Gülən Fəaliyyəti antropoloqun gözü ilə
Nyu York Universiteti Dini Araşdırmalar kafedrasının alimlərindən prof. Ceremi Valton "Gazeteciler ve Yazarlar Vakfı"nın keçirdiyi tədbirdə "Antropoloqun gözü ilə Gülən Fəaliyyətinin sivil quruluşu" mövzusunda çıxış etdi. 23 iyul tarixində Vəqfin Altunizadədə yerləşən mərkəzi binasında baş tutan tədbir səmimi münasibətlər fonunda keçdi. Çikaqo Universitetinin antropologiya üzrə doktoranturasını bitirən Valton Gülən Fəaliyyəti haqqında araşdırma apararkən üç əsas mövzunu tədqiq etdi:
- İlahiyyat prinsipləri
- Təşkilatın quruluşu
- Estetik dəyərlər
Valton çıxışında ilk öncə Fəthullah Gülən Fəaliyyətinin dini təməllərindən bəhs etdi. Valtona görə, "Gülən Fəaliyyəti nə bir təriqət, nə də fiqhi axındır. Hər nə qədər təsəvvüfi əsərləri olsa da, Fəthullah Gülən klassik mənada bir təriqət şeyxi deyil. Gülən həmçinin ənənəvi mənada yalnız fiqhi doktrinasına da malik deyil".
Ceremy Valton Gülən Fəaliyyətini "fərdilik", "əqlilik" və "bilavasitə Qurana istinad" kimi üç təməl prinsip ətrafında şərh etdi. Valtona görə "Yazılarından da gördüyümüz kimi Fəthullah Gülən təsəvvüf və fiqhdən istifadə edərək bu günə xitab edir. Təşkilatçılıq baxımdan Gülən Fəaliyyəti siyasi bir təşkilat deyil, tam əksinə sivildir. Fəaliyyət könüllülük əsasında işlədiyinə görə, onu müasir sivil qurum hesab etmək zəruridir".
Valton yüzdən çox ölkədə fəaliyyət göstərən Türk məktəblərinə işarə edərək Fəthullah Gülən Fəaliyyətinin kosmopolit quruluşuna da diqqət çəkdi.
Çıxışında dialoq fəaliyyətlərinə də təmas edən prof. Valton Gülən Fəaliyyətinin "Osmanlı millət" sistemi ilə bənzərlik təşkil etdiyini ifadə etdi. Konfrans salonunun da buna əsas verdiyini ifadə edərək Osmanlı mədəniyyətinin bir məhsulu olan divanların hər kəsə eyni səviyyədən baxmağa imkanı verdiyini söylədi. Valton bu oturuşun üstünlük hislərinə qalib k əhəmiyyətli rol oynadığını söylədi.
Prof. Ceremy Valton çıxışını "Gülən Fəaliyyəti ənənə ilə müasirliyin imtizacının (sintezinin) gözəl bir nümunəsidir. Həm keçmişə, həm də gələcəyə baxan Gülən Fəaliyyəti dünyada artıq yeni bir təşəkküldür" sözləri ilə bitirdi.
İştirakçıların da fəallığı konfransa ayrı bir ab-hava qatdı. Fəaliyyətin adlandırması mövzusunda ona "camaat", "sivil toplum təşkilatı", "xidmət" kimi adların verilməsindən bəhs edildi və adlandırmanın baxılan mövqedən asılı olaraq dəyişdiyi və zamanla başqa adların da verilə biləcəyi bildirildi.
- tarixində yaradılmışdır.