Alman "Die Zeit" qəzeti Türk məktəbləri haqqında
Almaniyanın tanınımış qəzetlərindən həftəlik "Die Zeit" qəzetinin cümə axşamı buraxılışında Berlindəki Türk təşəbbüskarlar tərəfindən açılan TÜDESB təhsil müsəssiələri ilə əlaqədar Fəthullah Gülən və Gülənin adı ilə xatırlanan təhsil hərəkatından bəhs etdi.
500 min tirajı ilə Alman ictimai fikrin formalaşmasında ən təsirli qəzetlərdən biri sayılan liberal yönümlü “Die Zeit” Berlin TÜDESB liseyindən bəhs edən ətraflı araşdırmaya və üç böyük fotoşəkilə tam səhifə yer ayırdı. Məqalənin müəllifi yazıçı-jurnalist Martin Spievak Fəthullah Gülənin Berlin və Almaniyanın başqa şəhərlərində fəaliyyət göstərən özəl məktəblərin ilham qaynağı olmasından söz açır, onu dünya miqyasında milyonlarla Müsəlmana istiqamət verən vaiz və fikir adamı kimi tanıdır.
Xəbərin "Allahın çalışqan qulları" kiçik başlığında bu İslami hərəkatın dünya çapında həyata keçirdiyi fəaliyyətlər çərçivəsində Almaniyada da məktəblər qurmasından danışılır. Müəllif F.Gülənin təhsil fəaliyyətlərini İslamın açar anlayışı kimi təşviq etdiyini, Türklərin məhz bu təşviqlə dünyanın hər yerində liseylər, təhsil mərkəzləri açdığını dilə gətirir. Müsəlman imzası daşıyan kütləvi bir fenomenin başlanğıcını meydana gətirən Gülənin Almaniyada hələ kifayət qədər tanınmadığını vurğulayır.
Yazısı üçün TÜDESB liseyi müdiri Sabrina Leberecht və məktəblərin koordinatoru İrfan Qumru ilə görüşən Martın Spievak məqaləsində məktəb sponsorlarından iş adamı Kamil Qan və şagirdlər üzrə təmsilçi Seynab Sarrisin məktəb haqqında düşüncələrinə yer verir. Həmiçinin yazır ki, Körpələr evi, ibtidai məktəb və təhsil mərkəzləri olan TÜDESB lisey açmaq istəyəndə hərəkata şübhə ilə yanaşanlar Berlin Senatına məktub göndərib Konstitusiyanı Qoruma Qurumuna müraciət etmiş, lakin ittihamların heç biri təsdiqini tapmamaşdı.
Məqalə yazır ki, hərəkata mənsub gənc nəsil F.Güləni Alman ictimaiyyətinə daha yaxından tanıtmaq məqsədilə Potsdam Universiteti ilə birgə onun fikirləri və əsərləri haqqında böyük bir elmi konfrans təşkil etdi. Berlinli Yəhudi xaxamların müəllimi Walter Homolkanın konqresdə iştirakını vurğulayan Spievak “qərəzli” nəzəriyyələr tərəfindən hərəkatın qapalı qurum olması ilə bağlı irəli sürülən iddianın yanlış olduğunu Berlin Humboldt Universitetinin bir araşdırması ilə isbat edir. Belə ki, universitet tələbəsi Kristina Dohrn diplom işini Gülən hərəkatına mənsub universitet tələbələrinin qaldığı yataqxanalar haqqında yazırmış. Xəbərdə bir müddət bu yataqxanalarda qalmış Qırğız universitet məzunu Dastan Jalilovun Qırğızıstandan Almaniyaya macərasından da bəhs edilir. .
1999-cu ildən bəri Die Zeit qəzetində işləyən jurnalist Martın Spievak daha çox təhsil mövzularında araşdırmaları ilə tanınır. Die Zeit qəzetinin paytaxt Berlin bürosunda çalışan Spievak Təhsil-Bilgi səhifələrinin redaktorluğu çərçivəsində təhsil, elmi araşdırmalar və elm dünyası haqqında yazılar dərc etdirir. (Gökhan Kiçik)
- tarixində yaradılmışdır.