Fədakar insanlar və ödəniş fərqi
Sual: Fədakar insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri fədakarlıq olmasına baxmayaraq, bəzi qurumlardakı müəyyən insanlar faiyiqlik (üstünlük, böyüklük) düşüncəsinə və fərqli umacaqlara qapıla bilirlər. Bununla əlaqəli, bəzi insanlar könüllülük əsasında qurulmuş təhsil və dialoq fəaliyyətlərinə aid qurumların nəzdində olduqları halda, özlərini bu fəaliyyət xaricindəki həmkarlarla müqayisə edib ona uyğun müəyyən maaş və həyat standartı istəyə bilirlər. Bu mövzudakı mülahizələrinizi bildirə bilərsinizmi?
- İrşad nə qədər güclü olursa olsun, hər kəsi eyni səviyyəyə çıxarmaq mümkün deyil. Müəssərliyin (nüfuz, təsir) zirvəsində olan Nabinin ifadəsi ilə:
"Deyil halə çıxmış cami içrə kürsiyi- vaza
Guruhu-əncümə nur ayənin təfsir edər məhtab!"
(Ətrafına yığdığı ulduzların ortasında bir ay kimi parlayan, nur ayəsini o nurlu camaata təfsir edən Nur İnsan, Gördüyünüz məscid kürsüsündə nəsihət verən bir vaiz deyil) Həzrəti Sadiqu-Masduq Əfəndimizin (s.ə.s.) ətrafındakı Əshabı-Kiramın belə Ondan istifadələri eyni səviyyədə olmamışdır. (01.11) - İrşad məsləyində, verənin üstünlüyü ilə yanaşı, alanın qabiliyyəti də çox əhəmiyyətlidir. Bəli, “Hər kəsin istedadına vabəstədir əsəri-feyzi / Əbri-nisandan əfi səm, sədəf dürdanə qapar” (Miri) Alış-veriş qabiliyyətlərə görə cərəyan edir; ilan aprel yağışından zəhərini, sədəf də incisini əldə edir. (03.11)
- İxlas, iffət, ismət və istiğna kimi gözəl xüsusiyyətlərə sahib olmanın zəruriliyi ilə çox yaşama arzusu və ehtiras kimi duyğuların xeyrə istiqamətləndirilməsinin zərurəti hər kəsə izah edilir, lakin bunları hər insan öz istedadı nisbətində öyrənib tətbiq edir. (05.40)
- Bəziləri onlara təqdir edilən mövqeyə, mənsəbə, təqaüdə və həyat standartına qənaət etmir və razılaşmılar; onların gözləri həmişə yuxarılardadır. Halbuki, gözün yuxarıda olmasını təmin edən lətifə (duyğu), Allah mərifəti, Allah məhəbbəti və Ona qovuşma eşq və şövqü kimi xüsuslar üçün verilmişdir; dünyəvi və fani şeylərə sərf etmək ondan sui-istifadə etmək deməkdir. (09.30)
- Bəziləri davamlı sizinlə oturub-dursalar da, könül dünyaları etibarilə sizinlə birlikdə olmaya bilərlər. Zahirən içinizdədirlər, amma hallarına qənaət etməz; daim maaşlarında fərqlilik, daha yüksək bir mövqe və daha geniş dünyəvi imkanlar istəyərlər. (10.05)
- Bəzən müəyyən bir vəzifə üçün öz meyarlarınıza uyğun bir insan tapmaya bilərsiniz. Bu zaman sizin ölçülərinizə uyğun iffətli, müstəğni və fədakar olmayan birinə də müvəqqəti o əhəmiyyətli işi gördürə bilərsiniz. Lakin işin əhlini apanda əmanəti dərhal sahibinə təhvil verməlisiniz. (12.00)
- Əmanəti əhil olmayana vermək qiyamət əlaməti və o əmanətə də xəyanətdir. (13.23)
- Bir gün Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) Əshabi-Kiramın cizyə və qənimət mallarından pay almaq üçün gözlədiklərini görüncə belə buyurmuşdu: "Allaha and olsun, sizin kasıblığınızdan qorxmuram. Mən sizə dünya imkanlarının gənişləməsindən qorxuram. Sizdən əvvəlkilərə dünya imkanları gənişləmişdi ki, onlar bir-birlərilə çarpışmağa başladılar və həlak oldular. Genişləyən dünyəvi imkanların onlar kimi sizi də həlak etməsindən qorxuram." (15.21)
- Artan imkan və zənginlik Əshabi-Kiram əfəndilərimizin çoxunun həyat tərzini dəyişdirməmişdi; onlar həmişə ilk günki qədər müqtəsid (iqtisadlı,qənaətkar) və zahid idilər. Çünki iqtisad və qənaətin zənginlik və kasıblıqla əlaqəsi yoxdur, bunlar İslamın dəyişməz əsaslarıdır. (17.00)
- Bu dairədə olanlar özlərini kənar həmkarları ilə müqayisə etməməlidirlər. Başqa müəssisələrdəki insanların beş on qat çox məvacib almaları könüllülər üçün bir meyar olmamalıdır. Fədakar insanlar ölkə daxili və ölkə xaricində kirayə evdə qalıb ailə üzvlərini dolandıracaq qədər təqaüd nisbətində maaşla işləməlidirlər. (23.53)
- Həzrəti Əbu Bəkrin (r.a.) təqaüd anlayışı və arxada qoyduğu səhəng... (25.25)
- Qənimətin halal olması, dini nəsslərlə (Quranda və hədisdə olan hökm) sabitdir. Halbuki, Həzrəti Amr ibn As (r.a.) kimi bəzi səhabələr özlərinə dünyalıq təklif edilincə: "Mən qənimət üçün müsəlman olmadım!.."- demişlər ki, məsləyimizin əsası da elə budur. Bu məslək içində olanlar mütləq müstəğni (hər şeyə qani olan) olmalıdırlar. (27.04)
- Axirzaman fəlakətlərinin ən böyük səbəbi dünya həyatının axirətdən üstün tutulmasıdır ki, bu xüsusu vurğulayan ayənin əbcəd hesabı da, yaşadığımız dövrlə üst-üstə düşür. (30.44)
- İblislərdən ibarət bir dövr… gözü doymayan insanların çoxaldığı bir dövr.. Axirət duyğusunun qətl edildiyi bir dövr... (32.21)
- tarixində yaradılmışdır.