Əmanətə sadiqik?
Sual: "İlk haqq başqa, təmsillə gələn haqq başqadır. Əgər haqq öz dəyəri ölçüsündə, layiqincə təmsil edilməsə, sahibi onu alar və həqiqi təmsilçilər yetişənə qədər nisbətən layiq olanlara lütf edər" buyurulur. Bu cümlələr bizə nə deyir?
,
- Bütün haqların həqiqi sahibi Cənabi-Haqdır. Ancaq O, bu haqları bəzi şəxslərə mənfəət, bəzilərinə səlahiyyət, bəzilərinə də o mənfəətdən faydalanma və o səlahiyyəti istifadə etmə haqqı kimi bəxş etmişdir. Bu baxımdan haqqı iki yerə ayıra bilərik: "Bəxş edilmiş haqlar" və "iradəyə görə verilən haqlar" (01:00)
- Bəxş olunan ilk haqq və mövhibə, bir mənada, Cənabi-Haqqın insanın iradəsini ortaya qoyaraq nümayiş etdirəcəyi əzmkarlığa əvvəlcədən lütf etdiyi avansdır. Bədiüzzaman Həzrətləri bu mövzunu Rəsuli-Əkrəmlə (sallallahu əleyhi və səlləm) bağlı olaraq izah edir: "Allah Onun gələcəkdə görəcəyi işləri bildiyinə görə, sanki, Ona avans vermişdir". Dost-düşmənin də təsdiq etdiyi kimi Nəbilər Sultanı (sallallahu əleyhi və səlləm) iradəsinin haqqını vermiş, bu performansı tam şəkildə göstərmişdir. (03:50)
- Hazırda bizdən daha ağıllı, ziyalı və dərrakəli insanlar var. Lakin çoxu adi bir mömin qədər də iman həqiqətlərini dərk edə bilmir. Bu baxımdan Onun yolunda olmaq və Onun arxasınca getmək də Cənabi-Haqqın xüsusi bir mövhibəsidir. Qulluq şüurunu daşımaq və ileyi-kəlimətullah naminə müxtəlif xeyirxah fəaliyyətlərə qoşulmaq da Onun müstəsna lütfüdür. Hər bir insana xüsusi şəkildə lütf edilən istedad və qabiliyyətlər, məqam və mövqelər də bir haqq sayılır. İnsan bunları Cənabi-Haqqın rizası istiqamətində dəyərləndirdiyi müddətdə nemətə layiqincə şükür etmiş və vəzifəsini layiqincə yerinə yetirmiş olur. (05:56)
- Xudbinlik girdabına qapılmamaq üçün yeganə çarə ali bir məfkurəyə dilbəstə olmaqdır. Bataqlıqda boğulmamaq üçün yüksək bir qayədən möhkəm yapışmaq lazımdır. (10:30)
- -Cənabi-Haqq bizi müəyyən bir yerə qədər gətirmiş, qəlbimizə iman nuru qoymuş və bizə insanlara xidmət etmə imkanı lütf etmişsə, bəxş edilmiş bu haqqı sərmayə kimi dəyərləndirməli, inkişaf etdirməli və var güclə çalışmalıyıq ki, bu işə layiq olaq. Xüsusilə, mühüm vəzifələrdə olanlar "beynini burnundan qusarcasına" çalışmasalar, bəxş edilən imkanları hədər edər, vəzifəyə laqeyd yanaşmış olarlar. (11:25)
- Əgər insanlar bəxş edilən nemətlərə vəsilə sayılan gözəl əxlaq və saleh əməl kimi məziyyətlərdən uzaqlaşar, mənəvi deformasiyaya uğrar, gözəl xasiyyətlərini dəyişdirərsə, Cənabi-Allah (ilahi adətin tələbi olaraq) o topluma lütf etdiyi nemətlərini kəsər və onu hüsrana düçar edər. Daxilən çürüyən, pozulan, mahiyyətini itirən bir cəmiyyət dəyərli əmanətə sadiq ola bilməyəcəyinə görə Allah-Təala İslamiyyətin təravətini qəlbən duyan yeni bir qövm gətirər və əmanətini ona təslim edər. (18:18)
- Cənabi-Haqq “Maidə” surəsinin 54-cü ayəsində belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لاَئِمٍ ذَلِكَ فَضْلُ اللهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللهُ وَاسِعٌ عَلِيمٌ
"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (22:20) - -Əmanətin əlimizdən alınmasını istəmiriksə, müvəqqəti əmanətçi deyil, vəzifənin tələblərini yerinə yetirən və mənəvi keyfiyyətinə diqqət edən "daimi əmanətçi" olmağa çalışmalıyıq. Bunun üçün bir-birimizi, xüsusilə dualarla dəstəkləməli, həm özümüz, həm də yoldaşlarımız üçün sürəkli "Ya Rəbbim, qüsurumuzu bağışla. Bizi özünə qul qəbul et. Əmanətini alacağın ana qədər bizi əmanətə sadiq et" deməliyik. (29:42)
Çay süfrəsində həqiqət damlaları... (31:28)
- Bizim gizli planlarımız olduğunu iddia edənlər bir gün həqiqəti anlayacaq və xəcalət çəkəcəklər. Bizim vəzifəmiz həqiqətləri səbirlə, mülayimliklə, şəffaflıqla izah etməyə davam etmək, Allahın rizasından başqa heç bir arzumuzun olmadığını hər fürsətdə dilə gətirməkdir. (32:30)
- Etməyə çalışdığım qulluğun əvəzində Cənnətə də razı deyiləm. Onu Allah öz lütfü ilə versə, verər, mən yalnız Onu istəyirəm. Hazırkı vəziyyətimi Həsən Şazəliliyə, Əhməd Rüfailiyə, Şahi-Nəqşibəndliyə dəyişmərəm. Mənə desələr ki, "Səni bu vəziyyətdən qurtarıb Qavsı-Əzəm dərəcəsinə yüksəldəcəyik”. And olsun ki, istəmərəm. Haşa, bu, Haqq dostlarını əhəmiyyətsiz görmək deyildir; mən dualarımda onların adlarını çəkirəm və "Allahım, mənə onların şəfaətini nəsib et" deyirəm. Onların necə yüksək şəxslər olduğunu, özümün isə heç olduğumu, dayaz insan olduğumu bilirəm. Lakin ifadə etməliyəm ki, dünya mənfəəti bir tərəfə, kəşf, kəramət və xariqüladəliklər istəməyi, hətta übudiyyəti Cənnət üçün yerinə yetirməyi belə qulluq anlayışıma zidd hesab edirəm. (35:08)
- Bu gün terrorla, kamikadze və manqurtlaşmış insanlarla ləkələnən İslamiyyət dialoqla, nümunəvi təmsillə yenidən əhya edilməlidir ki, bu da bizim ən böyük vəzifələrimizdən biridir. (40:00)
- "Bir şam başqa bir şamı alışdırmaqla işığından heç nə itirməz". (42:33)
- tarixində yaradılmışdır.