"Gülənin gördüyü röyaları görürəm"
İki okeanı birləşdirən Ümid Burnu Fəthullah Gülənin təşviqi ilə bütün dünyaya sülh bəxş etməyə çalışan "Könüllülər"lər irqçiliyin təfriqə saldığı Cənubi Afrika xalqını bir masa ətrafında topladı. 2010 Dünya Kuboku qarşılaşmasının keçiriləcəyi Keyp Taun şəhərinin məşhur Vestin Grand otelində təşkil edilən konfransın mövzusu "Gülən Hərəkətinin fikir və fəaliyyətinin Cənubi Afrika xalqının uzlaşmasına potensial töhfəsi" idi.
Fəthullah Gülənin dialoq fəlsəfəsini Amerika, Avropa və Asiyadan sonra indi də Afrika ziyalı və mütəfəkkirləri müzakirə edir. Əsrlərlə Qərbin istismar etdiyi qara qitə artıq "ağ adam"la birlikdə qlobal sülh üçün həll yolları axtarır.
Nobel Sülh Mükafatı laureatı əfsanəvi lider Nelson Mandelanın 1994-cü ildə iqtidara gəldikdən sonra həyata keçirilən ilk demokratik seçkilər irqçi rejimə son qoysa da hələ də ictimai uzlaşmanın tam şəkildə təmin olunmadığı Cənubi Afrikada Gülən konfransına müxtəlif irq və dinlərdən alimlər, siyasətçilər, universitet nümayəndələri, din adamları, idarəçilər, tələbələr iştirak etdi.
Konfransın təşkilatçısı Turkuaz Harmoniya İnstitutunun Keyp Taun Direktoru Halil Yurtsever açılış çıxışında "Hər nə qədər Türkiyədə dünyaya gəlsə də ümumbəşəri məsələlərə həll yolları axtaran “Könüllülər” artıq beynəlxalq mahiyyət daşıyır. Hazırda Fəthullah Gülənin fikirləri, əsərləri min illərdir sənətdə, ədəbiyyatda, düşüncədə, elmdə fətrət dövrü keçirən İslam dünyasının yenidən dirilməsinə rəhbərlik edir," – dedi. Halil Yurtsever bu konfransda Gülənin Qərblə Şərqin uzlaşması, ümumbəşəri təhsil sistemi, dinlər və mədəniyyətlərarası dialoq, dinlə elmin ittifaqı, iqtisadiyyat, demokratiya kimi məsələlərə baxışı müzakirə ediləcəyini bildirdi.
Açılış çıxışını Vestern Keyp Əyaləti Sabiq Baş Nazir, Millət Vəkili İbrahim Rəsul etdi. Konfransda prof. İsmayıl Albayrak "Gülən perspektivindən cihad və terror anlayışları" adlı məruzəsini oxudu. Ədliyyə Nazir Müavini Coni H. de Lanc isə vəzifədə olduğu “Cənubi Afrika Milli Uzlaşma və Xalq Binası Proyekti”ndən bəhs edərkən könüllülərin başlatdığı "Xidmət"in ölkə problemlərinin həllində nümunə ola biləcəyini bildirdi.
"Könüllülərlə ictimai uzlaşma təmin onuna bilər"
Vatikan Katolik Kilsəsinə bağlı St Avgustin Kollec Rektoru Maykl van Hirdəndə isə "Sevgi və tolerantlığın xülasəsi" adlı bir məruzə ilə çıxış etdi. Konfransın sual-cavab hissəsindən sonra prof. Niyazi Öktenin "Dinlər və mədəniyyətlərarası dialoqun zəruriliyi və Gülənin mütəşəbbisliyi" adlı araşdırma yazısı oxundu. Prof. Stanli Ricenin "Fəthullah Gülənin dünya təhsil sisteminə töhfəsi" ilə Rahib Mişelsonun "Bağışlama, tolerantlıq və dialoq" adlı məqalələri oxunduqdan sonra nahar yeməyi yeyildi.
Ədliyyə Naziri Müavinə Coni H. de Lanc “könüllülərin” başlatdığı "Xidmət"in irqçi rejim dağılandan sonra ölkənin ən böyük məsələsi olan ictimai uzlaşma üçün Cənubi Afrikaya nümunəvi yol göstərdiyini bildirdi. Lanc CHA-ya verdiyi müsahibədə: "Cənubi Afrikada irqçi rejiminin dağılması böyük uğurdur, ancaq problemlər hələ də var. Uzun illər irqçi rejimlə bir-birinə düşmən olan xaqı uzlaşdırma məsələsi ən böyük problemimizdir. Əlbəttə bizə demokratiya hazır həll yolları göstərmədi. Mən "Könüllülər"nin ictimai uzlaşma baxımından bizə mühüm həll yolları göstərdiyinə inanıram. Hökumətin əsas mövzusu olan "ictimai uzlaşma və yeni xalq" proyektini həyata keçirmək üçün "Konüllürlər"ə bənzər bir qeyri-hökümət təşkilatı quraraq birgəyaşama yollarını axtarmaq hər Cənubi Afrikalının vətəndaşlıq borcudur."
"Gülənin gördüyü röyaları görürəm"
Rahib M. G. Mişelson isə çıxışında "Gülənin gördüyü röyaları görürəm; varlı ilə kasıb arasında ayrı-seçkiliyin olmadığı, qarşıdurmaların bitdiyi, Şərqlə Qərbin barıştığı, mədəniyyətlərin bir-birini qucaqladığı, insana insan olduğu üçün dəyər verildiyi bir dünyanın röyasını görürəm" dedi. Mişelson: "Ortaq dəyərlər fikri çox təqdirəlayiqdir. Ortaq dəyərlərimiz varmı? Bəli, var və həddindən artıq çoxdur. Dəyərlərimizin 99% eynidir. Bir Katolik yoldaşım məndən soruşdu ki: "Sənin müsəlmanlarla ortaq nəyin ola bilər?" Ona dedim: "Çox şeyim, lap çox şeyim. Eyni Yaradana inanmırıq? Eyni kainatda, planetdə yaşayırıq, insanıq, ruhumuz bədənəmiz var, ümidlərimiz, qorxularımız eynidir" dediyini bildirdi. (Türkmen Terzi)
- tarixində yaradılmışdır.