Türk məktəblərində insana dəyər var, bu, şagirdlərə müsbət təsir edir
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin verdiyi töhvələr bir konfransda müzakirə edildi.
“Tayms Sentr”da (The Times Center) Sülh adası institutu (PII) (Peace Island Institute) və Fauntin (Fountain) jurnalının birgə təşkilatçılığı ilə “Təhsillə sülhü bərqərar etmək (Peace building Through Education)” adlı beynəlxalq konfrans keçirildi. Sülh adası İnstitutunun fəxri direktoru konfransın açılışında Fəthullah Gülən Xocaəfəndinin məktubunu oxudu. Konfransda bir çox ölkənin təhsil vasitəsilə sülhü bərqərar etmə təşəbbüsləri nazirlər və alimlər tərəfindən müzakirə olundu.
Filippinin Təhsil Naziri Armin Altamirano Luistro Filippin məktəblərində baş verən zorakılıq hadisələrindən örnəklər verərək bildirdi ki, bu hallar gələcək zorakılıqların başlanğıc nöqtəsi və xəbərdarlıq siqnalıdır. Nazir Luistro eyni zamanda ölkəsində açılmış Filippin Türkiyə Tolerantlıq Məktəbini (Phillipines and Turkish Tolerance School) gözəl fəaliyyətinə görə mükafatla təltif etdi. Tanzaniya Təhsil Naziri Şakur Cuman Kavambva (Shukuru Jumanne Kawambwa) Tanzaniya təhsil sistemindən və bu sistemin sülhə verdiyi töhfələrdən danışdı. Çıxışında tez-tez Tanzaniyada fəaliyyət göstərən Fəza Türk məktəblərinin adını çəkən nazir dövlət və özəl məktəblərin Tanzaniya təhsilinə töhfəsindən söz açdı: “Özəl təhsil müəssisələri arasında ən yaxşı nəticələr göstərən Fəza məktəbləridi. Qız və oğlan uşaqlarının təhsil almasını təmin edən bu məktəblərdə yerli pedaqoqlar kimi türkiyəli müəllim və idarəçilər də işləyir. Məktəblərdə açıqfikirlilik, insan şərəfi, maraq, hörmət, möhkəm xarakter, kəşfə meyilli ağıl və kollektiv işguzarlıq kimi məziyyətlər aşılanır. Bu məktəblərdə plural həyat, tolerantlıq və hörmət ab-havası hakimdir. Bu atmosfer şagirdlərə çox müsbət təsir edir. Fəza məktəbləri ölkədə heç bir təbəqə arasında ayrı-seçkilik etmir”. Konfransda Amerikanı təmsil edən Nyu Cersi ştatı Təhsil Nazirliyinin Ali Təhsil üzrə şöbə müdiri Raçel Endriks (Rochelle Hendricks) çıxış etdi. Ürəkdən çıxış etdiyini deyən Endriks sülhün kiçik addımlarla gələcəyini söylədi. “Uşaqlarımıza “təşəkkürlər” və “xahiş edirəm” deməyə, bölüşməyə və kollektiv işə, hər insanın çox qiymətli olduğunu və bu anlayışın bütün insanlara faydalı olacağını anlamağa təşviq kimi kiçik addımlarla sülh bərqərar olacaq. Uşaqlarımıza daima möhtac insanların var olduğunu anlamağa təşviq etməliyik, bu, çox əhəmiyyətlidir. Səmimi deyirəm, biz təhsildə uşaqların xarakterini formalaşdırmaqdan başqa nə edirik?”. Belfastda “Birlik üçün təhsil” proqramının direktoru Conston Maqmaster (Johnston McMaster) şagirdlərə demokratiya tarixi və anlayışının öyrədilməsinin sülh üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Maqmaster çıxışında demokratiyanın inkişaf mərhələlərində böyük rol oynayan Mahatma Qandi, Nelson Mandela və Fəthullah Gülən kimi şəxsiyyətlərin adlarını çəkərək onlar haqqında da məlumatlı olmağın zərurətindən danışdı. Y. Alp Aslandoğan çıxışında rəhbərlik etdiyi “Alliance for Shared Values (Ortaq Dəyərlər İttifaqı)” adlı qurum və onun fəaliyyəti haqqında məlumat verdi.
- tarixində yaradılmışdır.