Beyət Mədəniyyəti və Fikir Azadlığı
Sual: Bəzi şəxslər bir camaata, təriqətə və ya hərəkata mənsub olanların ağıllarını böyüklərinə əsir verdiklərini dilə gətirib buna da "beyət mədəniyyəti" deyirlər. İslamda beyət nədir və nə cür həyata keçirilmişdir? Bağlılığa söz verdikdən sonra, mütləq mənada itaətmi lazımdır, yəni beyət şəxsi fikirlərin dilə gətirilməsinə və ortaq məxrəcli ağlın fəaliyyətinə manedirmi? Bu prizmadan "beyət mədəniyyəti" anlayışını dəyərləndirə bilərsinizmi?
- Qəbul etmək, razı olmaq və təsdiq etmək mənasında istifadə edilən beyət sözü termin olaraq "Bir mükəlləfin işin əhli olan bir camaat (Əhlul-hall vəl-akd) tərəfindən təsbit edilən Xəlifəyə (İmama, Ülul-əmrə) itaət edəcəyinə və sadiq qalacağına dair söz verməsidir". (01.11)
- "(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!" (Ali-İmran, 3/81) məallı ayədə də işarə edildiyi kimi, Uca Allah göndərdiyi hər peyğəmbərə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) vəsflərini bildirmiş və öz ümmətinə Onu müjdələyəcəklərinə dair onlardan söz almışdır. Bu söz alma da bir növ beyətdir və bu baxımdan beyət İlahi əxlaqdır. (02.28)
- Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) həyatında bir neçə dəfə səhabələrindən Ona beyət etmələrini istəmişdir. Ənsar Əqabə Beyətində Onu hər cür şərdən qoruyacaqlarına söz vermiş və beyət etmişlər. Daha sonra bu beyət işi Məkkədən Mədinəyə hicrətdən sonra Hudeybiyədə həyata keçmiş və zamanla sistemləşdi. (05.40)
- İnsanlığın İftixar Tablosundan sonra Raşid Xəlifələri də daxil, dini olmaqla yanaşı, siyasi mahiyyətə də bürünən beyət tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir. Bu yönü ilə beyət bir nəfəri idarəçi olaraq təsdiqləmək və ona itaət etmək üçün söz verməkdir, başqa sözlə, hansı yolla olur-olsun, bir iş və vəzifə üçün insanlar arasında ən uyğun və ən ləyaqətli olanını azad iradə ilə seçmə və ona xalqın məsuliyyətini vermə işidir. (13.40)
- Camaat ilə cəmiyyət arasındakı fərq.. və "İslama xidmət"in ağla, məntiqə uyğunluğun birləşdiriciliyi... (15.45)
- Təməli dinə söykənən bir mövzuda söz vermək "nəzir"dir və onu mütləq yerinə yetirmək lazımdır. İleyi-kəlimətullaha və dinə xidmət yolunda ömrünü vermək də buna daxildir. Beləliklə, hansı dövrdə olur-olsun, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) əmanətlərinə sahib çıxmaq bilavasitə beyətin zərurətidir. Bəli, bu dövrdə möminlərin beyəti, İslam naminə, olduqları yerin qədir-qiymətini bilmələri, təmənnasız Allah Rəsulunun adını dünyaya yayma uğrunda səy göstərmələri və heç küsüb-incimədən sarsılmaz bir əzmlə bu yolda getmələridir. (17.17)
- Dövlət rəisi və ya başçı Allah tərəfindən dəstək görsə, vəhy və ilhamla da bəslənsə, yenə də istişarə etmək məcburiyyətindədir.. bu günə qədər də bu həmişə belə davam etmişdir. Bəzən ona əhəmiyyət verməyənlər olmuş olsa da, onu müxtəlif ad və ünvanlarla davam etdirən millət və cəmiyyətlərin sayı da az deyil. Əslində, bu günə qədər onu görməzlikdən gələn və ya gözardı edən heç bir cəmiyyət qurtula bilməmişdir. Elə Əfəndimiz də ümmətin qurtuluş və gələcəyini: "İstişarə edən itirməz" sözləri ilə məşvərətə (şuraya) bağlamırmı? (27.58)
- Peyğəmbər Əfəndimiz (s.ə.s.) hər məsələdə səhabələri ilə məşvərət edərək onların düşüncə və fikirlərini alır, planladığı hər işi xalqın rəyinə verir və onun hissiyyat, duyğu və təmayüllərini təməl sütun kimi istifadə edərək qərar verdiyi işlərə müqavimət baxımından ayrı bir güc qazandırırdı. Yəni planlanan işlərə hər kəsin ruh və fikirlə iştirakını təmin edərək lahiyələrini ən möhkəm təməllər üzərində həyata keçirirdi. (29.18)
- Allah Rəsulu (s.ə.s.) Hudeybiyə müqaviləsi əsnasında da məşvərətə, şuraya baş vurmuş, hər kəsin görüş və düşüncələrini aldıqdan sonra Ümmü Sələmə anamızın fikirlərinə də dəyər vermişdir, sonra da şəxsi təmayülü yönündə ortaya atılan görüşlərə görə bir yol və strategiya müəyyən etmiş və mütləq bir məğlubiyyəti zəfərə çevirərək Mədinəyə elə qayıtmışdı. (30.40)
- İdarəçi mövqeyində olan və hörmət göstərilən şəxslər idarəsi altındakı insanların hər yöndən inkişaflarını da təmin etməli, öz fikirlərini rahat ifadə etmələrinə fürsət verməli, bir mövzu haqqında hər kəsin öz fikirlərini dilə gətirmələrinə şərait yaratmalı beləcə, bir düşüncəni min düşüncəyə çıxarmalıdırlar. Qarşıdakılar da qətiyyən üsyan, baş qaldırma və inadkarlıq göstərmədən uyğun bir dillə: "Quranın filan ayəsinə, Sünnətin filan əmrinə, filan mütəfəkkirin bu fikrinə və məntiqin bu qaydasına görə bu məsələ belə də ola bilər" şəklində fikirlərini bildirməlidirlər. (35.37)
- Hər məsələyə etiraz etmə, hər təklifə baş qaldırma, kim nə deyir-desin, o insan sözünü bitirmədən qarşı çıxma və bunu bir əxlaq kimi mənimsəməklə üsuluna uyğun və səmimi şəkildə fikir bildirmə eyni kateqoriyada dəyərləndirilə bilməz. Qaydalarına riayət edilən və nəzakət çərçivəsində ortaya qoyulan bir münazirə və müzakirə nəticəsində mütləq bəzi həqiqətlər ortaya çıxar. Həzrəti Ömərlə bir qadın arasında baş verən mehir haqqında söhbəti.. və Həzrəti Xalidin ona etiraz edənə cavabı bu məsələnin iki gözəl nümunəsidir… (39.00)
- tarixində yaradılmışdır.