"Skovoroda və Gülən: Humanizm ənənəsinin aktuallığı" konfransı
Ukrayna Pedaqoji Elmlər Akademiyası ilə Dialoq Avrasiya Platformasının (DAP) birgə keçirdiyi Ukrayna-Türkiyə fəlsəfə və pedaqoji konfransında Ukraynalı filosof və pedaqoq Grigoriy Skovoroda ilə Fəthullah Gülənin fikirləri "Humanizm ənənəsinin aktuallığı" sərlövhəsi altında müzakirə edildi.
Ukrayna və Türk alimlərinin iştirakı ilə keçirilən konfransda Ukraynanın fəlsəfə və pedaqoji ənənəsi ilə Fəthullah Gülənin təşviq etdiyi könüllülər fəaliyyətini dəyirmi masa ətrafında müqayisəli şəkildə müzakirə edildi.
DAP-ın quruluşu və fəaliyyəti haqqında məlumat verən DAP-ın həmkarı Harun Tokak: "Gülən bizə dünya sülhü naminə müxtəlif din, mədəniyyətə mənsub insanlarla da dialoqun zəruriliyini öyrətdi. Bu tədricən Türkiyədə daha yaxşı aydın oldu," - dedi.
Gülən fəaliyyətinin təhsil anlayışı barədə Harun Tokak: "Məktəblərə diqqətinizi çəkmək istəyirəm. Keçən həftə 120 ölkədən minə yaxın tələbə Türkiyədə idi. Bu uşaqlar 15 gün boyunca Türkiyədə rəqs elədilər, mahnı oxudular, türkülər söylədilər, şeirlər oxudular, əsas da birlikdə yaşamağı Türk cəmiyyətinə nümayiş etdirdilər," - dedi.
Humanizmin müasir mənası "Mədəniyyətlər Arası Dialoq"
Bilkent Universitetinin həmkarı Hilmi Yavuz isə 16-cı əsrdə fərdi humanizmin bu gün aktual olmadığını ifadə etdi. Yavuz: "Bu gün humanizmin müasir mənası "mədəniyyətlər arası dialoq"dur, ki, bu da ancaq təhsil yolu ilə həyata keçə bilər," - dedi.
Ukrayna və Türkiyənin mənəvi rəhbərlərinin adlarının birgə çəkilməsinin əhəmiyyətindən danışan yazıçı və Ukrayna Dünyası Jurnalının direktoru Aleksandr Şokalo: "18-ci əsrdə yaşayan Skovoradanın mənəvi görüşlərinin əskimədiyi kimi, Gülənin müasir dünyadakı mənəvi fəaliyyətləri də əsrlərlə aktuallığını itirməyəcək," - dedi.
Skovorada haqqında elmi araşdırmalar aparan Oksana Burak: "Skovorada insan azadlığı və sevgisini ön plana çəkmişdir. Bu mənada Fəthullah Gülənlə ortaq nöqtəsi çoxdur. Xocaəfəndi də Skovoroda kimi heç bir siyasi cərəyana qatılmamışdır. Skovorodaya da bir çox vəzifə, məqam-mənsəb təklif edilmişdir, lakin o buna etiraz etmişdir. Hətta vəsiyyət etdiyi kimi, qəbirdaşına "dünya arxamca qaçdı, amma məni ovlaya bilmədi" yazılmışdır. Ondan yalnız bir neçə xirqə və insanlara hədiyyə etdiyi yüksək fikirləri qaldı," - dedi.
Alimlər konfransda Ukrayna və Türk mədəniyyətində humanizm ənənəsi, Grigoriy Skovorodanın praktik təhsil və fəlsəfəsində humanizmin təməlini meydana gətirən "mənəviyyatla insanın ikinci doğumu", qlobal şəraitdə ənənəvi dəyərlərin mənəvi ölçüləri, xalqların birgə inkişaf yolları və mədəniyyətlər arası dialoq mövzuları müzakirə edildi.
Pedagoji məruzələrin oxunduğu ikinci iclasda isə pedaqoji ənənəsi, tərbiyə sənəti - pedaqoji, Gülən təliminin təhsil sistemi və şəxsiyyətin formalaşmasında bilavasitə əxlaqi model kimi müəllim mövzuları müzakirə edildi. (Yunus Erdoğdu)
- tarixində yaradılmışdır.