Gülən hərəkatının təhsil anlayışı müzakirə olunur
Almanyada Fəthullah Gülənin fikirlərindən ilham alan türk immiqrantların həyata keçirdiyi təhsil və dialoq fəaliyyətlərinin gündən-günə böyüməsi bu hərəkata olan marağı artırır. Keçən il 25-26 mayda Berlinə yaxın Potsdam şəhərində Mədəniyyətlərarası Dialoq Mərkəzinin (FID Berlin) təşəbbüsü ilə təşkil edilən "Ənənə və müasirlik arasında müsəlmanlar-mədəniyyətlərarası körpü – Gülən Hərəkatı" adlı beynəlxalq konfrans ictimaiyyətdə geniş əks-səda doğurdu. Növbəti konfransda isə Gülən hərəkatının təhsil anlayışı müzakirə ediləcək.
5-7 mart tarixləri arasında FID Berlin ilə Berlin Protestant Akademiyasının müştərək təşkil edəcəyi "Mənəviyyat və təhsil" adlı konfransda təqribən 100 elm xadimi, pedaqoq, sosioloq, politoloq və jurnalist iştirak edəcək. Konfrans Wannsee Gölü sahilində yerləşən tarixi qalada keçiriləcək. Bu üç günlük konfrans müddətində iştirakçıların eyni məkanı bölüşməsi və bir-birinə qaynayıb-qarışması təmin ediləcək.
Konfransın təşkilatçılarından FID-in Berlin şöbəsinin Başçısı Sosioloq Ercan Karakoyun: "Almaniyada Türk təşəbbüskarlar tərəfindən açılan məktəblərin müvəffəqiyyəti artdıqca Alman ziyalıları və siyasətçilərinin Gülən hərəkatına və Fəthullah Gülənin fikirlərinə marağı da artdı. Bu konfransda Gülən hərəkatının təhsil sistemi Alman alimləri ilə müzakirə ediləcək, mövcud məktəblərdəki təhsil ilə digər məktəblər arasındakı fərqdən danışılacaq," – dedi.
Karakoyun qeyd etdi ki, bu konfransda həmçinin din, dil, irqi ayrı-seçkiliyi etmədən ümumibəşəri dəyərlərə toxunulacaq: "Məqsədimiz hər kəsi öz mövqeyində qəbul edərək, ortaq məxrəclərdə birləşib yaşadığımız ölkəyə faydalı olmaqdır". Berlin Protestant Akademiyasının Rəhbəri prof. Erika Godel isə: "Gülən hərəkatına mənsubların əsas xüsusiyyəti insana xidmət etməyi Yaradana xidmət olaraq qəbul etmələridir. Bu anlayış təhsil fəaliyyətlərində də biruzə verir," – dedi.
- tarixində yaradılmışdır.