Vay halına belə namaz qılanların!..
Sual: “Maun” surəsində bəzi namaz qılanlar haqqında "veyl olsun" qınağı işlədilir və bu qınaq onların "sahun" olmalarına bağlanır. "Sahun" ifadəsindən məqsəd nədir, “veyl olsun” qınağına tuş gələn musallin kimlərdir? Namaz qıldığı halda "qafil" sayılan insanlardan olmamaq üçün nələrə diqqət yetirilməlidir?
- Cənabi-Haqq “Maun” surəsində məalən belə buyurur: "Bismilləhir-Rahmənir-Rahim. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)”. (00.54)
- İlahi sistemi təkzib edənlər ən böyük yalançılardır. (02.38)
- Bədiüzzaman həzrətlərinə görə: "Sən işlə, mən yeyim" anlayışı insanları kin, həsəd və qarşıdurmaya sövq etmiş, cəmiyyətlərin sabitliyini pozmuşdur. Varlılarla kasıblar arasında tarazlığın pozulmasının, kin və düşmənçiliyin körüklənməsinin bir başqa səbəbi də "Mən tox olum, başqası aclıqdan ölsə, mənə nə!" anlayışıdır. (04.44)
- Namaz bütün ibadətlərin əsası, ruhu və piridir. O, din səfinəsinin (gəmi) dirəyi və Allaha qulluğun rəmzidir. (08.15)
- "Veyl" sözü həm qınaq mənasını verir, həm də Cəhənnəmin ən dərin dərəsinin adıdır. Bu səbəbdən, namazın dəyərini bilməyən və ona lazımi qayğı göstərməyənlər bunda israr edib etməmələrinə və tövbə ilə təmizlənib təmizlənməmələrinə görə "vay halına" qınağından Cəhənnəm əzabına qədər uzanan bir yolda müxtəlif cəzalara tuş gələcəkdir. (08.42)
- Allah-Təala laübali və qafil qəlbin duasını qəbul etməz. (10.13)
- "Sahun" namaza əhəmiyyət verməyən və onu lazımi şəkildə yerinə yetirməyənlərdir ki, namazı dünyəvi məqsədlərə alət edən münafiqlərdən onu layiqincə qılmayan möminlərə qədər bir çox insan bu sinifdən qəbul edilə bilər. Bununla yanaşı, "sahun" deyilincə əvvəlcə namazın mənasına inanmayan, onun əda edilib edilmədiyinə məhəl qoymayan, vaxtına diqqət etməyən, namazsız vaxtın keçməsinə üzülməyən, qılanda da Allah üçün xalis niyyət ilə deyil, dünyəvi məqsədlər üçün tənbəl-tənbəl, istəməyərək qılan; insanların yanında qılsa da tək qalanda qılmayan və həyatını "gözə girmə" duyğusuna bağlı sürdürən münafiqlər ağla gəlir. (11.17)
- “Maun” surəsində axirətdə hesab verməyə inanmağın əsas iki əlaməti olaraq namazı lazımi şəkildə qılma və ictimai yardımlaşma üzərində durulur. Namazdan bixəbər olduqları halda dindar görünüb riyakarlıq etdiyi kimi, zəkat və sədəqə verməkdən də qaçınan, hətta borc vermə kimi ən kiçik köməyi belə əsirgəyən xəsislərə "veyl olsun" deyilir. (16.23)
- Gözləyib namazı vaxtın sonunda necə gəldi qılan da "sahun" kateqoriyasına daxil edilə bilər. Namaz vaxta bağlı bir ibadətdir və mütləq təyin olunmuş vaxt içərisində qılınmalıdır. (19.31)
- "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar) " (Məryəm, 19/59) məallı ayə xeyirsiz nəsillərin ən bariz xüsusiyyətləri olaraq namazı hədər etmələrini və nəfsani arzularının arxasınca sürünmələrini nəzərə verir. (20.53)
- Namazı layiqli şəkildə qılmayanların günahlardan qorunmaları mümkün olmadığı kimi, günahlardan qaçmayanların da namazı layiqli şəkildə qılmaları düşünülə bilməz. (24.43)
- “Muddəssir” surəsində (74/43-47) Cəhənnəmlikləri alova aparan səbəblər belə sıralanır: "Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)" (27.06)
- “Mu'minun” surəsində isə Cənnətlikləri əbədi səadətə aparan səbəblər belə sıralanır: Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!). O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!). O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar)”. (28.22)
- tarixində yaradılmışdır.