Küsmə xəstəliyi və sülhə gedən yol
/>Sual: 1) Dövrümüzdə incimə və uzun müddət küsülü qalma çox yayıldı. Bu küsmə "xəstəliyi" hansı səbəblərdən qaynaqlanır? Şəxsi, ailəvi və ictimai problemlərə gətirib çıxaran bu mərəzi necə müalicə etmək olar?
- İnsanlardan küsüb uzaq gəzmək əsas etibarilə çirkin və xoşagəlməz bir hərəkətdir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) möminlərə üç gündən artıq küsülü qalmağı qadağan etmişdir ki, məşru bir əsası yoxdursa, bu qısa vaxtda belə küsülü qalmaq doğru deyil. (01:15)
- Çirkin və xoşagəlməz olan həqiqi küsmə ilə yanaşı, strateji və taktiki metod şəklində ortaya qoyulan və bir cəhətdən tərbiyəvi mahiyyət daşıyan "məcazi küskünlük"lər də var. Rəsuli-Əkrəmin (əleyhissalatu vəssalam) "ila hadisəsi" və məşru üzrü olmadığı halda Təbük səfərinə qoşulmayan Kab b. Malik, Mürarə b. Rəbi və Hilal b. Ümeyyə ilə danışmağı müəyyən müddət qadağan etməsini "məcazi küsmə" kimi dəyərləndirmək olar. (02:20)
- İnsan öz ana-atasından (məcazi də olsa) küsməməlidir. (04:00)
- Həqiqi mömin bəzən incisə də, nəinki incidəni incidərək cavab verməməli, hətta ondan küsməməlidir də. İnsan küsməli yerdə küsməməklə ibadət savabı qazanır. (07:57)
- "Allaha gedən yollar məxluqatın aldığı nəfəs qədərdir". Qurani-Kərim "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)" ("Ənkəbut" surəsi, 29/69) məallı ayə ilə, sanki, bu həqiqəti bəyan edir. İlahi Bəyanda zikr edilən "sübül" sözü "səbil"in cəmidir və "yollar" deməkdir. Məqsəd Allaha çatmaqdırsa, hansı yol olur-olsun mütləq Ona aparacaq. Beləliklə, müxtəlif məşrəb və yolları seçən möminlərin getdiyi yolun sevgisi ilə ilahi rizaya can atarkən digər inananları qısqanmamalı, bir-bir ilə rəqabət aparmamalı və küskünlüyə səbəb olan hərəkətlərə yol verməməlidir. (10:23)
- Vifaq və ittifaq İlahi yardımın vəsiləsi, ixtilaf və iftiraq da müvəffəqiyyətsizliyin və məqsədə çatmamağın səbəbidir. Qardaşlığı zədələyən hər bir fikir, söz və davranış xeyirxah fəaliyyətlərinizin bərəkətini də götürüb aparar. O halda Allahın sizi müvəffəq etməsini istəyirsinizsə, həm özünüz uyuşmazlıq, küskünlük, mübahisə və iftiraqa səbəb olan pis düşüncə, çirkin söz və kobud rəftardan uzaq olmalı, həm də toplumunuzu belə pisliklərdən qorumalısınız. Bu baxımdan insanların arasını düzəltmək, küsülüləri barışdırmaq və incikliyin qarşısını almaq üçün ictimai həyatın hər bir sahəsində "islah heyətləri", "barışdırma dəstələri" tərtib etmək olar. (13:05)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "İnsanları gülər üzlə qarşılamaq da olsa, heç bir yaxşılığı kiçik bilmə!" buyurmuşdur. Bəli, Allah rizası üçün görülən ən kiçik iş belə ilahi dərgahda çox qiymətlidir. Elə isə, heç bir yaxşılığı kiçik görməmək lazımdır. O biri aləmdə hansı əmələ necə qiymət veriləcəyini bilməyən insan hər bir gözəl əmələ qiymət verməli və qarşısına çıxan hər bir xeyirli fürsəti axirət naminə dəyərləndirməlidir. (15:32)
- Harun Rəşidin xanımı Zübeydə Xatun salehə bir qadın idi. Məkkeyi-Mükərrəmədən Ərafata qədər su kanalları tikdirmiş, o müqəddəs diyara bulaqlar çəkdirmiş və Rəhman olan Allahın qonaqlarının su ehtiyacını təmin etmək üçün kisə-kisə qızıl xərcləmişdi. Xeyirxah əməllərlə ömür sürən bu böyük qadını vəfat edəndən sonra yuxuda görən bir nəfər ona: "Dünyada Allah üçün bu qədər böyük işlər gördün, kim bilir, Haqq-Təala sənə Cənnətdə nələr bəxş edib!" – deyir. Zübeydə xatun belə cavab verir: "Bəli, düz deyirsən, Rəbbim mənə, həqiqətən də, uca məqamlar lütf etdi, amma bunları xeyirxah işlərimə görə vermədi. Bir gün, bir məclisdə ilahilər oxunur, qəsidələr deyilirdi. Sazəndələr sazlarına mizrab çəkərkən minarələrdən azan səsinin yüksəldiyini eşitdim. Dərhal "Susun, azanı dinləyək!" deyib hər kəsi susdurdum. (Axirətdə) mənə deyildi ki, "Səni azana göstərdiyin o ehtirma görə bağışladıq". (17:20)
- Peyğəmbərimiz Buxaridə keçən bir hədisdə "küsülüləri barışdırmağın sədəqə olduğunu" buyurur. Tirmizidə verilən bir bəyanında da: "Nafilə namaz, nafilə oruc və sədəqədən fəzilətli əməl iki adamın arasını düzəltməkdir, çünki bu (küsülülük), dini kökündən yıxar" buyurur. Beləliklə, küsülüləri barışdırmaq Haqq qatında çox dəyərli əməl və mühüm bir ibadətdir. Ancaq barışdırma müəyyən bir sahə ilə məhdudlaşdırılmalı, yalnız məhəllə, kənd, mahal, el ya da ölkə çərçivəsində insanların arasını düzəltməklə kifayətlənməməli, bu məsələdə də alihimmət olmalı və dünya miqyaslı sülh hədəf seçilməli, küsülü millətləri də barışdırma və əlaqələrini möhkəmləndirmə yolları axtarılmalıdır. (19:27)
Sual: 2) Qurani-Kərim, demək olar ki, bütün mövzuları bəyan edərkən sözü axirətə gətirir. Bu gün miras bölgüsü, ərazi sərhədlərinin təyin edilməsi, qadın-kişi münasibətləri, gəlin və kürəkənlə bağlı problemlərə görə inciklikdən dava-dalaşlara qədər bir çox problem meydana gəlir. Bu bəhs edilən səbəblər üzündən küsənləri barışdırmaq üçün axirət inancından necə istifadə etmək olar? (24:30)
- İnciklik və küskünlük başqa mənfi nəticələr də doğurur; özünü təmizə çıxarma, başqaları ilə deyişmə, qeybət, hətta bəzən böhtan atma kimi pis düşüncələrə, səhv fikirlərə və çirkin hərəkətlərə gətirib çıxarır. Bunların hər biri axirət baxımından nöqsan sayılır və o biri dünyada insanı çətin vəziyyətə sala bilər. (25:04)
- İnsanları dost, qardaş bilmək, onların qəlbini fəth etmək və öz qəlbində də hər kəsə bir yer hazırlamaq Haqq qatında elə məqbul əməldir ki, bəlkə də, o biri aləmdə "ünsi-billah"a (Allahla dostluq) vəsilə olacaq. (26:10)
- Uşaqların qəlbini fərəhlə doldurub qanadlandıran, gənclərin iradə cilovunu çəkib onları pis əməllərdən qoruyan, ümidsizlik içində qıvrılan yaşlıların könlünə inşirah saçan iksir axirətə imandır. Uşaqlar axirət inancı sayəsində qorxudan, əndişədən və inkisardan xilas olar, dostların ölüm xəbərini alsa, "Cənnət quşu oldu!." deyib rahat olarlar. Gənclər axirətdə hesaba çəkiləcəyinə inansalar, nizam-intizama tabe olar, "sirati müstəqim" mehvərində ömür sürməyə çalışarlar. Qocalar uşaq qədər həssas, zərif ruh və məzacları ilə ölüm və zavaldan doğan ələmli və dəhşətli ümidsizliyə ancaq əbədi həyat ümidi ilə tab gətirə bilərlər. (26:44)
- Əgər inciklər və küsülülər məsələlərə axirətə iman nəzəri ilə yanaşsalar və dünyadakı əməllərinin axirətdə necə mükafatlandırılacağını düşünsələr, dərhal barışmaq üçün yollar axtaracaqlar. (29:23)
Sual: 3) Bəzi adamların həsəd, inad, qəzəb və kininə baxanda öz-özünə "onları barışdırmamaq daha xeyirlidir" deyirsən. Məsələn, bir gəlin ər evində çox xoşbəxt, məsud olduğu halda, öz ana-atası ilə küsülüdür. Əgər barışsa, atasının şərinə tuş gələcək. Belə insanları barışdırmaq yoxsa barışdırmamaq daha xeyirlidir? (29:44)
- Hər kəsi mehriban münasibətlərə dəvət etmək və heç kimi sülhdən məhrum etməmək əsas olmalıdır. Hər bir insana qarşı öz mövqeyinə görə davranmaq və hər kəsə insanlıq üfüqünü göstərmək lazımdır. Bu mövzuda dinin birləşdirici, uzlaşdırıcı mahiyyətindən və böyüklərin təcrübələrindən də mütləq istifadə edilməlidir. (30:09)
- Bəzi insanlara bir dəfə demək kifayət etmir. Necə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Əbu Cəhlin, bəlkə də, əlli dəfə qapısını döymüşdü, ancaq o, inadından dönməmişdi. Bu gün də bəzi insanların eyni inadkarlığı sərgiləməsi mümkündür. Hər şeyə rəğmən "sülh elçiləri" hər bir fürsəti dəyərləndirməli və insanları sülhə çağırışda israrlı olmalıdırlar. (31:00)
- İnsanları barışdırma və uzlaşdırma yolunda edilən bütün cəhd və səylər ibadətdir. Bəziləri inad edib sülhə isti baxmasalar da, bu yolda səy göstərənlərin zəhməti hədər getməz, onlar öz vəzifələrini yerinə yetirmiş və savabını almış olarlar. (31:46)
- Kimdənsə küsdüyümü xatırlamıram. Bəzi insanlar illərdir əleyhimə yazıb-pozurlar. Məsələn, biri qırx-əlli ildir gülsəm də, ağlasam da əleyhimə yazılar yazır. Bir çox böyüklər belə pislik edənlər haqqında "Cəhənnəmə düşsün!.." demişlər, lakin mənim təbiətimdə belə şey yoxdur. Bir dəfə xəyanət edən bir nəfər haqqında, "Allah onu cəzalandırsın" deyə ağlımdan keçdi. Lakin dərhal öz-özümə "Axı nə haqla!.." dedim, otağıma girdim, hıçqıra-hıçqıra ağladım. Bir insanı Cəhənnəmə məhkum etmək nə deməkdir?!. (33:46)
- Allahın hüzuruna qəlbi təmiz getməliyik; heç kimə qarşı içimizdə mənfi hislər olmamalıdır. Bəli, Allah hüzuruna təmiz və pak getməliyik.. canın, canana can atması kimi getməliyik.. və axirətə köç vədəsi gələnədək də bu istiqamətdə pak ömür sürməliyik. (35:23)
- tarixində yaradılmışdır.