Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Dayanmadan irəliyəcəksiniz!..
Səbəbi kim olur-olsun, çətinliklər kamilliyə aparan ən mühüm yollardan biridir. Əks halda Allah ən sevdiyi bəndələrini təknədə xəmir kimi yoğurmaz və yoğrulmasına imkan verməzdi. (00:40)
Təzyiqlərə, əzab-əziyyətlərə, sıxıntılara məruz qalsaq da, istədiyimiz kimi ömür sürmə imkanında məhrum edilsək də, Cənabi-Allahın pak muradını arzularımızdan üstün tutmalıyıq. (01:45)
Zati-Üluhiyyətin hökmünə səmimi qəlbdən razı olmaqla yanaşı, Həzrəti Ruhi-Seyyidil-Ənamın (aleyhi lfü əlfi lalatin və salam) nübüvvətindən və İslam dinindən razı olmaq da çox mühümdür. Feili və qövli duadan sonra, nəticəsindən aslıl olmayaraq, qədər və qəzanı sevə-sevə qəbul etmək də bu razılığın bir göstəricisidir. Ona görə də Sünnədə səhər-axşam oxunan dualarda bu məsələyə də yer verilmişdir. “Rəbb olaraq Allahdan (cəllə cəlaluhu), din olaraq İslamdan, peyğəmbər olaraq da Həzrəti Məhəmməddən (aleyhissalatu vəsəlləm) razıyıq.” (02:13)
Əslində insanın ağlı, məntiqi və mühakiməsi – bunların hər üçünü bir məfhum kimi də götürmək olar– nübüvvəti və onun yolunu mənimsəyib bu fəyyaz çeşmədən tam yararlana bilsə, bir tərəfdən özünə aid çərçivənin hüdudlarına yaxınlaşar, digər tərəfdən də kiminsə aldanmasına baiskar olmaz. Hər şeydən əvvəl insan bu cür davranmaqla bütün xilqətə hökm edən Rəbbin sonsuz qüdrətinə və hər şeyi əhatə edən əngin elminə təslim olmaqdadır. Buna ağıl və məntiqin “məhsul”unu, ağılla, məntiqlə hazırlanan planları və müxtəlif sahələrdə aparılan araşdırmaları, əldə olunan təcrübələri, yəni ərzi (dünyəvi) nə varsa, səmaviləşdirmək üçün hər şeyi vəyhin süzgəcindən keçirmək kimi də baxmaq mümkündür. Əslində ağlı da yaradan Allahdır, ona vəhylə kamilləşmə yolunu göstərən də... Allah insanın gözünü ağıl vasitəsi ilə açmış, vəhyin köməyi ilə də ağılın doğru görüb doğru düşünməsini təmin edərək ona daha geniş mühakimə sahəsi hazırlamışdır... Və əhatəli bəyanı ilə bəşər üstündə icbari höccətini təsis etmişdir. Başqa sözlə, Allah hər şeyi əhatə edən “vəhy müəssisəsini” dağınıq və bir-birindən qopuq mahiyyətdə olan ağıl və mühakimənin fərqli yollarını birləşdirən və bunların müqayisə “məhsullarını” yoxlayan bir laboratoriyaya çevirmişdir. (07:30)
İlk gündən əshabi-kiramın, daha sonra sələfi-salehinin Quran və hədisə həssas yanaşması və təqdirəşayan qeyrəti sayəsində səhih və mövzu olan məsələlər bir-birindən ayrılmış, Quran kimi sünnə də “Şübhəsiz ki, o zikri, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (“Hicr” surəsi, 15\9) ayəsinin hökmünə daxil olmaqla ilahi hifzlə bu günədək gəlib çıxmışdır. Sözügedən ilahi bəyanda Cənabi-Allah kibriya və əzəmətini vurğulamaqla yanaşı, Müsəbbibül-əsbab (Bütün səbəbləri xəlq edən Allah) olaraq bəzi icraatında səbəblərə yer verdiyinə də işarə etməkdədir. Quranı nazil edən də, onu qoruyan da Həzrəti Allahdır. Buna baxmayaraq, Rəbbi-Hakim Quranı Həzrəti Cəbraillə göndərdiyi kimi, Uca Kitabını qorumaq üçün də vəhy katiblərindən, onların yazdıqları nüsxələrdən və onun hər bir hərfinə vaqif olan hafizlərdən istifadə etmişdir, etməkdədir. Əhməd ibn Hənbəl kimi mühəddislərin dərin biliyinə baxanda bu həqiqət daha aydın olur. (10:14)
İrşad və məfkurə naminə göstərilən fəaliyyətlər Kitab və sünnə süzgəcindən keçirilməli və İcmanın prinsipləri ilə təzad təşkil etməməlidir. Ölkədə və ölkə xaricində fəaliyyət göstərən təhsil müəssisələri də məhz bu Haqqa xidmət anlayışın nəticəsidir. (13:00)
Lüğəvi mənası Allahın kəlməsini ucaltmaq olan “ileyi-kəlimətullah”ın istilahi anlamı Allahın adını və ya İslam dininin tövhid əqidəsini layiqli şəkildə ucaltmaq və yaymaqdır. Bu termini “cihad” sözü ilə də əvəz etmək olar. Peyğəmbərimiz Allah yolunda həqiqi mücahidin kim olduğuna dair suala: “Sırf Allahın adı ucalsın deyə (ileyi-kəlimətullah üçün) cihad edən Allah yolundadır,” buyurmuşdur. Allaha iman etmək və Onun cəlil adını ucaltmağa çalışmaq möminlik əlamətidir. Əslində Allahın adı onsuz da ucadır, o, həmişə alidir, ancaq biz “Onun adını ucaltmaq” ifadəsini öz idrak səviyyəmizə görə işlədirik. İleyi-kəlimətullah getdikcə qaralan qəlbləri kirdən və ləkələrdən arındıraraq əsl Sahibinə layiq vəziyyətə gətirmək, könül taxtını Məlikül-Mülkə, Məlikül-Mülükə təqdim etmək və Yaradanla bəndə arasındaki maneələri aradan qaldırmaqdır. Bu niyyətlə yola çıxmısınızsa, bu məqsədlə bir qisim fəaliyyətlərdə iştirak edirsinizsə, bu yol Quran və Sünnəyə uyğun olandan sonra kim nə deyir-desin, davam etməlisiniz. Unutmamalısınız ki, İnsanlığın İftixarının heç bir hərəkəti yanlış deyildi, amma Onun belə nə qədər əleyhdarı vardı. (16:12)
Quran buyurur: “(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəldib ona tapınmağa başladı. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm elədilər.” (“Əraf” surəsi, 7\148). Demək, hökmün şər adamların əlinə keçməsi, yaxud da möminlərin mübarizədən geri çəkilməsi İsrail oğullarında buzov inancın yenidən dirçəlməsinə əlverişli zəmin hazırlamışdı. Onların içində səssiz-səmirsiz yatan o qulyabani düşüncələr birdən “xortlamış” və buzov şəklində üzə çıxmışdı. Orada Samirinin – o da İsrail oğullarındandı – dediyi sözlər boş bahanə idi. Həzrəti Musanın: “Səni nə vadar elədi ki, belə bir işə əl atdın?” sözünə Samiri: “Mən onların görmədiyini görmüşəm”, − cavabını vermişdi. Əksər müfəssir bunu “Samiri Cəbrailin ayaq basdığı yerdən bir ovuc torpaq götürüb ondan buzovu düzəldəndə istifadə etdi” şəklində izah etmişdir. Bu həqiqət ola bilər. Bəli, o, könüllərə və ruhlara həyat olan ilahi vəhyi gətirdiyi kimi, ölünun dirilməsinə də səbəb ola bilərdi. Yəni onun ayaq basdığı yerlər göyərə bilərdi, oradan götürülən bir ovuc torpaq bütün ölüləri dirçəldə bilərdi. Lakin bunu sübut edən səhih bir hədis tapmaq mümkün deyil. Burada əsas məsələ Qurani-Kərimin Həzrəti Musanın dili ilə bəyan etdiyi kimi, bunun bir fitnə və imtahan olmasıdır. (18:30)
İffətsizlik insanda dağınıqlıq meydana gətirir. Dağınıq insanların yuxuları da natəmizdir, xəyalları da... Möminin sırf bir qibləyə yönəlməsi, ancaq Onun qapısına üz tutması, fikri bu şəkildə bir istiqamətdə cəmləməsi onun zəkasını elə “itiləyər” ki, min dahinin çarəsiz qaldığı məsələləri belə həll edər. Ənbiyayi-izam beləydi... Onların iffətinə, ismətinə, fətnətinə, idrakına, böyüklüyünə bizim ağlımız çatmaz. Ancaq buna baxmayaraq onlara da etiraz edənlər var. (20:48)
Əsas məsələ Allahın dediyini eləməkdir. Eləyəndə də filankəsin əleyhinə olmaq, filankəsə görə hərəkət etmək, kiməsə əngəl törətmək, yaxud da “Niyə filankəslərə filan işdə rəqib olmayaq?” kimi qısqanclıq və rəqabət düşüncəsinə qapılmamaq lazımdır. Görülən işlər Qurani-Kərimin və Sünnənin dəyişməz prinsiplərinə uyğundursa, tərəddüdə düşməmək və maneçilik törədən kim olur-olsun, görməzliyə vurmaq lazımdır. “Bir qapı bənd edərsə, min qapı eylər güşad. \ Həzrəti Allah, əfəndi, Müfəttihül-əbvabdır.” (Şəmsi) (21:29)
Deyə bilmərəm ki, mən səmimi müsəlmanam, ancaq həyatımı Ondan başqa bir şeyə həsr etdiyimi inkar etsəm, Allahın lütfünə hörmətsizlik etmiş olaram. Bu da təhdisi-nemətdir (nemətə şükür). Əlli dəfə əngəl çıxıb. İllərdən bəri preslənmişəm. Buradakı da onun kimi bir şeydir. Həmişə üstümə gəliblər. Cənabi-Allah götürdü, bir yerdən o bir yerə qoydu, sizi də həmçinin... Həmişə belə olub... Ancaq belə şeylər qətiyyən bizi ümidsiz etməməli, işlərimizə mane olmamalıdır. (23:28)
Dünyaya qəbul etdirmək, sevdirmək bizim işimiz deyil. Allah-taala Peyğəmbərinə belə buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!” (“Qasas” surəsi, 28\56) Hidayət sizin ağlınızla, fikrinizlə, hislərinizlə həqiqəti axtarmağınızın nəticəsində Allahın içinizdə alışdırdığı bir məşəldir. Siz səbəblərə riayət etsəniz, Allah da o alovu içinizdə alışdırar... bunun sayəsində hər şeyi doğru şəkildə görərsiniz. Bu, Ona aid bir şeydir. Sədi Təftəzaninin sözü ilə desək: “İman Cənabi-Allahın istədiyi bəndəsinin qəlbində onun cüzi-iradədən istifadə etməsindən sonra alışdırdığı bir nurdur.” (24:36)
Ustad Həzrətləri bu məsələ ilə bağlı Cəlaləddin Xarəzmşahı misal çəkir. Məşhur hadisədir: bir vaxtlar Çingizin ordusunu dəfələrlə məğlub edən İslam qəhrəmanı Cəlaləddin Xarəzmşah döyüşə çıxmadan qabaq: “Sən zəfər qazanacaqsan. Cənabi-Allah səni qalib edəcək”, deyən təbəə və vəzirlərinə belə cavab vermişdi: “Mənim vəzifəm Allahın əmrinə tabe olub cihad etməkdir. Cənabi-Allahın işinə qarışmaram. Qalib və ya məğlub etmək Onun işidir.” Şəni-rübubiyyətinə qarışmaram, O, nə istəsə, onu edər. (25:18)
Hər bir mömin bu düşüncəyə sadiq qalaraq kitab və sünnə çərçivəsində bütün vəzifələrini yerinə yetirməli, öhdəsinə düşən bütün işləri görməli, nə dostun vəfası, nə də düşmənin cəfasından sarsılmalıdır. Heç kimi incitməməli, qərəzdən uzaq durmalı, işlərini kiməsə reaksiya olaraq görməməlidir. Bu kimi hallar ixlasa xələl gətirir. Ancaq doğrunu müdafiə etməkdən də əl çəkməməlidir. Əks təqdirdə həqiqətə hörmətsizlik etmiş olar. (26:36)
Ən çətin şey könüllərə yol tapmaqdır. Bir yerdə Haqq yolunda gördüyü işləri bitirib kənara çəkilmədən yeni bir işə can atan, bunu tələb edən insanlara biz bu işi gördürə bilərikmi? Burada açıq-aşkar ilahi məşiət var. Yaxşlıq edir, bundan doymurlar, “Həl-min-məzid” deyirlər. Əqli-səlim, hissi-səlim, ruhi-səlim deyir ki: “Bəşəriyyət üçün bir iş görmək istəyiriksə, yol budur, üsul budur!..” (31:16)
Çox pis şeylər eşidə biilərsiniz, rica edirəm, eyni şəkildə qarşılıq verməmək lazımdır. Tvitter kimi şeylər var; yaxşı şeylərdə istifadə edilsə, Allahın rəhməti, insanların arasını vurursa, Allahın bəlasıdır. İnsanlar “ata-ata (burda “tvit atmaq” mənasında işlədilib)” dururlar... İnsanlar bu “atılan” şeylərə aldanır, bu dəfə özləri atmağa başlayırlar... “Maskası düşdü!..” deyənlər var... Ay qardaş, sən möminsən, yaxşı deyil axı. Əgər qitmir (özünü nəzərdə tutur) maska taxsaydı, əhli-zəlalət ondan əl çəkərdi. 1960-da, 1970-də, 1980-də və 28 Fevralda presləndim... Adama deyərlər: “Niyə sənin yaxandan yapışmırlar?” Həzrəti Musanın, Həzrəti İsanın və Peyğəmbərimizin (ala seyyidinə və aleyhiməssalatu vəssalam) yaxasını buraxdılarmı?.. Məncə, sən özünü bir də nəzərdən keçir. Amma mənə qalsa, mən heç bunu da deməməliyəm... İncinsək də, incitməməliyik, ürəyimizi sındırsalar da, sındırmamalıyıq... İnsanların könüllərini fəth etməliyik, ilahi nəzərgah olan qəlblərə əsla toxunmamalıyıq. Bizim vəzifəmiz “Eyvallah! − Bu ərəbcə “i vallah” şəklində işlənir və “Bəli, vallah, elədir!” mənasına gəlir” − deməkdir... (32:56)
“İllah da hər kəs bizi qəbul etsin, tərifləsin, gözəl qarşılasın, təqdir etsin” kimi bir təmənnamız olmamalıdır. Təmənna umaraq iş görənlər heç vaxt müvəffəqiyyət əldə etməmişdir. Bəzi şeylərə müvəqqəti nail olsalar da, şiddətli bir külək əsər-əsməz sovrulub getmişlər... İşi təmənnasız görmək lazımdır. Bizim bir təmənnamız var, o da Allahın rizasını qazanmaq və bu işi ixlasla görüb Ona təqdim etməkdir. Nə kin, nə qərəz, nə nifrət, nə kiməsə “firon”, “nəmrud”, “tiran” demək!... Ancaq bəziləri sözlərimi “boy-buxun”una baxıb özünə götürürsə, yanlış təvil, izahlarla hadisəni səhv başa düşürsə, özünə hörmətsizlik etmiş olur. (37:26)
Unudulası şeylər dünya və dünya nemətləridir. Dünya cah-calalı, dünya səltənətidir. Allahın çoxlu mal-mülk bəxş etdiyi insanlar var, onlar da bir məktəb, bir yataqxana və bir oxuma salonu tikib sizə əmanət edirlər. Sizə bu qədər güvənirlərsə, demək, onların etibarını qazanmısınız. Məncə, bu etibardan şəxsi mənafeyiniz üçün istifadə edib ona xələl gətirməyin, yoxsa o yol da tıxanar, nə qədər çalışsanız da, aça bilməzsiniz. Etibara xələl gəlməməlidir, bu gün sizi necə tanıyırlarsa, elə də qalmalısınız, ta ölüm gəlib qapınızı döyənədək... Dünyaya çılpaq gəlmisniz; qoy öləndə sizə kəfən almağa pul tapmasınlar, “Görən, bu yazığa bir kəfəni haradan tapacağıq?” desinlər. (38:54)
Qurani-Kərim buyurur: “Allaha tərəf qaçın! Onun mərhəmətinə sığının! Mən sizi Ondan açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (“Zəriyət” surəsi, 51\50) (40:47)