Dünya Xocaəfəndidən danışır
Fəthullah Gülən Xocaəfəndinin sülh və dialoq çağırışı dünyada əks-səda doğurur. Avropa bu böyük fikir adamını daha yaxından tanımaq istəyir.
Bir çox türkiyəli tədqiqatçı alimə görə, Gülən İslam Dünyasını digər dünya ölkələri ilə uzlaşdıra biləcək bir ümid işığıdır. Gülən İstanbulda Bosniya müharibəsində zərər çəkmiş uşaqlara yardım üçün beynəlxalq futbol oyununun keçirilməsinə zəmin hazırlamış, oyunu Maradona ilə birlikdə izləmişdir. Oyundan əldə edilən gəlirlə gülləbaran olunmuş Saraybosnada bosniyalı və serbiyalı uşaqlar üçün müştərək məktəb açıldı. 1998-ci ildə Gülən ilk dəfə bir Türk din adamı kimi Papa ilə görüşərək dinlərarası dialoqun əhəmiyyətini ortaya qoydu.
Almaniyanın ən çox tirajlı qəzetlərindən biri olan “SÜDDEUTSCHE ZEİTUNG”də Timofey Neshitovun ABŞ-da Fəthullah Gülən Xocaəfəndidən aldığı müsahibə dərc olundu.
Gülən müsəlman dünyasının hazırkı vəziyyətinə görə dərindən utanc duyur. İslam adının terror və cəhalətlə birlikdə çəkilməsi ona əzab verir. Bu problemin ilk növbədə təhsillə həll olunacağına inanır. Dolayısilə, Allah rizasını qazanmaq cənnət üçün savab yığmaq deyil, əksər müsəlmanın biganə qaldığı bir vəzifəni çiyinə götürməkdir.
Neshitov məqaləsində Xocaəfəndinin təhsil anlayışını təqdir edir.
Gülən bir çox süni təzadları aradan qaldırır. Dindardır, ancaq təbiət elmlərinə böyük əhəmiyyət verir: “Riyaziyyatı, fizikanı anlamayan insan Quranı da anlaya bilməz," – deyir. Osmanlı mədəniyyətinə çox bağlıdır, ancaq kosmopolit davranır.
Neshitov böyük maraqla qarşılanan müsahibəsində bəzi suallara cavab da axtarır.
Anadoluda kiçik sahibkar niyə gəlirinin otuz faizini Taylanddakı Türk məktəbinə bağışlayır, bir Boğaziçi Universiteti məzunu niyə Bostonda magistratura oxumağı qoyub Ulan-Batora gedərək monqol uşaqlarına dərs verir? Gülən “Allah rizası üçün” – deyir.
Timofey “Dünyada elə bir şeyə sahib olmaq istəmirəm ki, özümlə məzara aparım” deyən Fəthullah Gülən Xocaəfəndinin təvazökar xarakterinə də diqqət çəkir.
Fəthullah Gülən əsla məşhur olmaq, böyük adam olmaq... istəmir. Dünyanın hər tərəfində milyonlarla Türkün hər həftə internetdən yükləyib dinlədiyi söhbətlərində təvazökarlığın üstünlüyünü, fəzilətini vurğulayır. “Hər saniyəni Allah tərəfindən görülmə şüuru ilə yaşamaq lazımdır” – deyir... Allah qarşısında hər kəs kiçikdir, özünü böyük görəni Allah kiçildər. Gülən içəri girəndə kimsə ayağa qalxsa, taraşlı (təmiz) üzünə narahatçılıq ifadəsi qonur.
- tarixində yaradılmışdır.