Əmanətdə Nə Qədər Etibarlıyıq?
Sual: Böyüklərimizin: "Ya Rəbb, xətalarımızı bağışla. Bizi özünə qul qəbul et. Əmanətini alacağın ana qədər də bizi əmanətə xəyanət edənlərdən etmə" deyə dua etdiklərinə şahid oluruq. Əmanətdən qəsd olunan məna sadəcə candırmı? Vəzifələrimiz, müəssisələrimiz və müxatəb olduqlarımız, qısacası imana xidmət etmə baxımından "əmanət" anlayışını izah edə bilərsinizmi?
- Verilən və əldə olunan hər şey əmanətdir. Hər əmanət isə bir növ nemətdir və öz cinsindən şükrü tələb edir. (01.00)
- Hər insana bədəni bir əmanətdir, onun yüksək insani dəyərlərlə təchiz olunması isə bir başqa əmanətdir. İman ən dəyərli əmanət; Cənnət arzusu və oraya girə bilmə istedadı, üsulu, bundan daha önəmlisi Haqqın Camalını müşahidə edə bilmə qabiliyyəti tamam ayrı bir əmanətdir. (03.05)
- İman və ibadət əmanətlərinə xəyanət etməmək üçün insanın könlü daima Cənabi-Haqqa təzərrö və niyazda olmalı, Onun himayə və inayətinə sığınmalıdır. "Allahümmə ya Muqallibəl qulub, səbbit qalbi ala dinikə - Ey qəlbləri o yan-bu yana çevirən Allahım! Mənim qəlbimi dinində sabitqədəm et!" və "Allahümmə ya Musarrifəl Qulub, sarrif qulubəna ila taatiq - Ey qəlbləri haldan-hala salan Rəbbim! Qəlblərimizi ibadət və taətə yönəlt!" duaları Peyğəmbər Əfəndimizin dilindən düşməzmiş. (04.45)
- Nəfsimiz, imanımız, ibadətlərimiz... hər şeyimiz əmanət olduğu kimi, uca dinimiz, İslama xidmət düşüncəmiz, dünyagörüşümüz və həyat fəlsəfəmiz də bizə əmanətdir. Bunlar dünən sələflərimizin çiyinlərinə yüklənmişdi; bu gün bizim öhdəmizdədir; sabah da sonrakı nəsillərə ötürüləcək. Bu əmanətləri deformasiyaya uğradaraq təhvil vermək doğru deyil. Əgər biz əmanətlərə sahib çıxmaz, onları lazımi səviyyədə qorumaz və sağlam şəkildə xələflərimizə təslim etməzsək, gələcəyin sahiblərini ruhi travmaya məruz qoymuş olarıq ki, bu həm məfkurəmizə xəyanət, həm də gələcəyin nəsillərinə böyük bir haqsızlıqdır. (06.03)
- Həzrəti İsanı (ə.s.) tit-tir titrədən hesab qorxusu.. "Şəfaət hədisi"ndə nəzərə çatdırılan Məsihin xəcaləti.. və Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin təmkini... (09.40)
- Dostlarınıza yüksək məqam aid edib onları şişirmə əvəzinə, mübaliğələrlə boyunlarını qırma əvəzinə və başqalarının qısqanclığına səbəb olma əvəzinə onlara qarşı sədaqətli olub qardaşlığın, birliyin haqqını verin. (14.15)
- Allah Rəsulu: "Münafiqin əlaməti üçdür: Danışanda yalan danışar, söz verəndə sözünü yerinə yetirməz, ona bir şey əmanət ediləndə əmanətə xəyanət edər" buyurmuş; bəzi rəvayətlərdə ən xain planlarını dostluq pərdəsi altında həyata keçirməyi də nifaq əlaməti olaraq zikr etmişdir. Bəli, əmanətə xəyanət edən, əmniyyyətdən uzaqlaşma nisbətində imandan uzaqlaşmış və bir o qədər də küfrə açıq hala gəlmiş olar. Beləliklə, yalanın, əhdə vəfasızlığın və əmanətə xəyanətin elə növləri var ki, bunlar insanı tamamilə münafiq edə bilər. Bu nalayiq hərəkətləri edənlərin hamısı münafiq olmasa da, bir yalan mənfəzindən nifaqa düşə bilər; bir əmanətə xəyanət çuxurundan küfrə yuvarlana bilər; sözündə durmama ya da həyasızca düşmənlik etmə kimi günahlarla münafiqlər cərgəsinə keçə bilər. (16.53)
- Ümməti-Muhammədin (s.ə.s.) öhdəsindəki ən böyük əmanətlərdən biri də Qurani-Kərimdir. (20.13)
- Laqeydlik xəyanət sayılarmı? (22.23)
- Əmanət saydığı bayrağı yerə salmayıb əmin əllərə təslim etmək üçün can atan və Həzrəti Xalidi görüncə: "Bunu sənin üçün daşıyırdım; bunun sahibi sənsən!.." deyən fədakar ruhun verdiyi dərs... (23.40)
- tarixində yaradılmışdır.