Əməli (feili) Milliyyətçilik və Vətən Həsrəti
Sual: Ümumiyyətlə mənfi və müsbət iki qrupa bölünən "milliyyətçilik" anlayışını "nəzəri" və "əməli (feili)" milliyyətçilik olaraq fərqli şəkildə də təsnif edirsiniz. "Əməli (feili) milliyyətçilik" təbirinə yüklədiyiniz mənaları izah edə bilərsinizmi?
- Millət və milliyyətçilik təbirlərindən nə başa düşülməlidir? (01.05)
- Bu gün İslam dünyasına müsəllət olan güvə nifaq güvəsidir; qurd gövdənin içinə girib cəmiyyətin qanını əmir. Nifaq zənciri, müsəlmanların yaşadığı coğrafiyada hökm etməyə başladığı gündən bəri milliyyətçilik məfhumu adına müxtəlif nəzəriyyələr ortaya atmaq və irq mülahizələrini xortlatmaqla cəmiyyəti bölüb parçalamağa çalışır. (07.10)
- Bir vaxtlar İttihatçıların arxasınca gedən biri Abdulhəmid Xanın taxtdan endirilməsindən qısa bir vaxt sonra Dövləti-Aliyəyə (Osmanlı) tabe dövlətlərin qırılmış təsbehin muncuqları kimi darmadağın olduğunu görüb min peşman "Abdulhəmidin Ruhaniyyətindən İstimdat" dilənib peşmanlığını ifadə edərkən belə deyirdi:
“Milliyet davası fıska büründü
Rida-yı diyanet yerde süründü
Türkün ruhu zorla asi göründü
Hem Peygamberine hem Allahına” - Əməli (feili) milliyyətçilik; bu mövzudan bəhs etməkdən, alovlu nitqlər söyləməkdən daha çox ölkəmizin bir gün layiq olduğu yerə gələcək, dövlətlərarası müvazinətə yön verəcək və haqqın səsi-sədası olacaq bir dövlət ola bilməsi üçün çalışıb-çabalamaqdır; millətimizin öz dəyərləri ilə zirvələrə sıçraması, şanlı tarixinə layiq ola bilməsi və bənzərsiz gözəllikləri ilə dünyaya işıq saçması üçün hər cür fədakarlığa qatlanaraq bunun gərəyini yerinə yetirməkdir. (12.51)
- Əgər Türkiyə dünyada özünə və tarixinə layiq bir yerə gəlmək istəyirsə, dilini də ümumbəşəri və elmi dilə çevirməlidir. Millətimizin özünü bütün dünyaya tanıda bilməsi və yenidən varlığını isbat edə bilməsi Türk dilinin "dünya dili"nə çevrilməsinə bağlıdır. Beləliklə, təkrar bir daha bizə məxsus olan sözlərin gözdən keçirilməsi, ədəbi əsərlərin diqqətlə dəyərləndirilməsi, dilin öz ruhuna xas köklərinin tapılıb çıxarılması, eyni kökdən müxtəlif sözlərin yaranma metodlarının təyin olunması və əsrlərdən bəri istifadə edilə-edilə incə fərqlər ilə tamamilə müəyyənləşən sözlərin, məsəllərin yayılması, bundan başqa xarici ölkələrin müxtəlif universitetlərində də Türk dilinin tədrisi kimi mövzularda böyük işlərin görülməsi əhəmiyyətli bir şərtdir. Bəli, bu məqsədə xidmət edən hər şey əməli (feili) milliyyətçilik anlayışına daxildir. (15.07)
- Millətini həqiqətən sevən insanlar tarixin bizə miras qoyduğu dəyərləri bütün dünyaya tanıtmaq üçün can atırlar. Sinələri daima din, vətən və millət üçün döyünən bu ruhlar dialoq və təhsil deyib dünyaya açıldılar. Çünki onlar insanımızın gözünün bu yolla açılacağını və ölkəmizin bu yolla güclənəcəyini düşünürlər. Millətimizə qarşı edilən bir xəyanət, bir zülm və bir haqsızlıq qarşısında birgə səslərini yüksəldib dünya xorunu təşkil edərək bütün aləmdə Türkiyənin səsi-sədası olacaq azad lobbilərin, ancaq bu yolla meydana gələcəyinə inanırlar. Bəli, bu düşüncə ilə aparılan fəaliyyətlər də əməli (feili) milliyyətçiliyin ayrı bir yönünü təşkil edir. (16.38)
- Biz: "Ölülərinizi pis əməlləri ilə yad etməyin; əksinə xeyirli yönlərini anın!" xəbərdarlığına uyaraq daima əcdadımızın gözəl yönlərini yad etmək məcburiyyətindəyik. Xeyrul-xələf olmaq bunu tələb edir. (22.35)
- Hədis deyə də rəvayət olunan gözəl bir kəlamda: "Hubbul-vatan minəl-iman - Vətən sevgisi imandandır" deyilir. Vətənin dəyərini vətənindən qoparılan məzlum insanlar çox yaxşı bilir. (28.20)
Sual: Bu yaxınlarda Türkiyənin müxtəlif yerlərindən sizə gətirilən torpaqlardan səccadə düzəltmək istədiyinizi, lakin bidət çıxarmamaq üçün bundan imtina etdiyinizi dediniz. Könlünüz bu dərəcədə vətən sevgisi və onun həsrəti ilə dolu olduğu halda qürbətdə onuncu ilinizi də tamamladınız. Duyğularınızı bizimlə paylaşa bilərsinizmi?
- Gözlərimi ölüm iştiyaqı ilə (həsrəti) açmadığım bir gün yoxdur. "Bu gün də ölmədim!.." deyə kədərlənirəm hər səhər. (33.00)
- Haqq dostlarının səmimi qəlbdən İlahi Camalı görmə arzularına baxmayaraq dinə xidməti seçib burada qalaraq vəzifəyə davam etmələri, hər anını "Rəfiqi-Ala" (Uca Dost) xəyalları ilə keçirdikləri halda Onun təqdirinə riza göstərərək ölümü deyil, Onun rizasını istəmələri və məfkurə düşüncəsi ilə dünyaya bir az da dözmələri "vüslətə qarşı səbir"dir. (33.45)
- Vətənimi çox sevirəm, lakin orada bir qarışıqlığa səbəb olmamaq üçün ölkəmdən gələn torpaqları üzümə-gözümə sürür və qürbətə dözməyə çalışaram. Türkiyədə problem ünsürü olmamaq üçün yerin altında yaşamağa belə razıyam. (35.08)
- Türkiyəmin torpağına səcdə edə bilməyimin hicranı görün nələr düşündürtdü mənə və hansı hisslərlə doldurdu könlümü!.. (36.43)
- Vətən torpağından səccadə və ürək yaxan hıçqırıqlar... (37.31)
- tarixində yaradılmışdır.