İrtica Paranoyyası və Duanın Əsası
Sual: Əslində Anadolu insanından bəslənməsi mümkün olmayan Hizbüt-Təhrir, Hizbul-Vəhşət və son zamanlarda da əl-Qaidə kimi təşkilatlar tərəfindən işləndiyi iddia edilən cinayətlər yaxın keçmişdə ölkəmizdə də tez-tez dilə gətirildi və cürbəcür vəhşiliklər müsəlmanlara isnad edilərək irtica təhlükəsi gündəmlərin ilk sırasına qoyuldu. Yaxşı ki, hal-hazırda bunları törədənlərin bir fiqur və baş verənlərin də intriqa olduğu ortaya çıxır. Bundan əlavə, seçki müddətində irtica məsələsi heç gündəmə gətirilmədi. Bu baxımdan, artıq Türkiyədə irtica oyununun sona çatdığı deyilə bilərmi? Yoxsa, bundan sonra da buna bənzər ssenarilərin istifadə edilməsi ehtimal olunurmu?
- "İrtica" təbiri ərəb dilindən bizim dilimizə keçmişdir. Mənşəyi "dönüş, geriyə dönmə" mənalarına gələn “rücu” sözünə bağlıdır. Bu sözün əsası "geri dönmək" mənasını xatırlatdığına görə, mürtəcelik, mühafizəkarlıq, köhnəni qoruma, yeniyə qarşı çıxma, mədəniyyəti qəbul etməmə, müasirliyə qarşı çıxma və tarixin çarxlarını geriyə çevirərək köhnəni canlandırmağa cəhd etmək kimi mənaları əhatə edən bir anlayış kimi istifadə edilir. (01.40)
- Müəyyən bir təbəqə “irtica” sözünü adi bir söz kimi işlətməkdən daha çox, onu siyasi və ideoloji bir ittiham və kütlələri əzmək vasitəsi olaraq istifadə edir. Bu talesiz şəxslər bəzən asan başa düşülməsi üçün "mürtəcelik" ifadəsini dilə dolayır, çox vaxt da məsələni daha qorxunc göstərmək məqsədilə mənası daha az bilinən "irtica" təbirini seçir və pis qəbul etdikləri, pis bir mənanın qarşılığı olaraq istifadə etdikləri, cəmiyyət nəzərində də bir kabus halına gətirdikləri bu sözlərlə hər fürsətdə müsəlmanları qaralamağa çalışırlar. (04.25)
- Tarixi həqiqətlər nöqteyi-nəzərindən məsələyə baxanda əslində mürtəcelik və irtica sözləri Allahı, peyğəmbəri və dini qəbul etməyənlərin halını daha gözəl ifadə edir. (06.16)
- Kartezyen (Dekartçı) fəlsəfənin davamçıları dinə və elmə iki ayrı sahə olaraq yanaşmış və bu sahələrin sərhədlərinin pozulmaması məsələsində həssas davranmışlar. Bəlkə, onların tənqidləri və doğru olmayan dini təsəvvürlərinə görə "mürtəcelik" demələri bir yöndən doğru ola bilər, lakin kainat kitabını oxumağı təqvanın bir yönü sayan müsəlmanlara elm-din ayrımını da, "irtica"nı da isnad etmək mümkün deyildir. (11.00)
- 28 fevral post-modern çevrilişindən (!) əvvəl bəzi şaşqınlar ortaya çıxdı. Geyim-keçimindən zikir və ibadətlərinə qədər bir çox hal-hərəkətləri ilə tamamilə müxalif bir mənzərə nümayiş etdirən bu şəxslərdən istifadə edildi. Onlara bəzi rollar verildi. Kimi təriqət şeyxi simasına bürünüb mediada ortaya çıxdı, kimi teokratiyaya sevdalanmış bir mürtəcenin roluna girdi, kimi mürtəcelərin toruna düşüb aldanmış bir qurban rolunu oynadı və kimi də qaranlıq güclərə işləyən bir qatil, əlini qana bulayan amansız bir qatil olmasına baxmayaraq, irtica səhnəciyində "Allahın ordusu"nun sadiq bir bəndəsi kimi səhnəyə çıxdı. Bütün aktyorlar rollarını elə real oynadılar ki, demək olar ki, hər kəs baş verənlərin bir oyun olduğunu unudub, doğrudan da, ölkə əldən gedir deyə vahiməyə qapıldı. (15.27)
- Dünən olduğu kimi, bundan sonra da, mənbəyi xaricdən də olan bəzi şər qüvvələr ən səmimi möminləri və həqiqi müsəlmanları terrorist kimi göstərərək yeni bir irtica tufanı qopara bilərlər. (25.00)
Sual: Əvvəlki söhbətlərinizin birində: "İrtica küfrün təqiyəsidir" buyurmuşdunuz. Qaranlıq güclərin keçmişdəki sui-qəsd və hiylələrinin ortaya çıxması bu təqiyənin bir daha istifadə edilmə ehtimalını gücləndirə bilərmi?
- Təqiyə özünü biruzə verməmək, olduğundan fərqli görünmək, inandığının əksinə danışmaq və təhlükələrdən qorunmaq üçün hiyləyə əl atmaq deməkdir. Bəziləri təqiyəni müsəlmanlığa yamamaq istəsələr də, İslamda təqiyə yoxdur. Dinimizdə bir müsəlmanın müharibədə düşmənin zülmündən xilas olmaq və canını qurtarmaq məqsədilə imanını biruzə etməmək kimi: "Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmağınız (çəkinməyiniz) müstəsnadır." (Ali-İmran, 3/28) həqiqətinə bağlı bir rüsxəti olsa da, Şiəlikdəki təqiyənin müsəlmanlıqda yeri yoxdur. Təqiyə Şiə anlayışında, xüsusilə də İran Şiəliyində bir əsas təşkil edir, bu səbəbdən, Anadoludakı saf Ələvi vətəndaşlarımız da təqiyənin nə olduğunu bilmirlər. (30.07)
- İslamda bu mənada təqiyə yoxdur. Yoxdur, lakin indiki dövrdə təqiyənin ən böyüyü edilir. Məsciddəki müsəlmana "müslim" yerinə "mürtəce" deyən, Cənabi-Haqqın kamil və insanlara yeganə din seçdiyi İslamı, ya da onun bəzi əmrlərini "fundamentalizm" və "mürtəcelik" sözləri ilə qaralamaq istəyənlər bu dövrün ən hiyləgər təqiyə edənləridir. Bəli, bir daha qeyd etməliyəm ki, "mürtəce" və buna bənzər vəsflər müəyyən bir təbəqənin təqiyəsidir. Bu çirkin böhtanlar hiylə dolu bir oyunun maskasıdır. (31.22)
- Bizim terminologiyamızda "İslam", "müsəlman", "mömin" təbirləri var, lakin dinə düşmən olanların qəsdən dilimizə gətirdikləri və cahillərin istifadə etdiyi "İslamçı" və "dinçi" kimi ifadələr yoxdur. Dinə görə günah işləyən bir müsəlman günahkar olsa da, mömindir. İslam əsaslarını inkar etməmək şərtilə, onlardan bəzilərini tərk etsə də, müsəlmandır. Beləliklə, bəzi dini mükəlləfiyyətləri yerinə yetirməyən şəxslərə "kafir", "fasiq"... demək nalayiq olduğu kimi, dini tamamilə yaşamaq istəyənə "İslamçı" və ya "dinçi" demək də ən az o qədər hörmətsiz bir ifadədir. (34.27)
Sual: Cövşəni-Kəbir və Əl-Qulubud-Dariya kimi məcmuələrdəki münacatları oxuyarkən Rəbbimizə yalvarış hisləri ilə bərabər onları təfəkkür, mərifət və irşad yönləri də nəzərə alınmalıdırmı? Duaları çox mülahizəli şəkildə oxuma haqqındakı düşüncələrinizi öyrənə bilərikmi?
- Duada insan kimə yönəldiyini və öz yerini yaxşı müəyyən etməli, qəflətdən uzaq olub dediyi hər sözü vicdanında duymalı və hər kəlməni ürəyin simlərinə dəyən mizrab kimi ifadə etməlidir. Hər kəs bu dərəcəyə nail olmaya bilər, amma hər qul bu zirvəni hədəf seçməli və bu hədəfə çatmağa cəhd göstərməlidir. (38.37)
- “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (Bəqərə, 2/201) duasının xatırlatdıqları... (40.15)
- Namazın daxilində ayə və duaların mənaları və məzmunları ilə məşğul olmaq namazın əsasına məxsus hüzura xələl gətirər deyə düzgün hesab edilməmişdir, lakin namaz xaricindəki dualarda dərin mülahizələrə yelkən açmalı və hər kəlməni susuz qalmış bir insanın içdiyi zəmzəm kimi içməyə çalışmalıyıq. (43.05)
- Həzrəti Ustadın dua etməsi... (46.09)
- Cövşəni-Kəbir və Əl-Qulubud-Dariya kimi dua kitablarını oxuyarkən bir yandan acizliyimizi, köməyə möhtac olduğumuzu dilə gətirərək Cənabi-Haqqdan ehtiyacımız olan şeyləri istəməli, digər yandan da bu sətir, cümlə və sözlərin arasına sızaraq mülahizə və təfəkkür səyahətinə çıxmalıyıq. (48. 36)
- “Fatihə” surəsindəki "iyyakə nəbudu" sözünün və bu sözdəki çoxluq bildirən "nun" hərfinin oyatdığı duyğular... (50.03)
- Ustad Həzrətləri İmam Şazəli və Əhməd Bədəvi kimi şəxslərin namazda "Sübhanə rabbiyəl-azim" dedikləri zaman bütün kainat zərrələrini düşündüklərini nəql edər, onlara qibtə edər və onların səviyyəsinə çatmaq istədiyini deyərmiş. O səvyyəyə çata bilmək üçün illərlə çalışmış, Allahla olan irtibatını dərinləşdirmiş və dilindən süzülən hər sözə vicdanın və şüurun möhürünü vurmuş, nəticədə də axtardığını tapmışdır. (51.58)
- "Müqərrəbin səhvi" sözü ilə nə nəzərdə tutulur? (56.07)
- tarixində yaradılmışdır.