Belarusiya alimləri Gülənin təlimini müzakirə etdilər

Belarusiya alimləri Gülənin təlimini müzakirə etdilər

Belarusiya Dövlət Universiteti Fəlsəfə və Humanitar Elmlər fakültəsinin əməkdaşı professor Larisa Titarenko zorakılıq, münaqişə və müharibələrin cövlan etdiyi bir dünyada mədəniyyətlərarası dialoq və xoşgörünün əhəmiyyətinin daha da artdığını söylədi. Titarenko müasir dünyada Gülən təliminin ailənin tənzimlənməsi və qorunması, əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması və mədəni dəyərlərin qorunması istiqamətində mühüm və uzunömürlü həll yolları təqdim etdiyini vurğuladı.

Antaliyanın Manavqat ilçəsində Manavqat İş adamları (MAGİAD) və Belarus Dialoq Avrasiya Dərnəyinin “Lake & River Side” hotelində keçirdiyi "İctimai inkişaf və ümumbəşəri insani dəyərlərdə dialoq" adlı seminarda professor Larisa Titarenko “Fəthullah Gülən təliminin ictimai və fəlsəfi tərəfləri" adlı mühazirə ilə çıxış etdi. Seminarın aparıcısı Ərdoğan Çiydəmdi. Belarusiya Dialoq Avrasiya Dərnəyinin rəhbəri İhsan Diləkçi və seminarın təşkilatçısı H.İbrahim Kundak dəvət edilmiş alimlərin elmi fəaliyyəti haqqında iştirakçılara məlumat verdi.

Fəthullah Gülənin təlimini başda Rusiya olmaqlaTürk dövlətlərində açılan Türk məktəbləri ilə yaxından tanış olmaq və təhsil fəaliyyətləri haqqında məlumat toplamaqla araşdırmağa başladığını bildirən Titarenko Gülənin rus dilinə tərcümə edilmiş bütün kitablarını oxuduğunu söylədi. Dünyada sülh, əmin-amanlıq, sevgi, xoşgörü, empatiya və dialoqun bərqərarı üçün Gülənin təliminin yaxşı anlaşılmasının zərurət olduğunu vurğulayan Titarenko bildirdi ki, Gülənin bəşəri problemlərin həllində ümumbəşəri insani dəyərləri ilk sıraya qoyması onu bir sosioloq olaraq mütəfəkkirin əsərlərini təkrar oxumağa vadar edib.

Gülənin kitablarını oxuyandan və 130 ölkədə təhsil fəaliyyətləri haqqında məlumat əldə edəndən sonra türklərə qarşı fikirlərinin dəyişdiyinin deyən Titarenko"Gülən təlimi Türklərə qarşı mənfi fikirlərimi dəyişdi. Belarusiyalı bir alim olaraq, Türkiyəni və Türk insanını Gülənin fikirləri sayəsində tanıdım. Əvvəllər kitablardan əldə etdiyim məlumata görə Türkləri dava-dalaş hərisi, aqressiv və yolagetməz millət kimi tanıyırdım. Ümimiyyətlə Belarus cəmiyyətində bu fikir geniş yayılıb . Gülən təlimi sayəsində Türkiyəni, Türk insanını yaxından tanımaq imkanım oldu. Türklərə nə qədər qərəzli yanaşdığımı gördüm. Bütün qərəzli yanaşmaları aradan qaldırmaq üçün Güləni yaxşı tanımaq lazımdır. Buna görə də, Türkiyə ilə Belarusiya arasında qurulan dostluq körpülərini möhkəmlətməliyik. Bir-birimizi yaxından tanımaq və dostluğumuzu möhkəmləndirmək üçün dialoq fəaliyyətlərini ön plana çəkməliyik" dedi.

Qitələrarası sevgi bağı quruldu

Belarusiya Dövlət Universiteti Sosiologiya fakültəsinin əməkdaşı və dekan müavini dosent Anatoli Leqçilin məruzəsində Gülənin fikirlərini yaxından tanıyandan sonra Samuel Hantinqtonun “Mədəniyyətlər qarşıdurması” tezisinin yanlış olduğunu daha yaxşı anladığını söylədi. Müasir insanın ən böyük probleminin sevgisizlik və qərəzli yanaşma olduğunu deyən Leqçilin Gülən təlimini İstanbul Fatih Sultan Mehmet körpüsünə bənzətdiyini, körpünün Asiyanı Avropa ilə birləşdirdiyi kimi, Anadolunun təhsil könüllülərinin insana sevgi ilə din, dil,irq və millət fərqi qoymadan qitələr arasında sevgi bağı qurduqlarını söylədi.

Samuel Hantinqtonun XXI əsrdə mədəniyyətlər qarşıdurmasını dinlərin müharibəsi ilə əsaslandırdığını, bunun da müsəlmanlarla xristianlar arasında olacağını ortaya atdığını qeyd edən Leqçilin Gülənin təşviqi ilə Türk insanının dünyanın hər tərəfində açdığı Türk məktəbləri sayəsində dünyada müharibənin deyil, sülh, sevgi və əmin-amanlıq sədasının yüksələcəyini söylədi: "Gülənin təlimi ilə yaxından tanış olmaq üçün Rus dilinə tərcümə olunmuş bütün kitabları oxudum. Onun təşviqi ilə Türkiyədə və dünyanın müxtəlif ölkələrində açılan məktəbləri gəzib gördüm. Təhsil sistemini araşdırdım. Bu məktəblərdə ən çox diqqətimi çəkən şey isə müxtəlif dilə, dinə, irqə mənsub şagirdlərin birlikdə təhsil almasıdır. Gülən bəzi problemlərin təhsillə aradan qalxacağına inanıb. Buna görə də ayrı-seçkilik etmədən dünyanın müxtəlif ölkələrində məktəblər açmağı təşviq etdi. Əslində türklər buna görə Gülənlə qürur duymalıdır. Gülən ümumi bəşəri problemlərinin həllində insani dəyərləri ilk sıraya qoyur. Məhz buna görə də pisliyə yaxşılıqla cavab verməyi tövsiyə edir. O belə deyir: "Hər insanın davranışı, sözləri və hərəkətləri onun xarakterini nümayiş etdirir”.

Gülənin təlimi ilə Türk ailəsini tanıtdıq

Belarus Dövlət İqtisadiyyat Universiteti Psixologiya və Pedaqogika fakültəsinin dekanı dosent Qalina Borozdina Gülənin təlimi sayəsində Türk ailə quruluşu ilə yaxından tanış olduğunu söylədi. Gülənin təşviqi ilə açılan məktəbləri araşdırmaq və yaxından tanış olmaq üçün Türkiyəyə gələndə türk ailəsi ilə də yaxından tanış olma fürsəti əldə etdiyini deyən Qalina Borozdina, o cümlədən belarus analarla türk anaların uşaq tərbiyəsini yaxından araşdırma imkanı əldə etdiyini bildirdi. Türklərin ailə quruluşunun çox möhkəm olduğunu və özülünü nənə-baba, ana-ataya hörmət kimi dəyərlərin təşkil etdiyini bildirən Borozdina Belarusiyada uşaqların 18 yaşına gəlincə evdən ayrılıb müstəqil həyata başlamasının onların müqəddəs ailə mühitindən uzaqlaşmasına zəmin hazırladığını qeyd etdi. Borozdina: "Böyük oğlumun evlənmə yaşı gəlib çatıb, amma evlənməyə yaxın durmur. Ailə qurmasını istəyirəm, nəvə oxşamaq istəyirəm. Lakin oğlum heç cür ipə-sapa yatmır. Oğluma Türk ailə quruluşundan, ailəyə verdikləri əhəmiyyətdən danışdım. Türk xanımların həyat yoldaşına qarşı münasibətindən bəhs etdim. O da mənə: "Belarusiyada belə bir bir qadına rast gəlməmişəm" dedi. O, ailə-uşaq sahibi olmağı əhəmiyyətsiz görür. Bu düşüncə Belarusiyada gündən günə daha da geniş yayılır. Bu da əhali sayının azalmasına gətirib çıxarır. Ailənin qorunmasında Gülənin düşüncə və fikirlərini həyata keçirməliyik. Cəmiyyəti, millətləri qorumaq ailəni qorumaqdan asılıdır" deyə çıxış etdi. Professor Larisa Titarenko Belarusiyada iyirmi iki alimin "Fethullah Gülən təlminin ictimai və fəlsəfi tərəfləri” birlikdə qələmə aldığı məqaələlər toplusunun yaxında Belarus Dialoq Avrasiya Dərnəyi tərəfindən kitaplaşdırılacağını qeyd etdi. Seminarın sonunda Manavqat qaymaqamı Əmir Osman Bulqurlu, Evrənsəki Bələdiyyəsinin Sədri Rəcəb Barut və İlçə Maarif Müdiri İsmail Kılıç seminarda çıxış edən qonaqlara xatirə lövhəsi hədiyyə etdi. Belarusiya alimləri isə MAGİAD-ın sədri Həsən Tütərə “dostluq və dialoq körpüsü heç vaxt bağlanmasın, ağızımızın dadı pozulmasın” deyərək saxsı şiriniyyat dəsti hədiyyə etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.