən Fəaliyyəti haqqında yazılar yazan Utah Universitetinin siyasət elmləri professoru Hakan Yavuzun fikirlərinə də yer verdi: "Məqsədi müdafiəsiz və marjinal insanlara qoruyucu bir dairə meydana gətirmək deyil, əksinə Opus Dei kimi dövlət idarəsini ələ keçirmək və iqtidar olmaqdır" sözlərinə də yer verildi.
Bundan əlavə, Türkiyənin ən müasir təhsil müəssisələrində dərs demiş və müşavirlik vəzifəsində çalışmış Tomas Mişelin isə Fəaliyyət mənsubları haqqında "Yaxşı motivasiyalı, aqil, əyləncəli fanatizmdən, kultdan uzaq insanlar" kimi sözlərini sitat gətirdi.
Fəaliyyət barədə Hyuston Universitetinin əməkdaşı sosioloq Helen Rous Ebaugh da "NYT" qəzetinə fikrini bildirdi. Sosioloq Ebaugh "Bu məktəblər gənclər üçün alternativ təhsil müəssisələridir. Bu məktəblər sayəsində gənc nəsil terrora qoşulmaq məcburiyyətində qalmır," - dedi. Ebaugh "NYT"-ə müsahibəsində İstanbulda, Fatih Universiteti rəhbərliyindən Gülən haqqında eşitdiyi hadisəni danışdı: Səudiyyə Ərəbistanının təklif etdiyi maddi yardımı "Səudiyyə hökuməti dəstək verir" kimi anlaşılar deyə qəbul etmədi.
Xəbərdə Qəzzəyə humanitar yardım aparan gəmilərlə bağlı Gülənin "The Wall Street Journal"da dərc olunan fikirlərini bir daha təsdiq etdiyi bildirildi. Türkiyə hökuməti İsrailin yardım gəmilərinə müdaxiləsini şiddətlə tənqid etdiyi bir dövrdə Gülən səhvi təşkilatçılarda gördü, "hakimiyyətə qarşı çıxmaqdansa" öncədən İsrail rəhbərliyindən icazə alınmalı olduğunu vurğuladı.
Qəzet Gülənin "Türk hökumətinə bəzi "müsbət addımlar"da dəstək verə biləcəyini" bildirərək Onun sözlərini əlavə etdi: "Bu, onlara siyasi məsləhət vermə və ya onların nəzarəti altında hərəkət etmə mənasına gəlmir" dediyini dərc etdi. Gülənin "Dindar və ya dünyəvi heç bir iqtidar Türkiyə həqiqətlərini görməzlikdən gələ bilməz" sözlərinə yer verən müəllif "Dinini yaşayan nə qədər insan var və hər gün məscidlər insanlarla dolub-daşır. Həmçinin hər bir hökumət bütün dini azlıqları - istər Nasturian, istər Protestant, istərsə Yəhudilər olsun - nəzərə almaq məcburiyyətindədir" sözlərini vurğuladı.
Xəbərin sonunda Gülənin "Amerikaya Türkiyə, Əfqanıstan, Pakistan, ya da digər ölkələrdən gələn radikal düşüncəli insanlar tərəfindən narahat edilmədən və onlardan bir zərər görmədən yaşamaq ümidi ilə gəldim. Amerikanın qonağıyam" sözlərinə yer verildi.
- tarixində yaradılmışdır.