Gənc, dindar, savadlı və içtimaiyyətçi...
Türk mütəşəbbislərin açdığı məktəblərin uğurları artdıqca Alman ziyalı və siyasətçilərin Gülən hərəkatına və Fəthullah Gülənin fikirlərinə marağı çoxalır. FID Berlin Dialoq Mərkəzi və Protestant Akademiyasının təşkil etdiyi üç günlük konfransda hərəkatın təhsil anlayışı müzakirə edildi. Godel: “Mən də övladlarımı Gülən məktəblərində oxutdurardım, çünki onların fərqli mədəniyyətlərlə tanış olmasını istəyirəm”.
Berlində Fəthullah Gülən Xocaəfəndinin fikirləri və Türk təhsil müəssisələrinin müzakirə edildiyi “Mənəviyyat və Təhsil” adlı üç günlük konfrans keçirildi. Berlin Protestant Akademiyası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (FİD Berlin) təşkil etdiyi konfransa yüzə yaxın elm adamı, sosioloq, pedaqoq, politoloq və qəzetçi iştirak etdi. Wannsee Gölü sahilində yerləşən qalada keçirilən konfrans böyük maraqla qarşılandı. Alman iştirakçılar Fəthullah Gülən Xocaəfəndinin din, dialoq, təhsil və s. mövzulardakı düşüncələri haqqında çox sayda sual verdilər.
Konfransın təşkilatçılarından Alman Protestant Akademiyası Dialoq üzrə məsul şəxsi prof. Erika Godel Gülən hərəkatı mənsublarının əsas xüsusiyyəti “insana xidmət etmək Yaradana xitmətdir” anlayışıdır dedi. Godel bu anlayışın dialoq və təhsil fəaliyyətlərinə də əks olunduğunu ifadə edərək: “Müasir dünyada olduğu kimi, keçmişdə də bəzi din adamları və həyatını Yaradana həsr etmiş inanclı şəxslər təhsilə önəm vermişdir” –dedi. Godel: “Almanya təhsil sistemində problemlərin çoxaldığı və bunun xüsusilə müsəlman uşaqların mənfi yöndə təsir etdiyi bir dövrdə Gülən hərəkatının ölkəmizdəki fəaliyyəti inteqrasiyaya zəmin hazırladı. Dindarlıq müasirliyə zidd deyil. Bunu Gülən hərəkatında görmək mümkündür. Hərəkatın təhsil, dialoq, iqtisadi və media fəaliyyətləri inteqrasiyaya təşviq edir,” – dedi. Onun: “Bu insanlar Quran oxuyurlar, ibadət edirlər, insanları sülhə çağırırlar. Daha nə istəyirik” ifadələri isə alqışla qarşılandı. Godel konfransdan müəyyən dairələrdən: “Bunlarla iş görməyin, kim olduqlarını bilirsinizmi?” kimi etiraz emailləri aldığını və onlara belə cavab verdiyini bildirdi: “Bəli, mən Gülən hərəkatının məqsədini çox yaxşı bilirəm. Fəthullah Gülənin fəxri rəhbəri olduğu FİD Berlinlə Türkiyəyə getdim, Gülənin fikirlərini də kitablarından öyrəndim”.
“Övladlarımı Gülən məktəblərinə mən də verərdim”
Gülən hərəkatına mənsub inanclı insanlara çox ehtiyac olduğunu deyən prof. Erika Godel ölkənin azad demokratik quruluşuna birlikdə sahib çıxmağın böyük əhəmiyyət kəsb etdiyini bildirərək xristian və müsəlmanların bir-birindən öyrənəcəyi çox şey olduğunu vurğuladı. Godel konfarns əsnasında verilən suala isə bu sözləri əlavə etdi: “Mən də övladlarımı Gülən məktəblərində oxutdurardım, çünki onların fərqli mədəniyyətlərlə tanış olmasını istəyirəm,” – dedi. FİD Berlin Rəhbəri Ercan Karakoyunu “nümunəvi immiqrant” adlandıran Godel Gülən hərəkatı mənsublarına təriflər ünvanladı.
Karakoyun isə Fəthullah Gülən Xocaəfəndi ilə Protestant mütəfəkkir August Hermann Franckenin (1633-1727) fikirlərini müqayisə edərək hər iki mütəfəkkirin həyatından söhbət açdı. Gülən və Franckenin insanları maarifləndirmək üçün verdiyi mübarizə və göstərdikləri fədakarlıqdan bəhs edərək: “Hər ikisi də Allaha təvəkkül edərək ömrünü insanlara həsr etmişdir,” – dedi. Franckenin açdığı məktəblərdən bəhs edərkən: “Bu məktəblərdə yüzlərlə yetim uşağın təhsil alması mənim müvəffəqiyyətim deyil. Bu Yaradanın köməyi ilə olur” dediyini xatırladan Karakoyun Fəthullah Gülən Xocaəfəndinin də: “Allah rizasını qazanmaq üçün görülən işləri insanlara şamil etmək doğru deyil, bu ixlası zədələyə bilər. Hər müvəffəqiyyəti Allahdan bilmək bizim düsturumuzdur” deyərək təvazökarlığa təşviq etdiyini vurğuladı. Karakoyunun konfransın sonunda dediyi: ““Mövlana gəl, gəl, nə olursan, gəl. İstər kafir, istər məcusi, istər putpərəst yenə gəl” nidaları ilə hər kəsi dialoqa dəvət edir. Fəthullah Gülən Xocaəfəndi isə: “Dayan, dayan, nə olursan, ol olduğun yerdə dayan. Mən sənin yanına gəlim” deyir” sözləri alqışlandı.
“Xocaəfəndi İslamda islaat aparmır”
Baden-Werttmberg Əyaləti Baş Nazir müşaviri din alimi prof. Michael Blume isə çıxışında Francke ilə Gülənin fikirlərini inanc və təhsil aspektindən yanaşmaq lazım olduğunu bildirərək dindarlıq, maarifləndirilmiş cəmiyyət və uşaqlara məsuliyyətlə yanaşma kimi təməl əsasların mühüm prinsip olduğunu dilə gətirdi. “Aşağı təbəqədən yüksələn hərəkatları tarixdə olduğu kimi, bu gün də elitarlar ləkələməyə çalışır” deyən Blume Türkiyə mənşəli Gülən hərəkatının da xalqa məxsus olduğunu və dindarlıqla elitarlığı birləşdirdiyini nəzərə verdi. Güləndə mənəviyyatın əsas olduğunu, şüurlu müsəlmanın vəzifəsi özünü insanlara həsr etmək olduğunu xatırladan Blume bu mühüm təsbitini də dilə gətirdi: “Bəziləri Fəthullah Güləni Calvinlə müqayisə edir. Halbuki Gülənin yeni bir ideologiyası yoxdur və iddia edildiyi kimi İslamda islahat aparmır”.
Blume həmçinin: “Franckedə olduğu kimi Gülən hərəkatında da maddi-mənəvi fəkarlıq əsas yer tutur. Ancaq Franckedə əsas məqsəd missionerlik olduğu halda Güləndə dialoq, insanları olduğu kimi qəbul etmək və ümumbəşəri dəyərlər ön plandadır,” – dedi.
Stuttgart BİL Təhsil Müəssisələrinin Baş Katibi Muammer Akın isə oxuduğu məruzədə həyata keçirdikləri təhsil layihələri ilə Almanyada mövcud olan “Türk immiqrantlar təhsilə əhəmiyyət vermir” düşüncəsini yıxdığını ifadə edərək məktəb-ailə işbirliyi ilə təhsil problemlərinə praqmatik həll yolları tapdıqlarını bildirdi. Fəthullah Gülən Xocaəfəndinin məktəb açma düşüncəsinin məqsədəuyğun olması bu gün daha yaxşı anlaşıldığını deyən Akın tələbələrin məzun olub cəmiyyətdə yüksək yerlərə gələ bilmələri üçün böyük fədakarlıqlar göstərildiyindən danışdı. İmmiqrant gənclərdə Alman dili bilmə problemləri olduğunu da qeyd edən Akın dilə öyrənmə yeksək səviyyədə təşviq edilmədiyi təqdirdə gələcəkdə daha böyük problemlər yaşanacağını bildirdi. Türk mütəşəbbislərin açdıqları məktəblərin qapıları Alman uşaqlarına da açıq olduğunu xatırladaraq: “Gülən hərəkatı dinamik, özünü yeniləyən hərəkatıdır” deyən Akın Gülənin təhsil konsepsiyasında plüralizm və ümumbəşərilik olduğunu və təhsil bu əsaslar üzərində qurulduğunu bildirdi.
“Gülən məktəbləri markadır”
Xristian din alimi prof. Johann Hafner Gülən hərəkatına bağlı məktəblərdə Fəthullah Gülənin fikirləri əsasında dialoq, tolerantlıq, hər kəsi olduğu kimi qəbul etmək kimi dəyərlərin öyrətildiyini və: “Gülən hərəkatına bağlı məktəb marka məktəb deməkdir. Mən şəxsən İstanbul və Qahirədə fəaliyyət göstərən məktəbləri gördüm. Hər ikisi də həmin bölgənin ən yaxşı məktəbləridir,” – dedi. Hafner həmçinin hər kəs uşağını özəl məktəbə göndərməsi normal hal olduğunu ifadə edərək üç uşağını da fərqli-fərqli Protestant və Katolik məktəblərinə verdiyini dilə gətirdi.
Fəlsəfə üzrə mütəxəssis prof. Kristian Junga məşhur mütəfəkkir Alexander von Humboldtun həyatından bəhs edərək dindarlıq və təhsilinin bir-birinə bağlı olduğunu və: “Bir insanı təhsilə yönəldən əsas amil mühakimədir. İnsan hislərini əqli ilə dəstəkləməlidir” dedi. “Zaman” qəzeti paytaxt müxbiri və köşə yazarı Süleyman Bağ isə Gülən hərəkatının media fəaliyyətindən örnəklər verərək təhsil və dialoqun mediaya da əks etdirildiyini bildirdi. Bağ: “İğtişaş xəbərlərinin əvəzində çözüm axtaran və ictimai sülhə çağıran xəbər anlayışımız var” dedi. Konfransda həmçinin prof. Klaus Möllering və Erhadr Brunn da media və təhsil mövzuda məruzə oxudular. Konfransın bir panelində isə uşaqları Tüdesb Təhsil Müəssisələrinə göndərən valideynlərə də yer verildi. Konfransda vəkil Belgin Akgül və bilgisayar mühəndisi Özcan Yıldız da iştirak edərək övladlarını Gülən məktəblərinə göndərmə səbəbini izah etdilər. (Oktay Yaman)
- tarixində yaradılmışdır.