Özal son səfərini Türk məktəblərinə həsr etmişdi
Ölkə başçısı olanda Orta Asiya və Balkan yarımadasındakı Türk məktəblərinin qarşılaşdığı əngəlləri qaldırmaq üçün səfərbər oldu. Vəfatından əvvəl həyata keçirdiyi axırıncı iki səfərin də əsas məqsədi bu məktəblər idi. Turqut Özalın Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndiyə baxışı bu cür idi.
“Dostum, mən sizin üçün, bu məktəblər üçün gedirəm. Getmirsinizsə, mən də getmirəm.” Türkiyənin səkkizinci Prezidenti mərhum Turqut Özal 1993-cü ilin yazında əvvəlcə Balkan yarmadasına, daha sonra Orta Asiyaya səfər etmişdi. Orta Asiya səfərinə qatılmaq istəməyən bir nəfərə zəng edərək onu qınamışdı. Özal Balkan yarmadasındakı ilk Türk məktəbi olan Mehmet Akif kollecini (Albaniya) açılışını etmiş və bu hadisə onu çox sevindirmişdi. Həkimlərin və yaxın çevrəsinin xəbərdarlıqlarına baxmayaraq aprel ayının 3-də Türk dövlətlərinə səfər etmişdi. Səfərdə onunla birgə böyük bir heyət də vardı. Bu, Özalın sonuncu səfəri oldu. Aprel ayının 15-də ölkəsinə qayıtdı və 17 aprel 1993-cü ildə həyata vida etdi. Bəs mərhum Prezident bu səfərə niyə çıxmışdı? Baş nazir Ərdoğanın “xaşxaşi”, “ur”, “təşkilat”, “virus” deyərək bitirmək istədiyi Hizmət hərəkatına və Türk məktəblərinə baxışı necə idi?
Hizmət hərəkatı Fəthullah Gülən Xocaəfəndinin təşviqi ilə 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqilliyik əldə edən Türk dövlətlərində tədris ocaqları açmaq üçün səfərbər olmuşdu. Turqut Özal da Soyuq müharibənin sona çatması ilə başlayan bu yeni dövrü Türkiyənin önünü açmaq üçün yüz ildə bir gələn fürsət kimi görürdü. Balkan yarımadasından Çin səddinə qədər Türk dilinin hakim olacağını deyirdi. Türk məktəblərinin açılması üçün ölkə başçılarına məktublar göndərsə də, bəzi əngəllər aşıla bilmirdi. Xüsusən, Türkiyədən bəzi mənfi məlumatlar o ölkələrin idarəçilərinə göndərilir və məktəblərin önü kəsilməyə çalışılırdı. Özal bu tədris ocaqlarına öz məktəbləri kimi sahib çıxdı. Türkiyənin gələcəyi üçün həyati əhəmiyyət daşıyan bu müəssisələrə tez vaxtda kömək göstərmək istəyirdi. Ölkə başçıları ilə görüşərək əngəlləri aradan qaldırmağa çalışırdı.
“Bax, bizim əsl xislətimiz budur”
Turqut Özal Balkan yarımadası və orta Asiya səfəri çərçivəsində getdiyi bütün ölkələrdə təməl atma tədbirlərində iştirak etdi. Bəzi məktəblərin təməlini özü atdı. Heyət üzvləri yorulub bitab düşdülər. “Zaman” qəzetinin baş redaktoru Xalid Əsəndir hər iki səfərdə də iştirak etmişdi. Bəs bu ziyarətlərdə nələr baş verdi?
Fevral ayının 22-də başlayan Balkan səfərində ilk ziyarət edilən ölkə Bolqarıstan idi. Ölkə prezidenti Jivkov Sofiyada çap olunan “Zaman Bolqarıstan” qəzetini göstərəndə bu Özalı çox məmnun etmişdi. Mərhum president Jivkova: “Bolqar və Türk dilində çap olunan “Zaman” qəzetilə iki ölkə arasında dostluq körpüləri qurur”, - demişdi.
İkinci ünvan Makedoniya idi. Üskübdəki rəsmi görüşlərdən sonra Ohri şəhərindəki tarixi yerləri gəzdi. Gəzintiyə iki kilsə ziyarəti də salınmışdı. Halbuki Üskübdə görülməli tarixi məscidlər və Yəhya Kamal Bayatlının doğulduğu ev də vardı. Albaniya səfərində də buna oxşar dəyişiklik edilmişdi. Tiranadakı cümə namazı və Türk məktəbi ziyarəti proqramı təhlükəsizlik səbəbilə ləğv edilmişdi. Halbuki Balkan səfərində ən böyük məqsəd Turqut Özalın Tiranada yeni açılmış Mehmet Akif Ərsoy kollecini ziyarət etməsi idi. Xarici İşlər Nazirliyi işə qarışmış, səfər proqramını dəyişdirmişdi. Mühafizə heyətinin müdiri Musa Öztürk sayəsində mərhum prezidentlə əlaqə qurulmuş, axşam saat 10-da qapısı döyülmüşdü. Qonaqlarını göy rəngli ağ zolaqlı pijamada kresloda oturmuş vəziyyətdə qarşıladı. “Siz onlara fikir verməyin, mən cüməyə də gedəcəm, məktəbi də ziyarət edəcəm”, - dedi. Albanlar əvvəlki proqramda yer aldığı üçün məktəbi yoxlamış və təhlükəsizlik tədbirlərini almışdılar. Xarici İşlər Nazirliyi və səfirliyin səylərinə baxmayaraq Özalın maşın karvanı beş dəqiqə içində məktəbə çatdı. Məktəb bir neçə ay əvvəl açılmışdı. Özal və onula birgə gələn heyət məktəbin həyətinə daxil olanda şagirdlər Türk və Alban marşını oxudular. İstiqlal marşı oxunanda hamı sevinc hissi keçirdi. Dörd mərtəbəli binadan Turqut Özalın böyük şəkli, onun hər iki tərəfinə də Türk və Alban bayraqları asılmışdı. Özal məktəb binasını və sinifləri gəzdi. Məktəbin 3-cü mərtəbəsində yerləşən yeməkxanasında da oldu.
Yeməkxanada aşçı önlüyü geyinmiş bir xanım “Prezidentimiz, xoş gəldiniz” deyəndə Özal təəccübəndi. Ondan soruşdu ki, “Siz kimsiniz, Türk dilində çox yaxşı danışırsınız” Xanım, “Mən məktəbin müdiri Mehmet bəyin həyat yoldaşıyam”, dedi. Bu dəfə Özal daha çox təəcübləndi, xanımdan soruşdu ki “Bəs mətbəxdə nə işiniz var”? Xanım, “Əfəndim, məktəbin yataqxanası bu ay açıldı. Aşbaz tapa bilmədiyimiz üçün uşaqlara yeməyi özüm bişirirəm”, cavabını verdi. Özal yanıdakılara dönərək, “Baxın, bax budur fədakarlıq. Bax budur bizim əsas xislətimiz”, dedi. Bu fədakarlıq nümunəsini Alban rəsmilərinə tərcümə etməyi tapşırdı. Bu işə onlar da heyrət etdi. Bu, Özalı xaricdəki Türk məktəblərinə etdiyi ilk ziyarət idi. Hamı bundan çox məmnun olmuşdu.
Yeməkxanda önlünk geymiş hicablı bir qadın: “Xoş gəlmisiniz, Cənab Prezident!” deyəndə Özal təəccübləndi. “Siz kimsiniz? Türk dilində çox gözəl danışırsınız”, - dedi. Xanımdan: “Mən məktəb müdiri Mehmet bəyin yoldaşıyam”, cavabını eşidəndə Özal mat-məəttəl qaldı. “Yaxşı, mətbəxdə nə edirsiniz?” Qadın: “Cənab Prezident, yataqxanamız yeni açıldı. Aşpaz tapılmadı, uşaqlara mən yemək bişirirəm”, - dedi. Özal rəsmilərə üzünü çevirib: “Görürsüz, bax buna deyərəm fədakarlıq! Bu, bizim bariz xislətimizdir”, - dedi. Tərcüməçiyə bu mükaliməni Albaniya rəsmilərinə də çatdırmağı söylədi. Bunu eşidən Albaniya rəsmiləri də heyrətə gəldilər. Bu, Özalın ölkə xaricində açılan məktəblərə ilk ziyarəti idi. Hamı razı qalmışdı.
Özal Balkanlardan sonra aprel ayında Orta Asiyaya çoxsayda iş adamı və jurnalist yehəti ilə 13 günlük səfər etdi. Əvvəlcə Qırğızıstana üz tutdu. Bişkek liseyinin şagirdləri Özalı Türk və Qırğız bayraqları ilə, çiçəklərlə qarşıladılar. Özal Qırğızıstan Prezidenti Askar Akayevə “Bunlar yaxşı insanalardır. Uşaqlarınızı yaxşı yetişdirəcəklər”, - dedi. Daha sonra Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevə məktəblərdən ağızdolusu danışdı. Cümə namazında Qazaxıstan xalqının böyük rəğbətini qazandı. Getdiyi hər ölkədə orada çap olunan “Zaman” qəzetinin redaksiya heyəti və fəaliyyətləri ilə də tanış olur, bundan məmnun qalırdı.
Özbəkistanın paytaxtı Daşkənddə İslam Kərimovla birlikdə Özbək-Türk liseyini ziyarət etdi. Kompyuter laboratoriyalarını və sinifləri birlikdə gəzdilər. Şagirdlərlə görüşdülər. Onlara Türk və İngiliz dilində suallar verdi. Türk müəllimlərin viza və rəsmi qeydiyyat problemləri vardı. Özal Kərimova bu məsələni həll etməsini rica etdi. Kərimov: “Məmnuniyyətlə bu işi həll edəcəyini, buna qol doyduğunu” söylədi. İslam Kərimov Özaldan bu məktəblərdə oxuyan şagirdləri Türkiyə ali məktəblərində təhsil almasını xahiş etdi. Özal: “Sən “qol qoyub” qərar verirsən, amma biz Türkiyədə hər işi görə bilmirik. Mənə bu sözü vermək çətindir”, - dedi. Bu mükaliməni eşidən Silm A.Ş.-nin sədri: “Cənab Prezident, biz bu şagirdləri Türkiyədə, Amerikada və Avropada oxudacağıq. Bizim adımızdan söz verə bilərsiniz”, - dedi. Özal Kərimova: “Görürsən, mən dövlət olaraq bu sözü verə bilmirəm, amma onlar: “Biz bu işi görərik”, deyirlər. Özəl şirkət olduğu üçün bu işi görə bilirlər, mən onlara güvənirəm, söz verirlərsə, tutacaqlar. Türkiyənin təhsildə ən qabaqçıl şirkəti bunların şirkətidir”, - dedi.
Səmərqənd və Buxarada Özalı Türk məktəbinin şagirdləri Özbəkistan və Türkiyə bayraqları ilə qarşıladılar. Özal şagirdlərlə söhbət etdi, müəllimləri təbrik etdi. Sonra Türkmənistana keçdi. Aşqabadda Turqut Özal-Türkmən liseyini ziyarət etdi. Bütün siniflərə baş çəkdi. Razılığını bildirdi. Saparmurat Türkmənbaşına məktəbləri təriflədi. Ertəsi gün Səlçuk sultanlarının qəbrininin yerləşdiyi Mərv şəhərinə getdi. Burada Sultan Səncər və Toğrul Bəyin qəbrinə baş çəkdi. Mərvdə fəaliyyət göstərən Türk-Türkmən məktəbinin bir dəstə şagirdi Özalı Mərv hava limanında bayraq və çiçəklərlə qarşıladı. Özal getdiyi hər yerdə Türk məktəblərini görüb şad olurdu.
Səfərin son ünvanı Azərbaycan idi. Mərhum Prezident Əbülfəz Elçibəyin şərəfinə verdiyi ziyafətdə Özalın birinci mövzusu yenə məktəblər idi: “Azərbaycanda açılan Türk məktəblərinə mən cavabdehəm. Bu məktəblərin fikir memarı Fəthullah Gülən Xocaəfəndi Türkiyənin canlı Mövlanasıdır”, - dedi. Bu sözlər bəzi Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən xoş qarşılanmasa da, o sözünə davam etdi: “Övladlarınıza vətənpərvərliyi, millətə sədaqəti, iman və savadı ancaq onlar öyrədə bilər, gələcəyinizi onlar qura bilərlər.”
Özal səfər boyu tarixi məscidlərə və türbələrə də baş çəkirdi. Buxarada Şah Nəqşibəndi Həzrətlərinin qəbrini ziyarət etdi. Burada məsciddə 2 rükət namaz qıldı. Jurnalist Sərvət Kabaklı Nəqşibəni Həzrətlərinin qəbrindən bir ovuc torpaq götürdü. Bunu görən Özal: “Götür, götür! Bəlkə lazım olar!” – dedi. Həqiqətən Özal 10 gün sonra vəfat edəndə qəbrinə həmin bir ovuc torpaq səpildi.
“Özalın köməyini unutmaram”
Özal 12 sentyabr 1980-cı il tarixindən əvvəl Dövlət Palanlaşdırma Komitəsinin müşaviri vəzifəsində işlədiyi dövrdə də Bornova camesinə gedər və Xocaəfəndi ilə görüşərdi. 1979-cu ilin yazında xalq seçkilərə hazırlaşırdı. Baş Nazir müşaviri olan Turqut Özal İzmirə gələrək imkan tapan kimi Xocaəfəndiyə baş çəkdi. Fəthullah Gülən Xocaəfəndi 5 sentyabr 1980-cı il cümə günü Bornovada son vəzini verdi. Vəzdən sonra Özalla camedə imamın otağında görüşdü. Ölkədə çevrilişin səsi gəlməyə başlamışdı. Xocaəfəndi 20 günlük arayış götürdü. Fövqəladə vəziyyət olduğuna görə vəzlərinə son qoydu.
12 sentyabr çevrilişindən sonra axtarışda olan Gülən 12 yanvar 1986-cı il tarixində Burdurda həbs edildi. Gülən uzun müddət dindiriləndən sonra İzmirə göndərildi. Axtarış əmrinin İzmirdən verilmədiyi ortaya çıxanda azadlığa buraxıldı. Məsələyə Özal müdaxilə etmişdi. Xocaəfəndi bir söhbətdə Özal haqda deyir: “Elə olurdu ki, bəzi yerlərdə bir saat belə qalmağa imkan olmurdu. Dayanmadan yer dəyişirdim. Televiziyada “Səfillər”i vermişdilər, həyatım o romandan fərqsizdi. Belə bir təzyiqdən sonra onun sayəsində azadlığa çıxmışdım, bunu necə unutmaq olar?! Burdurda həbs etdilər. Turqut bəyə xəbər çatanda – o dövrdə o Baş Nazir vəzifəsində idi – gecə vaxtı nazirəri çağırtdırır və məsələyə müdaxilə edir. Mən Turqut bəyin bu yaxşılığını necə unudum?! Gecə birdə-ikidə xəbər alan kimi dərhal nazirləri kabinetə çağırtdırır və: “Dostlar, bu günkü görüşün yalnız bir səbəbi var, o da Fəthullah Xocanın həbs edilməsi. Bu məsələni həll etməliyik”, - deyir. Düz 24 saat “ulan” sözünü eşitdim. “Lan, yalan danışırsan, komunistlərdən daha betərsən...” Təzyiq göstərir, üzümüzə tüfürür, “Ulan, səni zorla danışdırarıq! Öldürərik!” deyirdilər. Həbs edilən bir dostumuzu döyə-döyə məni qəsd edərək: “Onu gəbərdəcəkdik, camaat çox idi, başımıza iş açmaq istəmədik”, - demişdilər. Belə bir vəziyyətdə olan adam Turqut bəyin alicənablığını necə unutsun?! Adamlar mat-məəttəl qaldılar, əl-ayaqları bi-birini dolaşdı. Dindirmə zamanı bir nəfər içəri girdi, “Buraxın, yoxsa başımıza iş açarlar!” – dedi. Daha sonra İzmirə göndərdilər. İzmir polisi: “Biz qəbul etmirik, onu axtaran biz deyilik”, - dedi. İndi nə oldu, axı axtarışda idim, altı ildir axtarırdınız? Hər tərəfə şəkillərimi asmışdınız. İndi deyirsiniz ki, “Axtarmırıq”. Burdur İzmirə “Biz bu məsələyə qarışmırıq”, - deyir. Çıxış yolu tapa bilmirdilər. Nəhayət İzmirdə bir çıxış yolu tapdılar. Bizim vəkil Ozkan bəy məsələni izah etdi. Bizə sənədə qol çəkdirdilər və bizi İzmirdən azadlığa buraxdılar. Məni polis maşınında çıxardılar. Həmin gün taksi ilə İstanbula getdik, ürəyimdə elə bir inşirah hissi var ki, sözlə izah etmək mümkün deyil. Hər şeyi bir tərəfə, Özalın yaxşılığını unutmaq mümkün deyil.”
“Bu insanlara söz qandıra bilmədim!”
Qazaxıstandakı Əhməd Yəsəvi Həzrətlərinin türbəsində isə duyğulu anlar yaşandı. Namazda uzun müddət səcdədən başını qaldırmadı, başını qaldıranda isə gözlərindən yaşlar axırdı. Xəlil Şıvqın yaxınlaşıb qoluna girdi. Şıvqın həmin anları belə təsvir edir: “Türbəyə Turqut bəylə birlikdə girdik, girişdə bir və ya iki pillə vardı. Çıxanda çətinlik çəkməsin deyə namazı tez bitirdim və pillənin başında gözləməyə başladım. Turqun bəy olduqca dindar, lakin inancını kimsəyə sezdirməyən insandı. Orada namaz qıldı, uzun-uzadı dua oxudu, gözləri yaşlı idi. Elə bir feyziyab olmuşdu ki, gözlərində yaş sel kimi axırdı. Ürək-damar xəstəsi idi və gəzməkdə çətinlik çəkirdi. Bu səbəbdən söhbət bahanəsi ilə qoluna girir ona kömək etməyə çalışırdım”.
Özal Türk Cümhuriyyətlərindən qayıdanda çox yorğun düşməsinə baxmayaraq səfərdən razı idi. Türk məktəbləri onu ruhlandırmışdı. Heyətdə iştirak edən professor Şərif Əli Təkalana “Mən çox gözəl şeylər gördüm. Qayıdan kimi Xocaəfəndi iə görüşək”, - dedi. Təkalan dərhal Xocaəfəndiyə zəng vurdu. Ancaq Özalın ömrü bu görüşə vəfa etmədi.
13 günlük Orta Asya səfərindən sonra 17 aprel 1993-cü il şənbə günü Çankaya Köşkündə anidən xəstələndi. Hacətəpə Universitetinin xəstəxanasına yatırıldı. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq vəfat etdi. Vəsiyyət etdiyi kimi, İstanbulda dəfn edildi. Vəfatından dörd gün sonra Ankaradan İstanbula gətirilən Özalın nəşi 22 aprel 1993-cü il cümə axşamı Fateh camesində qılınan günorta namazından sonra Topqapı qəbiristanlığında Adnan Menderes abidəsinin yanında dəfn edildi.
O gün Fəthullah Gülən Xocaəfəndi də canəzə namazında idi. Özalın vəfatından sonra Xocaəfəndi onu haqda belə demişdi: “Əngin imanı vardı Turqut bəyin. Hər işi şüurlu şəkildə görərdi, mənəvi dəyərlərə bərk bağlı idi və bizi çox sevərdi. Son səfərdə çox şad idi. Orta Asiya səfərindən sonra qardaşı Qorqut bəyə məktəbləri qəsd edərək: “Bu müdhiş hadisədir Qorqut!” demişdi. Müşahidələrini və təəssüratlarını bölüşmüşdü. Düşünün ki, Turqut bəy səfərdən bir-iki gün sonra vəfat etdi. Bu qısa müddətdə razılığını ifadə etmiş, getdiyi hər yerdə: “Bu məktəblərə mən cavabdehəm”, demişdi.”
Özal Fəthullah Gülən Xocaəfəndini müşavirlik vəzifəsində olduğu illərdən tanıyır və fəaliyyətlərini dəstəkləyirdi. 24 aprel 1992-ci tarixində 11 günlük Amerika səfərinə gedən Prezident Turqut Özal Hyustonda həkim müayinəsindən sonra prostat xərçəngi olduğunu öyrəndi. 2 may 1992-ci il tarixində Dallas Metodist xəstəxanasında əməliyyat keçirdi. 5 may 1992-ci il tarixində Xocaəfəndi xəstaxanada Özala baş çəkdi. Özal bu görüşdə dövlətdə bəzi rəsmilərin məktəblərin önəmini dərk etməməsindən gileyləndi.
Nuriyə Akmana verdiyi müsahibədə bu görüş haqqında Gülən deyir: “Turqut bəy əməliyyat keçirmədən əvvəl mən orada (ABŞ-da) idim. O ərəfədə dedilər ki: “Turqut bəy prostat əməliyyatı keçirib, xərçəng ehtimalı da var.” Yaxın münasibətimiz vardı. Özal yataqda idi. O da mənim kimi çoxdan görüşmədiyimizə görə kövrəldi. Bir-iki saat qaldım orda. Xəstə ola-ola Asiyada açılan məktəblərdən söz açdı. “Mən Xarici İşlər Nazirliyinə “Bu insanların fəaliyyətlərinə mane olmayın” deyə çox dil tökdüm. Əgər Türkiyə təhsillə Asiyaya açılmaq istəyirsə, dəstək olun. Türkiyənin böyüməsinin yolu bundan keçir, amma bu insanlara söz qandıra bilmədim”, - dedi. Onu təqdirlə yad edirəm. Allah onun üstünə rəhmətini yağdırsın.”
- tarixində yaradılmışdır.