Pərdələr və hidayət
Sual: Əsərlərdə "Ən böyük hidayət Allahın həqiqətin üstünə örtdüyü pərdəni çəkib haqqı haqq, batili batil göstərməsidir" deyilir. Bu zaviyədən,
اَللّٰهُمَّ أَرِنَا الْحَقَّ حَقًّا وَارْزُقْنَا اتِّبَاعَهُ، وَأَرِنَا الْبَاطِلَ بَاطِلًا وَارْزُقْنَا اجْتِنَابَهُ
duasındakı "haqq" və "batil" məfhumlarının əhatəliliyi barədə nə demək olar? Hansı hicablar haqqı haqq olaraq görməyə mane olur? Bu pərdələrin digər üzünə necə nüfuz etmək olar?
- Məsuratdan (Peyğəmbərimizdən nəql olunan dualar) olan və müxtəlif əvradu-əzkarda da verilən bu duaya, xüsusən Nəqşilər kimi bəzi ali təriqətlər çox əhəmiyyət vermiş, bəzi Allah dostları bunu tələbələrinə öyrətmişdir. "Hicabın açılması" insanın haqqa vaqif olması və haqqı görməsi mənalarına gəlir; qulun "Allah" deməsi, dolayısilə iman etməsidir. Bundan başqa hidayətə gəlmə, hidayətə gəldikdən sonra hidayətdə dərinləşmə; hidayətin səmərəsini və hidayətsizliyin aqibətini görmə, hidayətlə ricanı, digər tərəfdən hidayətsizlik əndişəsi ilə də xövfü duyma.. xülasə hidayətdə məqam-məqam, pillə-pillə, addım-addım dərinləşmə vardır. Seyri-süluqi-ruhanidə mərtəbə qət edərkən insanın həqiqətləri yavaş-yavaş dərk etməsi pərdə və hicabların açılmasından asılıdır. (01:00)
- İman, İslam və ehsan – bunların hər birini duymaq bəzi pərdələrin qalxması ilə mümkündür. Məsələn, nəzəri biliklə Allahı tanımaq olmaz, Onu layiqincə tanımaq, qavramaq ibadətu-taətdən asılıdır. İmanı ancaq İslam əsaslarını yaşamaqla, diyanətlə, başqa sözlə həyatı dinin içində yoğurmaqla inkişaf etdirmək olar. Sonra isə müxtəlif pərdələrin az-az aralanması nəticəsində ehsan üfüqü görünər. (05:40)
- "Hicab" təkcə bir pərdə deyildir. Məsələn, "Allah var" həqiqətinə gün kimi inanmaq bir çox pərdənin açılmasına vabəstədir. Bir qüdsi hədisdə Cənabi-Allah belə buyurur: "Qulum Mənə tərəf bir addım atsa, Mən ona sarı yeriyərək gedərəm. O, Mənə tərəf yeriyərək gəlsə, Mən ona qaça-qaça gedərəm. Və nəhayət onun görən gözü, eşidən qulağı, tutan əli olaram…" Hədisdəki ifadələr məcazi mənadadır. Sözügedən məqamlar isə müxtəlif yaxınlıq səviyyələrində bir-bir açılan pərdələrdən içəri daxil olmaqdır. (09:20)
- Hicabın yırtılması üçün gündə yüz dəfə:
اَللَّهُمَّ أَرِنَا الْحَقَّ حَقًّا وَارْزُقْنَا اتِّبَاعَهُ، وَأَرِنَا الْبَاطِلَ بَاطِلاً وَارْزُقْنَا اجْتِنَابَهُ
desək, azdır. Haqq doğru və sabit deməkdir. Haqq eyni zamanda Allah-Təalanın bir isminin təcəllisidir. Mehmet Akifin dediyi kimi: "Xaliqin namütənahi adı var ən başı Haqq / Nə böyük şey qul üçün haqqı tutub qaldırmaq". (10:55) - Bu dua "Allahım, –əsl mahiyyəti hər nədirsə və ilahi dərgahında nə ifadə edirsə– haqqı bizə məhz o şəkildə göstər.. batilin əksi olan haqqı göstər, o işə zərrə qədər batil qarışmasın və bizi ona tabe et!" deməkdir. Duada həmçinin: "Batili də batil kimi göstər və bizə ondan uzaq olmağı nəsib et" deyilmişdir. (12:33)
- Hicab.. hicab.. hicab.. Hicab var hicabdan içəri… Bütün bu pərdələrin yırtılması iman, saleh əməl və ehsan şüuru ilə, “Qəlbin Zümrüd Təpələri”ndə göstərilən həqiqətlərlə mümkündür.. (13:25)
- "Allahım! Bizə haqqı haqq olaraq göstər. Haqq Sənin yolunda can verməkdirsə, haqqı bizə elə göstər. Yurdumuzu-yuvamızı, evimizi-eşiyimizi tərk edərək ileyi-kəlimətullah naminə başqa diyarlara getməksə, bizə elə göstər, vicdanımıza elə duyur!" Və əksinə "Batili də batil olaraq göstər. Batil nədirsə, batil nəyə deyilirsə, onu olduğu kimi görməyi və ondan ictinab etməyi bizə nəsib et!" Batil zəlalətdir, –Allah qorusun– ilahi qəzəbə tuş gəlməkdir; doğru yoldan çıxmaqdır. Bu duada təslimiyyət var; ən yüksək məqamı istəmək var, xüsrandan ictinab arzusu var, Cənabi-Haqqa tam təvəccöh var. (15:49)
- Haqq İman və İslam əsaslarında, Sünneyi-səhihənin bəyanlarında axtarılmalı. İslama "haqq" demək səhv deyil. Ancaq bu yanaşma ilə haqqın bir cəhətini ifadə etmiş olsaq da, digər tərəfini, yəni İman, İslam və ehsanın inkişafını, məsələnin mahiyyətinin olduğu kimi ortaya qoyulmasını ehmal etmiş oluruq. (17:10)
- Heç kim aqibətindən arxayın olmamalı. Ən zirvədə olan insan belə –Allah qorusun– yoldan çıxa bilər. Hətta Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) ilə diz-dizə oturub vəhyə katiblik edən insanlardan sonradan dindən çıxanlar olmuşdur. Bu baxımdan heç kim aqibətindən arxayın olmamalı, əksinə qorxmalı. Aqibətindən qorxmayanın aqibətindən qorxulur. (19:55)
- Aqibətdən arxayın olma küfr yolunda atılmış çox təhlükəli addımdır. Allahdan ümid kəsmək ümidsizləşmək də şeytana doğru atılmış addımdır. İkisinin ortası Cənabi-Haqqa qarşı ehtiram göstərmək, gördüyü ən böyük işlərə –bu İstanbulun fəthi də olsa– "Mən heç bir iş görməmişəm" nəzəri ilə baxmaq və bu anlayışla da hərəkət etməkdir. (25:45)
- Bu günün insanlarında ciddi ümidsizlik görmədim. Lakin özünü buraxmış, serazad və aqibətini düşünməyən "kütlələr" çoxdur!.. (26:35)
- Safiyyullah olan Həzrəti Adəmə qarşı belə şeytan kələk gəlirsə, heç kim özünə arxayın olmamalıdır. Aqibətə görə əndişənlənmək gözəl şeydir. Çünki əndişə insanı həmişə Ona yönəldir. Ona hər təvəccöhdə bir pillə yaxınlaşar və hər pillədə İlahi lütflə sərəfraz olarsınız. (27:40)
- tarixində yaradılmışdır.